Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-230/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü X8 onun ünvanında yaşamaqla ümumi xəstəlik üzrə İİ dərəcəli əlildir. O ruhi xəstəlik nəticəsində öz hərəkətlərini tənzimləyə bilmir. Ona görə də o xx.xx.1973-cü il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 bildirdi ki, X1 ciddi fiziki və psixi problemlərin olması həqiqətən də, onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1973-cü il tarixdə doğulmuş X3 atası X7, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş TSEK-də sonuncu müayinəyə dair məlumat verilməsi barədə xx.xx.2018-ci il tarixli qiymətləndirmədə qeyd edilmişdir ki, X6 xx.xx.2023-cü ilədək İİ qrup əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Səhiyyə İdarəsinin 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 271 saylı arayışından məlum olur ki, X8 xx.xx.2011ci il tarixdən hal-hazıradək “şəkərli diabet ağır forma tip 2, insulindən asılı olan” diaqnozu ilə dispanser qeydiyyatda durur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 22 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X8 psixi xəstəlik uzun sürən paranoid psixoz, depressiv paranoid sidromla somatik ağırlaşmalarla XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F23.2 xəstəliyi keçirdiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını tam başa düşüb hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx xxxxx 1973-cü il təvəllüdlü X4 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X8 xroniki psixi xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş X8 (FİN 31XWSFZ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-230/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-230/2021
10.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver