Məhkəmə qərarları › İş №2(043)-2086/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2086/2021

20.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2086/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “fəaliyyət qabiliyyəti olmayan sayılma və qəyyumluğa verilmə tələbinə” dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yaşa görə ağıl zəifliyi, öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan sayılması və onun üzərində İddiaçı qəyyumluğunun müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla bərabər nənəsi 19.06.1939cu ildə doğulmuş X2 yaşayır. Artıq 5 ildir ki, nənəsinə o baxır. Nənəsi Əsmətin 81 yaşı var. Gəncə şəhəri, ruhi-əsəb dispanserində qocalıqla bağlı ağlı zəif olduğuna görə qeydiyyatdadır. Nənəmin ağlı zəiflədiyi üçün xəstəliklə bağlı öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Fəaliyyət qabiliyyəti yoxdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “iddia ərizəsi”nin məzmunundan görünür ki, iddiaçı nənəsi Əsmət Əsgərovanın fəaliyyət qabiliyyəti olmayan sayılmasını istəmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması haqqında işlərə məhkəmə “xüsusi icraat” qaydasında baxır və həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normalarına əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı işlərdə iddiaçı və ya cavabdeh olmur, həmin işlərdə proses iştirakçıları qismində ərizəçi və maraqlı şəxslər iştirak edirlər. Lakin, İddiaçı tərəfindən verilmiş ərizədə şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması xahiş olunsa da, ərizə iddia icraatında olduğu kimi “iddia ərizəsi” kimi verilmiş, ərizədə İddiaçı “iddiaçı”, Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi isə “cavabdeh” qismində göstərilmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və qəyyumluğa verilmə tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar