Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-262/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi İddiaçı və cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X2 cavabdeh X3rşı «itirilmiş qaz sərfiyatına görə» əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında «10.04.2018-ci il tarixli» ******* saylı aktla hesablanmış 1480,80 manat və «29.04.2020-ci il tarixli» ******* saylı aktla hesablanmış 993,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı əsl iddiaçı X8 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, 26 nömrəli fərdi yaşayış evi nümayəndəsi olduğu X2 mülkiyyətindədir. Həmin evdə taktiki olaraq o, ailəsi ilə birgə yaşayır. Əsas qaz xətti onların yaşadıqları evin həyətindən keçmişdir. Qonşularına və onların evlərinə paylanan xətlər onların evinin darvazasının içərisindən keçən xəttdən qoşulduğu üçün qaz idarəsinin əməkdaşları həmin xətti ayıraraq darvazanın çöl tərəfinə görünən yerə çıxarmışlar və əvvəlki ayrılan xətti qaynaqla bağlamşlar. Lakin cavabdeh X9 əməkdaşları hər dəfə gəlib əsassız akt tərtib etmişlər ki, guya o, sayğacdan kənar xəttə qoşulmuşdur. Halbu ki, heç vaxt sayğacdan kənar xəttə qoşulmamışlar. Əsas xəttin üzərində olan və qaynaqla bağlanan çıxıntı əvvəllər onlara ayrılan xətt olmuş və qaz idarəsinin əməkdaşları tərəfindən qaz xəttində dəyişiklik aparılarkən qaynaqlanaraq bağlanmışdır. Cavabdeh Azəriqaz İB-in əməkdaşları tərəfindən əsassız olaraq qazdan istifadə qaydalarının pozulması haqqında 02.04.2018-ci il tarixli, ******* saylı aktla 1480,80 manat və 21.04.2020-ci il tarixli ******* saylı aktla, 993,60 manat itirilmiş qaz sərfiyyatina görə zərər hesablanmışdır. Həmin aktlar üzrə hesablanmış zərəri əsassız hesab edir və məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azəriqaz İB-in Gəncə RQİİ-in əməkdaşları tərəfindən 02.04.2018-ci il tarixdə və 21.04.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı müəyyən olunmuşdur ki, abonen X2 evinə sayğacdan kənar əlavə xətt çəkilmişdir. Bu barədə hərmin tarixlərdə ayrı ayrılıqda akt tərtib olunaraq itirilmiş qaz sərfiyyatına görə zərər hesablanmışdır. İddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 02.04.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, istehlakçı X1 kənar əlavə xəttdən istifadə etməsi aşkar olunmuşdur. Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 21.04.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, istehlakçı X1 kənar əlavə xəttdən istifadə etməsi aşkar olunmuşdur. 09.04.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X5 itirilmiş qaz sərfiyatına görə 7404 m3 qaz itkisi hesablanmışdır. 29.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X5 itirilmiş qaz sərfiyatına görə 9936 m3 qaz itkisi hesablanmışdır. 21.04.2020-ci il tarixli, 572 nömrəli qazın alqı-satqı müqaviləsinin surətindən görünür ki, paylayıcı X11 ilə istehlakçı İddiaçı arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğacdan kənar əlavə xəttdən istifadə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlə əlaqədar qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Məhkəmə mübahisəli fərdi yaşayış evinə yerində baxış keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, əsas qaz xətti iddiaçının yaşadığı evin darvazasının içərisindən keçməklə iddiaçının və onun qonşuluğunda yerləşən evin qaz xətti iddiaçının həyətindən keçən xəttdən qoşulduğu üçün Qİİ-in əməkdaşları həmin xətti ayıraraq darvazanın çöl tərəfinə görünən yerə çıxarmış və əvvəlki xətt qaynaqlanaraq bağlanmışdır. İddiaçı tərəfindən sayğacdan kənar əlavə xəttdən istifadə olunması aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia təmin olunmalı, iddiaçı X2 barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02.04.2018-ci il tarixli ******* saylı aktla hesablanmış 1480,80 manat və 21.04.2020-ci il tarixli ******* saylı aktla hesablanmış 993,60 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı X2 barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02.04.2018-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1480,80 manat və 21.04.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 993,60 manat pul silinsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X4 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-262/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-262/2021
18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver