Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2183/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 34 (keçmiş Kirovabad şəhəri, Sadıllı qəsəbəsi, kvartal V-13, sahə 39) saylı ünvanda 400 kv.m. torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Ərizəçi adına verilmiş ilkin sənədlərdə onun atasının adının “Məmməd” deyil “Məhəmməd” olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair verilmiş Kirovabad XDS İK-nın Sərəncamının və fərdi yaşayış evinin tikintisi üçün təsdiq edilmiş layihənin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Kirovabad Şəhər X5 İcraiyyə Komitəsinin 23.03.1989-cu il tarixli qərarının 6 nömrəli protokoluna əsasən o, Ərizəçi Kirovabad şəhəri Sadıllı qəsəbəsi, V-13 kvartal, 39 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə Kirovabad Şəhər Sovetinin Tikinti və Arxitektura İdarəsi tərəfindən 31.03.1989-cu il tarixli layihə sənədi verilmişdir. Qeyd etdiyi sənədlərdə onun atasının adı “Məhəmməd” əvəzinə “Məmməd” kimi qeyd edilmişdir. Hazırda ona ayrılmış 400 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyəti üzrə “ASAN xidmət” Mərkəzinə şifahi müraciət etmiş və həmin müraciətdən imtina edilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində atasının adı “Məhəmməd” kimi qeyd edilmişdir. Hazırda onların yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 34 saylı ünvanda yerləşən fərdi yaşayış evini öz adına dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Həmin mülkü öz adına rəsmiləşdirmək üçün tələb olunan sənədlərin bir qismini əldə edə bilmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1950-ci il tarixdə Tovuz rayonunda doğulmuş Ərizəçi məxsusdur, Ərizəçi ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə Tovuz rayonunda doğulmuş Ərizəçi atası X3, anası X2r. İş materiallarına əlavə edilmiş AZ seriyalı, 139842 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03.11.2001-ci il tarixdə Tovuz rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ seriyalı, 036321 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26.02.2003-cü il tarixdə Tovuz rayonunda ölmüşdür. İş materiallarında olan АЗ seriyalı, 033800 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 arasında 05 avqust 1967-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Kirovabad şəhər XDS İK-nın 23.03.1989-cu il tarixli iclas protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirovabad şəhəri, Sadıllı qəsəbəsi, kvartal V-13, sahə 39 saylı ünvanda fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi Sərdarov küçəsi 64 ünvanda yaşayan və 1984-cü ildən ev növbəsində duran Ərizəçi Məmməd (Mamed) oğluna ayrılmışdır. İş materiallarında olan 30.03.1989-cu il tarixli layihədən görünür ki, kvartal V-13, sahə 39-da 400 kv.m. torpaq sahəsi Kirovabad şəhər sovetinin tikinti və memarlıq işləri şöbəsində təsdiq edilmiş, obyekt sahibi kimi Ərizəçi Məmməd oğlu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində “Ərizəçi” olsa da, Kirovabad XDS İK-nın 23.03.1989-cu il tarixli iclas protokolunda və Kirovabad şəhər sovetinin tikinti və memarlıq işləri şöbəsinin 30.03.1989-cu il tarixli layihəsində ərizəçinin ata adı rus dilində “Mamed” kimi göstərilmişdir. Həmin adın azərbaycan dilinə transliterasiyası isə Məmməd kimi aparıldığından hazırda ərizəçi həmin torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərini apara bilmir. Həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Sənədi vermiş Kirovabad şəhər XDS İK artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Kirovabad XDS İK-nin 23.03.1989-cu il tarixli iclas protokolundan çıxarışın və Kirovabad şəhər sovetinin tikinti və memarlıq işləri şöbəsinin təsdiq etdiyi 30.03.1989-cu il tarixli layihənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kirovabad şəhər X5 İcraiyyə Komitəsinin 23.03.1989-cu il tarixli iclas protokolundan çıxarışın və Kirovabad şəhər sovetinin tikinti və memarlıq işləri şöbəsinin təsdiq etdiyi 30.03.1989-cu il tarixli layihənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2183/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2183/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver