Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2388/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 19 may 1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə 21 iyun 1976-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 15 yanvar 1980-ci il tarixdə X3 və 10 noyabr 1982-ci il tarixdə X4 doğulmuşdur. 19 may 1985-ci il tarixdə oğulları Tacəddin xəstəliyi ilə əlaqədar vəfat etmişdir. 15 sentyabr 2020-ci il tarixdə isə əri Məhəmmədiyə xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Ailə üzvlərindən yalnız qızı və özü qalmışdır və hazırda birgə yaşayırlar. O, yaşlı olmağı ilə əlaqədar mülkiyyətində olan mənzili qızı Samirənin adına rəsmiləşdirmək istəyir və bununla bağlı müvafiq orqanlara müraciət edib. Lakin, vəfat etmiş oğlunun həmin mənzildə qeydiyyatda olması və onun ölməsini rəsmi təsdiq edən ölüm haqqında şəhadətnamənin olmaması müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törədir və bu səbəbdən də qanunla ona verilən hüquqlarını həyata keçirə bilmir. Oğlu vəfat edən zaman ağır xəstə olubdur, onlar yaşadıqları çətin vəziyyətlə bağlı oğullarına ölüm haqqında şəhadətnamə almalı olmaları barədə məlumatlı olacaq hüququ savadları olmamışdır, bu səbəbdən də oğullarının ölümünü rəsmi qaydada qeydiyyata aldırmamışlar. Oğullarını məzarlıqda dəfn edərkən ona qəbr daşıda düzəltdiriblər və bu ərizəyə əlavə etdiyi fotoşəkillərlə də öz təsdiqini tapır. Göstərdiklərinə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1953-cü il tarixdə, Samux rayonu, Mircəfərli kəndində doğulmuş Ərizəçi, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 12, mənzil 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ № 308268 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X10 nikahı 21 iyun 1976-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.11.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Mirzəcəfərli kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli 224-cü il tarixli arayışdan görünür ki, 10.11.1982-ci il təvəllüdlü X4 19.05.1985-ci ildə Mircəfərli kənd Qarağacı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, 10.11.1982-ci il tarixdə doğulmuş X4 19 may 1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Ü.X11 Mərkəzi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 317 saylı məktubdan görünür ki, 10.11.1982-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşamış X4 Ü.Hacıbəyli ASM-də (əvvəl 1 nömrəli Uşaq Poliklinikası) qeydiyyatda olub. 1985-ci ildə vəfat edib. Uşağın vəfatı barədə məlumat qeydə alınmayıb. Poliklinika tərəfindən ölüm kağızı verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 38 saylı, 19.04.2021-ci il tarixli məktubdan görünür ki, 1985-ci ildə vəfat etmiş X1 ölümünün bərpası ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum X4 onun qardaşı olmuşdur. O, 1985-ci ildə xəstəlik səbəbindən Gəncə şəhərində vəfat etmiş, Bərdə rayonunda kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 10.11.1982-ci ildə doğulmuş X1 19.05.1985-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu X1 hələ də ona məxsus mənzildə qeydiyyatda qalması mənzil üzərində müəyyən hüquqi hərəkətlərin edilməsinə (satılması, bağışlanılması və s.) maneə törətməsi səbəbindən, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 19 may 1985-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 noyabr 1982-ci il tarixdə doğulmuş X1 19 may 1985-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2388/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2388/2021
08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver