Məhkəmə qərarları › İş №2(043)-281/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-281/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-281/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair X3, Ərizəçi və X9 paylı mülkiyyət hüququnun qeydiyyatı haqqında 12.10.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı torpaq sahəsinin X12 məxsus olması barədə qeyddəki “Abdulov” soyadının “Abdullayev” olması və həmin sənədin atası X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X10 həmin əmlakı X14 ilə aralarında bağlanmış, 26 avqust 1936-cı il tarixli notariat qaydasında təsdiq olunmuş alqısatqı müqaviləsinə əsasən almışdır. Bundan sonra atası ilə şəhər kommunal təsərrüfat şöbəsi arasında 09.09.1936-cı il tarixli tikinti müqaviləsi bağlanmışdır. 22.03.1948-ci ildə isə həmin evin altındakı torpaq sahəsinə dair atasının adına torpaq qeydi yazılmışdır. Atası ilə anası həmin vaxtdan vəfat edənədək həmin evdə yaşamışlar. Həmin evə köçənə qədər onların birgə nikahından 1929-cu ildə Almaz, 1930-cu ildə Yusif, 1935-ci ildə Fatma adlı uşaqları doğulmuş, həmin evdə isə 1936-cı ildə Solmaz, 1937-ci ildə Oktay, 1943-cü ildə o özü, 1945-ci ildə Hüseyn anadan olmaqla orada yaşamışlar. Anası Züleyxa 26.02.1978-ci ildə, atası Mahmud 14.12.1982-ci ildə həmin evdə vəfat etmişlər. Gəncə şəhəri 6 saylı notariat kontorunda verilmiş 2V-1-100 nömrəli, 16.09.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülk qardaşı X6 adına qanunsuz keçdiyinə görə onun iddiası əsasında Kəpəz Rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnamə ləğv edilmiş, mülkün 1/3 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Kəpəz Rayon Məhkəməsinin həmin qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il qətnaməsi ilə və Ali Məhkəmənin 05.12.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından sonra mülkün 1/3 hissəsi onun adına, mülkün 2/3 hissəsi atası X3 adına qeydə alınmaqla çıxarış verilmişdir. Həmin çıxarışda ilkin arxiv sənədlərinə əsasən torpaq sahəsi üzrə qeydiyyatda atasının soyadı Abdullayev deyil, Abdulov kimi göstərilmişdir. O, 3 saylı Ərazi İdarəsinə müraciət edərək həmin uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, Ərazi İdarəsi tərəfindən 19.11.2021-ci il tarixli məktubla ona hüquqların dövlət qeydiyyatına dair mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirk edən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X13 ərizə ilə bağlı hər hansı etirazlarının olmadığını, İdarənin arxivində torpaq sahəsinin adına qeydə alındığı X9 şəxsiyyətini təsdiq edən sənədin olmadığını, torpaq sahəsinə mülkiyyət hüququna dair qeydin Ərizəçi müraciətinə əsasən 22.03.1948-ci il tarixli torpaq qeydinə əsasən aparıldığını, həmin sənəddə torpaq sahəsinin verildiyi şəxsin soyadının Abdulov qeyd edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən Ərizəçi ünvanlanmış 19.11.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi daşınmaz əmlakın dövlət reyestrindən ünvan 3 ünvanda yerləşən əmlaka dair verilmiş çıxarışda mülkiyyətçilərdən birinin adında olan uyğunzusluğun aradan qaldırılması barədə müraciətinə baxılmış və uyğunsuzluğun aradan qaldırılmasından imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1943-cü il tarixdə Gəncə şəhərində doğulmuş Ərizəçi məxsusdur, Ərizəçi ünvan 3 ünvanda qeydiyyatdadır. АZ-T seriyalı 039166 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1943-cü il tarixdə Gəncə şəhərində doğulmuş Ərizəçi atası X11, anası X2r. AZ-İİ seriyalı, 224951 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14.12.1982-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İ-ИЕ seriyalı, 190972 saylı nikah haqqq şəhadətnamənin surətindən görünür ki, X10 və X7 arasında 25 avqust 1928-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. 12.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə X3, 1/3 hissəsinə Ərizəçi, həmin ünvanda yerləşən 0,0979 ha torpaq sahəsinə isə X9 mülkiyyət hüququ qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 5 ünvanda yerləşən 0,0979 ha torpaq sahəsinin X9 adına qeydə alınması üçün əsas olmuş sənədlər, o cümlədən X9 şəxsiyyətini təsdiq edən sənədin surətinin məhkəməyə göndərilməsi xahiş edilmiş, həmin sorğuya cavab olaraq 20 oktyabr 1938-ci il tarixdə X9 adına verilmiş 750 saylı torpaq qeydinin surəti məhkəməyə göndərilmişdir. X16 adlı şəxsin şəxsiyyətini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı X8r. X1 şəhəri Mayakovski küçəsi (indiki Rafael Əsədov küçəsi) 7 ünvanda yerləşən fərdi yaşayış evini almış, daha sonra onun adına həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair torpaq qeydi verilmişdir. Lakin torpaq qeydində onun soyadı Abdullayev əvəzinə Abdulov kimi qeyd edilmişdir. Araşdırma zamanı torpaq sahəsinə hər hansı başqa iddianın, eləcə də X16 adlı şəxsin mövcud olması müəyyən edilməmişdir. Qeyd edilənlər torpaq qeydində ərizəçinin atasının soyadının səhvən Abdullayev əvəzinə Abdulov kimi yazıldığını və bu sənədin əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da torpaq sahəsinin mülkiyyətçisi qismində X16 göstərilmişdir. Halbuki, torpaq sahəsinə mülkiyyət hüququ X5 məxsusdur və sənədlərdəki yanlışlıqdan dolayı ərizəçinin atasının adı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,0979 ha torpaq sahəsinə X9 mülkiyyət hüququnun qeydiyyatına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 12.10.2021-ci il tarixli çıxarışın ərizəçinin atası X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 7 ünvanda yerləşən 0,0979 ha torpaq sahəsinə X9 mülkiyyət hüququnun qeydiyyatına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 12.10.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçinin atası X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar