Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2510/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X16 və Cavabdeh5 qarşı (X5, Gəncə 2 saylı Notariat kontoru və Gəncə şəhəri 3 saylı Ərazi İdarəsini 3-cü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və miras əmlakda payların bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X23 adına olan ünvan 1 ünvanda yerləşən evə dair 2V-1- 30 reyestr nömrə ilə qeydə alınmış 30 noyabr 2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına 3 saylı ərazi idarəsi tərəfindən həmin evə dair verilmiş 09.12.2016-cı il qeydiyyatlı çıxarışın ləğv edilməsi və qeyd olunan miras əmlakın vərəsə kimi o və cavabdehlərin arasında bərabər paylarla bölünməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum babası X23 adına olan ünvan 2 ünvanda yerləşən evə dair 2B- 1-30 reyestr nömrə ilə qeydə alınmış 30 noyabr 2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində həmin evə dair hər birinin 1/5 payının müəyyən edilməsi barədə qeydlərin ləğv olunması və həmin mülkün onun, cavabdehlərin, anası X17 və bacısı X5 arasında bərabər paylarla bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 saylı ev mərhum babası X20 adına olmuşdur. Babası 01.09.1982-ci ildə rəhmətə getmişdir. Babası rəhmətə getdikdən sonra mülkdə yaşayıb mirası qəbul etmişlər. Atası 1997-ci ildə rəhmətə gedib. Atası rəhmətə getdikdən sonra o, miras evdə yaşayıb mirası faktiki qəbul etmişdir. Belə ki, atası öləndən sonra evin damının dəyişdilməsinə maddi köməklik etmiş, evin kraskasını vurmuşdur. Yəni o, mirası faktiki qəbul etsə də 2 saylı notariat kontoru tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən atasının vərəsəsi kimi gizlədilmişdir. Ona görə də 2 saylı notariat kontoru tərəfindən verilmiş 30 noyabr 2016-cı il tarixli 2V-1-30 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və bunun əsasında cavabdehlərin adına verilmiş çıxarış ləğv edilməli, miras mülk əvvəlki vəziyyətinə qayıtmaqla miras mülk onunla bərabər cavabdehlər arasında qanun üzrə vərəsə kimi bölgüsü aparılmalıdır. Məhkəmənin 22 iyul 2021-ci il tarixli qərardadına əsasən X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh2 20.12.2019-cu il tarixdə ölmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli 2(043)-2510/2021 saylı qərardadına əsasən mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, babası X23 iki qızı və bir oğlu olmuşdur. O, 01.09.1982-ci ildə vəfat etdikdən sonra övladlarından yalnız atası – Firuddin Məmmədov ailə üzvləri ilə birlikdə babasına məxsus evdə faktiki yaşamış və mirası qəbul etmişdir. X36 1997-ci ildə vəfat etdikdən sonra həmin evdə qardaşları Elxan, Elşən Rövşən, Müşfiq, İsmayıl və anası Dilarə yaşamışdır. Atası vəfat etdiyi vaxt və ondan sonrakı dövrdə o və ailə üzvləri atasına məxsus olan ünvan 3 ünvanda yerləşən evdə yaşamışdır. Atasından miras qalmış ünvan 3 ünvanda yerləşən evə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun, cavabdehlərin, anası və bacısının hər birinin 1/8 hissədə payı müəyyən edilmişdir. Ona görə də, hesab edir ki, ünvan 4 ünvanda yerləşən evdən vərəsə kimi ona da pay düşür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ünvan 4 ünvanda yerləşən ev babası X28 məxsus olmuşdur. Babası öldükdən sonra onun övladlarından yalnız atası Firiddin Məmmədov öz ailə üzvləri ilə birlikdə ona məxsus evdə yaşamışdır. Atası ölməmişdən qabaq İddiaçı öz ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Atası öldükdən sonra İddiaçı ümumiyyətlə ünvan 4 ünvanda yerləşən evdə yaşamamışdır. Həmin evdə beş qardaş bir yerdə yaşayırlar. İddiaçı özünə məxsus yaşayış yeri vardır. Ona görə də hesab edir ki, İddiaçı ünvan 4 ünvanda yerləşən evdən heç bir pay düşmür. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Cavabdehlər X16, Cavabdeh5 və üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 13otariat Kontoru məhkəmə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0655 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 254,9 kv.m fərdi yaşayış evi X23 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X34 01.09.1982-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 14.10.1997-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan ünvan 13otariat Kontorunun 2V-130 saylı notariat işindən görünür ki, Cavabdeh5, X16, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 13.10.2016-cı ildə notariat kontoruna ərizə ilə müraciət edərək, mərhum babaları X23 ölümündən sonra ondan miras qalmış Gəncə şəhəri Kəpəz rayonu, H.Sultanov (indiki-Koroğlu) küçəsi, 1-ci döngədə yerləşən 2 saylı fərdi yaşayış evindən onlara düşən payı qəbul etdiklərini bildirmiş və qeyd edilən əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Onların müraciətlərində onlardan başqa vərəsə kimi X17, X7 və X25 göstərilmişdir. X17, X7 və X25 notariat kontoruna ərizə ilə müraciət edərək, X21 miras qalan bütün əmlakdan onlara çatası payı qəbul etmədiklərini bildirmişlər. İş materiallarında olan 30.11.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.09.1982-ci ildə vəfat etmiş X23 vərəsəsi oğlu - X18r. O isə vəfat etdiyi üçün onun miras payını qanun üzrə vərəsələri kimi övladları: Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 və Cavabdeh1 qəbul etmişdir. Onların hər biri miras əmlakdan bərabət payda irs almalıdırlar. Miras əmlak: 0,0655 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 254,9 kvm olan ünvan 6 ünvanda yerləşən evdən ibarətdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Koroğlu küçəsi 1-ci döngə 2 ünvanda yerləşən 0,0655 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 254,9 kv.m fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 hər birinin 1/5 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2814/2016 saylı 16.05.2016-cı il tarixli qətanaməsinin surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı ev 5, 54 saylı mənzil X24 ilə X8 birgə nikah dövründə əldə edildiyindən, mənzil onların ümumi birgə mülkiyyəti sayılmaqla həmin mənzilin ½ hissəsinin X11 məxsus olması müəyyən edilmiş və həmin hissəyə mülkiyyət hüququ tanınmışdır. X8, Cavabdeh2, X9, Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh5, X1 13.10.1997-ci il tarixdə vəfat etmiş X14 birinci növbə qanun üzrə vərəsələri olmaları müəyyən edilmiş və onların Gəncə şəhəri, Məhrəsə bağı ev 5, 54 saylı mənzilin ½ hissəsinə dair mirası faktiki qəbul etmələri müəyyən edilmiş, X8, Cavabdeh2, X10, Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh5 Firuddib oğlunun, X1 Gəncə şəhəri, Məhrəsə bağı ev 5, 54 saylı mənzilin ½ hissəsində miras payları, bərabər, yəni hər birinə ½ -də 1/8 hissə olmaqla (ümumi əmlakda 1/16 hissə) müəyyən edilmiş, qeyd olunan paylara mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRXnin 3 saylı Ərazi idarəsinə həvalə edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-955/2018 saylı 16.02.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X15 və onun nümayəndəsi X35 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)- 2814/2016 saylı mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. 1997-ci ildə ölmüş X12 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 5 saylı evin, 54-cü mənzilin ölənin qanun üzrə birinci növbəli vərəsələri olan X17, Cavabdeh2, X16, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X15 və X5 tərəfindən faktiki qəbul edilməsi faktı və hər bir vərəsənin həmin miras əmlakın 1/8 hissəsi üzərində payları müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışların, bağışlama müqavilələrinin surətlərindən görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil hər birinə 1/8 hissədə olmaqla Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X16, X5 və X6 paylı mülkiyyətində olmuşdur. Daha sonra X4 başqa digər payçılar öz paylarını bağışlama müqavilələri əsasında başqa şəxsə bağışlamış və hazırda həmin əmlak İddiaçı 112/896 (1/8) hissədə, X30 isə 784/896 (7/8) hissədə paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 22.08.2019-cu il tarixdə Gəncə şəhərində ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi tərəflərin babası X23 mülkiyyətində olmuşdur. O, 01.09.1982-ci ildə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə vərəsələrindən yalnız oğlu - X27 miras qoyana (atasına) məxsus evdə yaşamışdır. Tərəflərin atası X24 ilə anası X8 birgə nikahlarından 7 uşaqları - Cavabdeh2 (18.06.1956-cı il təvəllüdlü), X5 (27.10.1959-cu il təvəllüdlü), Cavabdeh3 (21.01.1962-ci il təvəllüdlü), İddiaçı (23.05.1963-cü il təvəllüdlü), X16 (05.03.1967-ci il təvəllüdlü), Cavabdeh1 (15.04.1969-cu il təvəllüdlü) və Cavabdeh5 (02.02.1973-cü il təvəllüdlü) anadan olmuşlar. X24 14.10.1997-ci ildə ölmüşdür. X14 ölümündən sonra ondan miras qalmış ünvan 9 ünvanda yerləşən mənzil ilə bağlı onun vərəsələri – övladları arasında mübahisə yarandığından, məhkəməyə müraciət edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin miras əmlakı onun qanun üzrə vərəsələri arvadı X17 və övladları Cavabdeh2, X16, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X15 və X2 faktiki qəbul etməsi faktı müəyyən olunmuş və hər bir vərəsənin həmin miras əmlakda 1/8 hissədə payları müəyyən edilmişdir. X17 22.08.2019-cu ildə ölmüşdür. Firuddin Məmmədovun ölümündən sonra isə övladları, iş üzrə cavabdehlər – Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh1 və Cavabdeh5 notariat orqanına müraciət edərək, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etdiklərini bildirmişlər, həmin notariat işi üzrə icraat zamanı X17 və X7 notariat kontoruna ərizə ilə müraciət edərək, X21 miras qalan bütün əmlakdan onlara çatası payı qəbul etmədiklərini bildirmişlər. Notariat orqanı tərəfindən verilmiş 30.11.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 01.09.1982-ci ildə vəfat etmiş X23 vərəsəsi X24 13.10.1997-ci il tarixdə vəfat etdiyi üçün onun miras payının qanun üzrə vərəsələri kimi övladları (cavabdehlər) Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh5 və Cavabdeh1 mirası qəbul etmələri müəyyən edilmiş və hər birinin miras əmlak olan ünvan 6 ünvanda yerləşən 0,0655 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 254,9 kvm olan fərdi yaşayış evi üzərində bərabət payları müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlakla bağlı cavabdehlərin hər birinin 1/5 hissədə payı Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı atasından qalmış digər miras əmlakı (Gəncə şəhəri, Nizami rayonu Məhrəsə Bağı ev 5, 54) qəbul etməsi və həmin əmlakda 1/8 hissədə payının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanındığını, bununla da atasından qalan mirası qəbul etdiyini bildirərək, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin əmlak üzərində cavabdehlərin hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsinə dair daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydlərin ləğv edilməsini, qeyd olunan miras əmlakın atasının qanun üzrə vərəsələri arasında bərabər paylarla bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, X23 ölümündən sonra miras əmlak kimi Gəncə şəhəri, Koroğlu küçəsi döngə 1, 2 saylı fərdi yaşayış evi qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində qanun üzrə vərəsələrindən yalnız Firuddin Məmmədov yaşamış və mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X34 01.09.1982ci il tarixdə, X24 isə 14.10.1997-ci il tarixdə vəfat etdiyinə görə, onlardan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X34 öldükdən sonra onun birinci növbə vərəsi olan övladı – X24 miras qalmış Gəncə şəhəri, Koroğlu küçəsi döngə 1, 2 saylı fərdi yaşayış evinə faktiki surətdə yiyələndiyindən və həmin əmlakı idarə etdiyindən, o mirası qəbul etmiş sayılır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, X24 14.10.1997-ci il tarixdə ölmüşdür və onun öldüyü məqamda Gəncə şəhəri, Koroğlu küçəsi döngə 1, 2 saylı fərdi yaşayış evi onun miras əmlakı hesab olunur. Belə ki, 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məсəllənin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İş materiallarından görünür ki, X24 öldükdən sonra ondan miras qalmış ünvan 10 ünvanda olan əmlak barəsində onun vərəsləri arasında mübahisə yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə arvadı - X17, uşaqları - Cavabdeh2, X16, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X15 və X2 X12 qalmış mirası qəbul etmələri faktı müəyyən edilmiş və onların hər birinin həmin əmlak üzərində 1/8 hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsaəsn hər hansı şərtlə hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtinaya yol verilmir. Həmçinin, 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mərhum X14 qanun üzrə vərəsələrinin (arvadı və övladları) ondan miras qalmış ünvan 10 ünvanda yerləşən əmlakı faktiki qəbul etmələri və miras əmlakda hər birinin 1/8 hissədə paylarının olması məhkəmə qətnaməsi ilə müəyyən olunduğuna görə, həmin vərəsələr miras qoyandan miras qalmış və hazırda mübahisə predmeti olan ünvan 11 ünvanda yerləşən miras əmlakı da qəbul etmiş sayılırlar və onların hər birinin həmin əmlakda 1/8 hissədə payları mövcuddur. Məhkəmə, 2V-130 saylı notariat işinə əlavə olunmuş iddiaçının anası mərhum X17 və bacısı X5 tərəfindən notariat kontoruna ünvanlanmış ərizələri mirasdan qəbul etməkdəm imtina kimi qiymətləndirmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onların miras qoyandan miras qalmış digər əmlakı qəbul etmələri müəyyən olunduğuna görə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından onlar hazırkı mübahisə predmeti olan miras əmlakı da qəbul etmiş sayılırlar. Buna görədə mübahisə predmeti olan miras əmlakda onların da birinci növbə vərəsə kimi payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin ünvan 12 ünvanda yerləşən miras əmlakda bərabər paylarının müəyyən edilməsinə dair ünvan 13otariat kontoru tərəfindən verilmiş 2V-130 reyestr nömrəli, 30 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında cavabdehlərin qeyd olunan miras əmlakda hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyat ləğv edilməli, ünvan 14 ünvanda yerləşən miras əmlakda (0,0655 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 254,9 kvm olan fərdi yaşayış evi) ölənin qanun üzrə vərəsələri kimi İddiaçı, X8, X2, Cavabdeh2, X10, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 hər birinin 1/8 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 13otariat kontoru tərəfindən verilmiş 2V-130 reyestr nömrəli, 30 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Cavabdeh2, X16, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 ünvan 12 ünvanda yerləşən 0,0655 ha torpaq sahəsi və ümumi sahəsi 254,9 kvm olan fərdi yaşayış evi üzərində hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyat ləğv edilsin. ünvan 12 ünvanda yerləşən miras əmlakda (0,0655 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 254,9 kvm olan fərdi yaşayış evi) X14 qanun üzrə vərəsələri kimi İddiaçı, X8, X2, Cavabdeh2, X10, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 hər birinin 1/8 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2510/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2510/2021
28.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver