Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2555/2021 02.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “birinci növbə vərəsə tanınıb, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci növbəli vərəsə tanınıb X1ndan miras qalmış VAZ 21074 markalı, 2009-cu il zavod buraxılışlı, ağ rəngli, ** DF *** nömrə nişanlı avtomobildən ibarət miras əmlakda payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı, kiçik çavuş, 29.11.1986-cı il təvəllüdlü X4 44 günlük Vətən Müharibəsində 29 oktyabr 2020-ci il tarixdə ərazi bütövlüyümüz uğrunda gedən döyüş əməliyyatları zamanı “Şəhid” olmuşdur. X1 onunla 08 noyabr 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatına düşməklə evlənmişdir. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. Cavabdehov Əli oğlu qaynatasıdır. Əri X1nun ölümündən sonra VAZ 21074 markalı, 2009- cu il zavod buraxılışlı, ağ rəngli, ** DF *** nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomaşın qaynatasıgildə saxlanılır və 8200 (səkkiz min iki yüz) manat dəyərindədir. Məhkəmə qaydasında birinci növbəli vərəsə kimi tanınmağıma ehtiyacı vardır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin kateqoriya iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı VAZ 21074 markalı, 20_DF-687 dövlət qeydiyyat nömrəli avtomobilin mərhum əri X3 mülkiyyətində olduğunu bildirərək, miras qoyanın vərəsəsi kimi tanınıb həmin miras əmlakda payının müəyyən edilməsini xahiş edir. Məhkəmə isə qeyd edir ki, iddiaçının miras qoyanın birinci növbə vərəsəsi kimi tanınması məhkəmə qətnaməsi ilə deyil, qanunun tələbindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Bundan başqa qeyd edilməlidir ki, miras qalmış əmlakda payın müəyyən edilməsi məsələsi ilkin olaraq notariat ofisində həll edilir. Belə ki, miras qoyanın vərəsəsi əvvəlcə miras əmlakı qəbul etməsinə dair notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməli, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduqda və notariat ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdikdə, vərəsə miras qoyandan miras qalmış əmlakda payın müəyyən edilməsi barədə digər vərəsələrə qarşı məhkəmədə iddia irəli sürə bilər. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərə isə iddiaçının mirasın qəbulu ilə bağlı ilkin olaraq notariat ofisinə müraciət etməsi və onun müraciətindən imtina edilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “birinci növbə vərəsə tanınıb, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2555/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2555/2021
02.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver