Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2221/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 12.11.2004-cü il təvəllüdlü X2 atasının olmasının müəyyən edilməsi, övladının doğum haqqında şəhadətnaməsinin ata qrafasında Cavabdeh qeyd edilməsi, övladları 12.11.2004-cü il təvəllüdlü X2, 15.07.2014cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh 350 (üç yüz əlli) AZN miqdarında alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 02.07.2021-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia həcmini artıraraq, 15.07.2014-cü il təvəllüdlü X1 da atalığının müəyyən edilməsi, yəni Cavabdeh X1 və X2 atası olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, Cavabdeh ilə 2002-ci ildə qeyri-rəsmi evlənmişlər. Bu evlilikdən 12.11.2004-cü il tarixdə X4 və 15.07.2014-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Birinci övladları Rusiya Federasiyası, Krasnodar vilayəti, Novorossiysk şəhərində anadan olmuş, doğum haqqında şəhadətnaməni də həmin şəhərdə almışdır. Çünki onlar evləndikdən sonra Rusiya Federasiyasına getmiş və orada təxminən 10 (on) il yaşamışlar. O səbəbdən də, uşağa atası İslam atalıq verə bilməmişdir. İkinci uşaqları isə Göygöl şəhərində doğulmuşdur. Hal-hazırda o, uşaqların atasından ayrılmışdır və faktiki ayrı yaşayırlar. Cavabdeh isə uşaqlarına baxmır, o də işləmir, uşaqları dolandıra bilmir, ona görə də oğlu Nihadın atalığının müəyyən edilməsi və hər iki uşağa aliment verilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, X1 doğum haqqında şəhadətnaməsində cavabdehin adı göstərildiyindən elə düşünmüşdür ki, uşağın atasının cavabdeh olması müəyyən edilmişdir. Lakin atalığın müəyyən edilməsi barədə şəhadətnamə yoxdur və uşaq da nikahdan kənar doğulmuşdur. Ona görə də sonradan başa düşmüşdür ki, həmin uşağın da atası rəsmi qaydada müəyyən edilməmiş, atanın adı onun sözləri ilə yazılmışdır. O, 2002-ci ildən 2017-ci ilə qədər cavabdehlə ailə kimi birlikdə yaşamışdır. 2017-ci ildə cavabdehdən ayrılmışdır. Hər iki uşağın da atası cavabdehdir. Cavabdeh ona da uşaqlara da atalıq barədə ərizə verəcəyinə söz versə də rəsmi qaydada atalığın müəyyən edilməsi barədə ərizə verməkdən yayınır. Məhkəmənin təyin etdiyi ekspertizada iştirak etmək üçün uşaqları ilə birlikdə ekspertizaya getmiş, lakin cavabdeh gəlmədiyindən ekspertiza baş tutmamışdır. Cavabdeh iddianın əsaslı olduğunu bildiyi üçün ekspertizaya gəlməkdən yayınır. Buna görə də iddiasının təmin edilməsini, uşaqlarının atasının cavabdeh olmasının müəyyən edilməsi və cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 12.11.2004-cü il tarixdə doğulmuş X2 anası İddiaçı olmaqla, ata qrafası boş saxlanılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 15.07.2014-cü il tarixdə doğulmuş X1 anası İddiaçı olmaqla, ata qrafasında X5 qeyd olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh 12.11.2004-cü il təvəllüdlü X2 və 15 iyul 2014-cü il təvəllüdlü X1 atası olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Məhkəmə tibbi biologiya şöbəsinin 20.09.2021-ci il tarixli, 9/943 nömrəli məktubu ilə qərardad icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Qərardadın icra edilməməsinin səbəbi kimi ekspertizanın keçirilməsi üçün təyin olunmuş gündə İddiaçı iki uşaqla birlikdə şöbəyə gəlməsinə baxmayaraq Cavabdeh gəlməməsi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh işin həqiqi hallarının müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsində iştirak etməkdən heç bir üzrlü səbəb olmadan yayınmaqla ekspertizanın keçirilməsinə mane olmuşdur. Atalığın müəyyən edilməsi üçün uşaqların atası olduğu ehtimal olunan şəxsdən tədqiqat üçün nümunənin götürülməsi zəruri olduğundan Cavabdeh iştirakı olmadan ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən məhkəmə tibbi-bioloji ekspertizasının təyin edilməsi üçün əsas olmuş faktı, yəni X7 oğlunun və X1 atasının Cavabdeh olmasını müəyyən edilmiş hesab edir. İddiaçının aliment tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə araşdırması zamanı tərəflərin arasında alimentin ödənilməsi barədə sazişin olmadığı, o cümlədən cavabdehin uşaqların saxlanmasında iştirak etmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin qazancı və digər gəlirlərinin miqdarı barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə uşaqların əvvəlki təminatının maksimal saxlanması və ölkə üzrə yaşayış minimumu meyarlarından çıxış edərək sabit pul məbləği ilə ağlabatan miqdarda alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq cavabdehdən X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləği ilə 130 manat olmaqla, ümumilikdə 260 manat aliment tutulmasını və alimentin tutulmasının əvvəlinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin məhkəməyə verildiyi 02 iyun 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcinə daxil olan, iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12.11.2004-cü il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayəti, Novorossiysk şəhərində İddiaçı doğulmuş X2 və 15.07.2014-cü il tarixdə Göygöl şəhərində İddiaçı doğulmuş X1 atası olması müəyyən edilsin. 12.11.2004-cü il təvəllüdlü X2 və 15.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşağa sabit pul məbləği ilə 130 manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 02 iyun 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2221/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2221/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver