Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2249/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20.07.1995-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə 1994-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, nikahlarından 20.07.1995-ci il təvəllüdlü X4 doğulmuşdur. Oğlu Ağalar anadangəlmə “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir və hazırda Gəncə şəhəri Psixonevroloji Dispanserdə həmin diaqnoz ilə qeydiyyatdadır. Oğlu hazırda onun himayəsindədir, özünü sərbəst idarə edə bilmir. Ona zəruri olan sənədlərin alınması üçün oğluna himayəçi təyin olunmalıdır. Ona görə də, 20.07.1995-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 bildirdi ki, X2 problemlərin olması həqiqətən də, onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.07.1995-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X2 atası X3, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, 1995-ci il təvəllüdlü X6 05.03.2021-ci il tarixdən “ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə PND-də qeydiyyatdadır. Məhkəmənin 22.01.2021-ci il tarixli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin 20.08.2021-ci il tarixli, 491 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə uşaq serebral iflicinin davamlı qalıq əlamətləri (XBT-10) xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 20.07.1995-ci il təvəllüdlü X2 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X4 xroniki psixi xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 20.07.1995-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X4 (FİN 8Y3QU2K) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2249/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2249/2021
14.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver