Məhkəmə qərarları › İş №2(043)-2736/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2736/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2736/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı, vəkili X1 və etibarnamə üzrə nümayəndəsi Adıgözəlova Sevil Həsən qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya vermək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 mənzil 22 ünvanda yerləşən mənzildən bir illik 200 manatdan (2400 manat) bazar qiyməti ilə kirayə haqqı ödəməklə mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 1 mənzil 22 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzil xx.xx.1992-ci il tarixli Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 2734 nömrəli sərəncamı ilə onun şəxsi mülkiyyətinə verilmişdir və xx.xx.1992-ci il tarixli 8110 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən mənzil 9,0 kv.m, 12,2 kv.m, 17,8 kv.m 3 yaşayış otağından, 2,6 kv.m hamamdan, 1,2 kv.m tualetdən, 15,1 kv.m dəhlizdən, 8,7 kv.m mətbəxdən, 5,8 kv.m, 3,6 kv.m 2 açıq eyvandan ibarətdir. Həmin ünvanda hal-hazırda cavabdehlər yaşayır. O, cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam edilməsini istəyir. Həmin kompensasiya ondan ibarətdir ki, şəhərin həmin hissəsində 3 otaqlı mənzilin kirayə haqqı 200 manatdır. O, cavabdehlərə 1 illik kirayə haqqı olan 2400 manatı əvvəlcədən ödəməklə onların mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsini istəyir. İddianın təmin olunmasını xahiş etdi. Məhməkə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Adıgözəlova Sevil Həsən qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır. Qardaşı keçmiş arvadı Bahara hər ay hissə-hissə olmaqla ümumilikdə 14000 ABŞ dollarından çox pul göndərmişdir. Qardaşı xəstə oluğu müdətdə övladlarının heç biri onunla maraqlanmamış, onun qulluğunda durmamışlar. Məhməkə iclasında iddiaçının vəkili X2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh4 iddia tələbinə qarşı etiraz ünvanlayaraq göstərmişdir ki, sözügedən mübahisəli mənzil iddiaçı ilə birgə nikahlarından sonra onlara dövlət tərəfindən verilmişdir. İddiaçı bir ailə başçısı, bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Rusiya Federasiyasında yaşamışdır. Bu illər ərzində o, övladlarını təkbaşına sözügedən mənzildə böyütmüşdür. İddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etməyərək qeyd etmişdirlər ki, iddiaçı həmişə onlara laqeyid münasibət bəsləmiş, xarici ölkədə yaşamışdır. Ailəsi ilə maraqlanmamış ata kimi borclarını və vəzifələrini yerinə yetirməmişdir. Hal-hazırda həmin evdə yaşayırlar. İddianın təmin olunmamasını xahiş etmişlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.1992-ci il tarixli Gəncəşəhəri İcra Hakimiyyəti başçısının sərəncamının surətindən görünür ki, ünvan 2 mənzil 22 ünvanda yerləşən mənzil İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 xx.xx.2020-ci il tarixli məktubunun təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 mənzil 22 ünvanda yerləşən mənzil xx.xx.1992-ci il tarixli Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 2734 sərəncamına əsasən İddiaçı mülkiyyətinə verilmiş və ona xx.xx.1992-ci il tarixli 8110 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043) -1486/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı məcburi pay hüququndan məhrumedilmə tələbi barədə iddiası rədd edilmişdir. xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında olan nikah xx.xx.1982-ci il tarixdə rəsmiləşdirilmiş və xx.xx.2010-cu il tarixdə pozulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Cavabdeh4 ilə xx xxxxxx 1982-ci ildə ailə qurmuş, nikahları xx xxxxxx 2010-cu ildə pozulmuşdur. Gəncəşəhəri Üzeyir Hacıbəyov küçəsi, 11 nömrəli binanın 22 nömrəli mənzili Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2734 saylı sərəncamına əsasən İddiaçı mülkiyyətinə verilmiş və ona xx.xx.1992-ci il tarixli 8110 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı iddia etmişdir ki, onun mülkiyyətində olan mənzildə hal-hazırda cavabdehlər yaşayır, cavabdehlərin onun mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilməsini istəyir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailəüzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailəüzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin məzmunundan görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdəə vvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 2400 manat kompensasiyanın məbləği cavabdehlərə ağlabatan müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Həmin məbğin qarşılığında onların istifadə hüquqlarına xitam verilməsi cavabdehləri gələcəkdə yaşayış sahəsi əldə etmək imkanından məhrum etməklə onların hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya vermək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinədair iddiasıəsassız olduğundan təmin edilməməlidir. İşüzrəödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya vermək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İşüzrəödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar