Məhkəmə qərarları › İş №2(043)-2730/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2730/2020

30.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2730/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum analarından miras qalmış ünvan 3 və 15A nömrəli fərdi yaşayış evinə vərəsəlik qaydasında paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 və 15A saylı ünvanda yerləşən fərdi yaşaış evləri mərhum X1ndan miras qalmışdır. X1 xx xxxxxx 2016-cı ildə ölmüşdür. Analarının 3 nəfər vərərəsi vardır. Onun özü, cavabdeh və bacıları Elmira. Anaları öləndən sonra miras qalan Neftçilər küçəsi 13A nömrəli evdə o özü 15A nömrəli evdə isə cavabdeh yaşayır. O, analarından miras qalan əmlak üzərində paylarının müəyyən edilməsini istəmiş, lakin cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də məcbur olub paylarının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etiraz etməyərək göstərdi ki, analarından miras qalan Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsi ev 13A nömrəli evdə idiaçı, 15A nömrəli evdə isə o, özü yaşayır. Bacıları Elmira isə başqa ünvanda yaşamaqla mirasdan pay istəməmişdir.İddianın təmin olunmasına etirazı olmadığını bildirdi. İddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, tələbi olmadığını və məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası İqtisadiyyat Nazilrliyi yanında ƏMDX-in DƏDRX-in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********50 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsində yerləşən 15A nömrəli mülkə dair X4 xx xxxxxxxx 2002-ci il tarixli 2304 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2002-ci il tarixli, 2304 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə mərhum X3 adına qeydiyyata alınmışdır. RX Seiyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə mərhum X3 adına qeydiyyata alınmışdır. AZ-İİ 083467 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə ölmüşdür. AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsi, 13A nömrəli evdə qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsində yerləşən 15A nömrəli və 13A nömrəli fərdi yaşayış evləri tərəflərin anası X2 miras qalmışdır. Miras açıldıqdan sonra (xx.xx.2016-cı il) tərəflər mirası faktiki olaraq qəbul edərək 13A nömrəli fərdi yaşayış evində iddiaçı 15A nömrəli fərdi yaşayış evində isə cavabdeh yaşayır.İddiaçı iddia edir ki, analarından miras qalmış əmlaka dair paylarının müəyyən edilməsində cavabdehlə razılığa gələ bilməmişlər, ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etirazı olmadığını göstərərək iddiaçının onunla razılığa gəlmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Göründüyü kimi, qanunun mənasına görə mirasın qəbul edildiyini vərəsə öz hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Göründüyü kimi tərəflər miras açıldıqdan sonra sonra mirası qəbul etməklə həmin evdə yaşamışlar. Lakin tərəflər bərabər pay hüqulu olmaqla miras əmlakdan paylarının müəyyən edilməsi barədə öz aralarında qarşılıqlı razılığa gələ bilməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsində yerləşən 13A və 15A nömrəli yərdi yaşaış evlərindən vərəsəlik qaydasında İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsində yerləşən 13A və 15A nömrəli yərdi yaşayış evlərindən vərəsəlik qaydasında İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar