Məhkəmə qərarları › İş №2(043)-2187/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2187/2021

14.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2187/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26.10.1977-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı 26.10.1977-ci il təvəllüdlü X9 2ci dərəcəli əlilldir və 2007-ci ildən indiyədək Gəncə şəhəri Psixonevroloji Dispanserdə “anadangəlmə ağıl zəifliyi, kəskin inbesillik dərəcəsində” diaqnozu ilə qeydiyyatdadır. O, dəfələrlə X2 stasionar müalicə almış, hazırda onunla birlikdə eyni ünvanda yaşayır. Bacısı E.Babayeva özünü sərbəst idarə edə bilmir və bacısına o baxır. Ona zəruri olan sənədlərin alınması üçün bacısına himayəçi təyin olunmalıdır. Ona görə də, 26.10.1977-ci il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 bildirdi ki, X1 ciddi problemlərin olması həqiqətən də, onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş Ərizəçi valideynləri-atası- X10, anası X8r. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26.10.1977-ci il tarixdə doğulmuş X4 valideynləriatası- X10, anası X8r. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 19 03. 2021-ci il tarixli, 411/89 nömrəli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü X9 02.03.2007-ci il tarixdən indiyədək “anadangəlmə ağıl zəifliyi, kəskin imbesillik dərəcəsində, daun xəstəliyi, nitqin inkişafdan qalması” diaqnozu ilə qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu X12 18 saylı regional ərazi idarəsinin 19 may 2021-ci il tarixli arayışından görünür ki, X9 DSMF X12 18 saylı regional ərazi filialından X6 məlumata əsasən müddətsiz 2-ci dərəcəli əlilliyə görə ayda 274.80 manat əmək pensiyası təyin olunmuşdur və qanunamüvafiq ödənişlər aparılır. İş materiallarına əlavə olunmuş X7 məxsus 101-414 saylı vəsiqənin surətindən görünür ki, ona İİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TƏEK-ə göndəriş vərəqəsinin surətindən görünür ki, X9 xəstəliyi anadangəlmə ağıl zəifliyi, kəskin imbesillik dərəcəsində daun xəstəliyi, nitqin inkişafdan qalması ilə xarakterizə olunur. Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin 29.07.2021-ci il tarixli, 416 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X9 yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik dərəcəsində), daun sindromu, davranış pozğunluqları ilə XBT-10 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam başa düşüb hərəkətlərini tam idarə etmək iqtidarında deyildir.) Bununla əlaqədar olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 26.10.1977-ci il təvəllüdlü X4 bacıcı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X9 xroniki psixi xəstəlik keçirdiyindən və psixi inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 26.10.1977-ci il tarixdə Ermənistan, Ararat rayonunda doğulmuş X9 (FİN 4V417EX) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar