Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2254/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi (Gəncə Şəhər Kəpəz Rayon İcra Hakı̇ mı̇ yyət Başçısı Aparatı Yanında Qəyyumluq Və Hı̇ mayəçı̇ lik Komı̇ ssı̇ yası maraqlı şəxs qismində cəlb etdiyi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğa verilmə" barədə ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Gəncə Şəhər Kəpəz Rayon İcra Hakı̇ mı̇ yyət Başçısı Aparatı Yanında Qəyyumluq Və Hı̇ mayəçı̇ lik Komı̇ ssı̇ yası maraqlı şəxs qismində cəlb etdiyi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğa verilmə" barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi əməhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (Gəncə Şəhər Kəpəz Rayon İcra Hakı̇ mı̇ yyət Başçısı Aparatı Yanında Qəyyumluq Və Hı̇ mayəçı̇ lik Komı̇ ssı̇ yası maraqlı şəxs qismində cəlb etdiyi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğa verilmə" barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2254/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2254/2021
08.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver