Məhkəmə qərarları › İş №2(043)-3021/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3021/2021

25.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3021/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi-Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə- 220 reyestr nömrəli bağışlama müqaviləsinin; Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixti, 4Ə-219 reyestr nömrəli bağışlama müqaviləsinin; Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 19 avqust 2018-ci il tarixli, 4Ə-165 reyestr nömrəli atqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası - 16 yanvar 1936-cı il təvəllüdlü X23 19 may 2021-ci il tarixdə ölmüşdür. Bundan sonra vərəsəlik hüquqları ilə bağlı müraciət etdikdə, məlum olmuşdur ki, atasının əmlakları qanunsuz olaraq bacısı - Cavabdeh2 və digər Cavabdeh1 tərəfindən qanunsuz, etibarsız və əhəmiyyətsiz əqdlərlə mənimsənilmişdir. Gəncə şəhəri Nizami rayonu X9 ərazisi məhəllə V, 6-2 sahədəki 5 sot torpaq sahəsi və üzərindəki 204 kv.m. sahəsi olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən daşınmaz əmlakla bağlı Gəncə şəhəri 2 saytı DNKda 27 oktyabr 2017-ci il tarixli, 4Ə-220 reyestr nömrəli bağışlama müqaviləsi bağlanmaqla həmin əmlak Cavabdeh2 bağışlanmışdır. X5 xüsusi mülkiyyətində olmuş Gəncə şəhərindəki Gəncə Alüminium zavodunun yardımçı təsərrüfatı da Gəncə şəhəri 2 saytı DNK-da 27 oktyabr 2017-ci il tarixli, 4Ə-219 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlanmışdır. Gəncə şəhəri Nizami rayonu X9 ərazisi məhəllə V, 5-6 sahə 12-13 sahədəki 10 sot torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi atam X13 xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən daşınmaz əmlakla bağlı Gəncə şəhəri 2 saytı DNK-da 19 avqust 2017-ci it tarixli, 4Ə-165 reyestr nömrəli atqı-satqı müqaviləsi bağlanmaqla həmin əmlak Cavabdeh2 bağışlanmışdır. Qeyd edilən əqdlər barədə heç kimin məlumatı olmamışdır. Bu barədə məlumat alan kimi məhkəməyə müraciət etməli olmuşdur. Həmin əqdlər atasının olduqca yaşlı və xəstə olmasından istifadə edilməklə, bağlanmışdır ki, miras əmlak ələ keçirilsin. 30 sentyabr 2021-ci il tarixdə İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m. sahəsi olan fərdi yaşayış evinin Cavabdeh1 adına özgəninkiləşdirilməsi əlaqədar olan əqd etibarsız hesab edilməsi; Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m. sahəsi olan əmlak kompleksi kimi müəssisənin Cavabdeh1 adına özgəninkiləşdirilməsi ilə əlaqədar olan əqd etibarsız hesab edilməsi; Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244,4 kv.m. sahəsi olan fərdi yaşayış evinin X7 adına özgəninkiləşdirilməsi ilə əlaqədar olan əqd etibarsız hesab edilməsi; Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m. sahəsi olan fərdi yaşayış evi barəsində Cavabdeh1 və Cavabdeh2 arasında Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-220 reyestr nömrəli bağışlama müqaviləsinin; Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m. sahəsi olan əmlak kompleksi kimi müəssisəsi barəsində Cavabdeh1 və Cavabdeh2 arasında Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-219 reyestr nömrəli bağışlama müqaviləsinin; Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244,4 kv.m. sahəsi olan fərdi yaşayış evi barəsində X14 və Cavabdeh2 arasında Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 19 avqust 2017-ci il tarixli, 4Ə-165 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin artırılması barədə yenidən 10 noyabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m sahəsi olan fərdi yaşayış evinin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 4Ə-216 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-220 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 03 oktyabr 2017-ci il tarixli, 4Ə-197 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-219 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244.4 kv.m sahəsi olan fərdi yaşayış evinin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 1 saylı DNK-da bağlanmış 20 iyul 2017-ci il tarixli, 4Ə-100 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 19 avqust 2017ci il tarixli, 4Ə-165 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra 25 noyabr 2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsini, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m sahəsi olan fərdi yaşayış evinin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 4Ə-216 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-220 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 03 oktyabr 2017-ci il tarixli, 4Ə-197 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə-219 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244.4 kv.m sahəsi olan fərdi yaşayış evinin bağışlanması ilə əlaqədar Gəncə şəhəri 1 saylı DNK-da bağlanmış 20 iyul 2017-ci il tarixli, 4Ə-100 saylı və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 19 avqust 2017ci il tarixli, 4Ə-165 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, həmin iş üzrə tərəflərindən Gəncə şəhəri 2 saylı DNK-a edilmiş sorğu nəticəsində Cavabdeh2, Cavabdeh1 ve M.İsmayılova arasında bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 4Ə- 220 reyestr nömrəli bağışlama müqaviləsi, 27 oktyabr 2017-ci il tarixli, 4Ə-219 reyestr nömrəli bağışlama müqaviləsi və Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 19 avqust 2017-ci il tarixli, 4Ə-165 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə notariat işləri əldə edilmiş və 16 sentyabr 2021-ci il tarixli məhkəmə iclası zamanı işə əlavə olunması üçün təqdim edilmişdir. Qeyd edilən notariat işlərindən məlum olmuşdur ki, 16.01.1936-ci il təvəllüdlü X13 adından 2017-ci ildə verilmiş etibarnamə(lər)nin və buna aid sənədlərin təsdiqlənmiş surətlərinin, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m. sahəsi olan fərdi yaşayış evinin Cavabdeh1 adına özgəninkiləşdirilməsi əlaqədar olan əqdlə bağlı notariat işinin və xüsusi mülkiyyət kimi və qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq olunmuş surətinin, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin Cavabdeh1 adına özgəninkiləşdirilməsi ilə əlaqədar olan əqdlə bağlı notariat işinin və xüsusi mülkiyyət kimi və qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq olunmuş surətinin, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244,4 kv.m. sahəsi olan fərdi yaşayış evinin X7 adına özgəninkiləşdirilməsi ilə əlaqədar olan əqdlə bağlı notariat işinin və xüsusi mülkiyyət kimi və qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq olunmuş surətinin əldə edilməsi zəruridir. Bu səbəbdən tərəflərindən Gəncə şəhəri 2 saylı DNK-na və AR iqtisadiyyat Nazirliyi ƏMDK yanında ƏDRX-nin 3 saylı Gəncə Şəhəri Ərazi idarəsinə müvafiq sorğular verilmişdir. AR iqtisadiyyat Nazirliyi ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Şəhəri Ərazi idarəsinin 11 oktyabr 2021-ci il tarixli, **********07 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V- 6, sahə 2 ünvanında 0,05 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 204,1 kv.m. sahəsi olan fərdi yaşayış evi X13 adından Cavabdeh1 Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 4Ə-216 saylı bağışlama müqaviləsi, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında 0,04326 ha istifadədə olan torpaq sahəsində yerləşən 310,9 kv.m. sahəsi olan əmlak kompleksi kimi müəssisənin X13 adından Cavabdeh1 Gəncə şəhəri 2 saylı DNKda bağlanmış 03 oktyabr 2017-ci il tarixli, 4Ə-197 saylı bağışlama müqaviləsi və Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V 5-6, sahə 12-13 ünvanında 0,1 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 244,4 kv.m. sahəsi olan fərdi yaşayış evinin X13 adından X8 Gəncə şəhəri 1 saylı DNK-da bağlanmış 20 iyul 2017-ci il tarixli, 4Ə-100 saylı bağışlama müqaviləsinə əsasən bağlanmışdır. Qeyd edilən bağışlama müqavilələri və bununla bağlı notariat işlərinin təsdiq olunmuş surətlərinin əldə edilməsi üçün müvafiq otaraq Gəncə şəhəri 1 saylı və 2 saylı DNK-larına sorğular verilmişdir (sorğuların və poçt qəbzlərinin surətləri e-kabinetə əlavə edilmişdir). Nəzərə çatdırılmışdır ki, qeyd edilən əqdlərin tarixi və nömrələri bizə yalnız AR İqtisadiyyat Nazirliyi ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Şəhəri Ərazi idarəsinin 11 oktyabr 2021-ci il tarixli, **********07 saylı cavab məktubundan məlum olmuşdur ki, həmin məktub 05 noyabr 2021ci il tarixdə onlara təqdim edilmişdir. Gəncə şəhəri 1 saylı və 2 saylı DNK-larından sorğularına cavab otaraq Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 4Ə-216 saylı, Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 03 oktyabr 2017-ci il tarixli, 4Ə-197 saylı və Gəncə şəhəri 1 saylı DNK-da bağlanmış 20 iyul 2017-ci il tarixli, 4Ə-100 saylı bağışlama müqavilələri və bunlarla bağlı notariat işlərinin surətləri onlara verilmişdir. Nəzərə çatdırılmışdır ki, qeyd edilən həmin sənədləri 24 noyabr 2021-ci il tarixdə onlar almışlar və dərhal da tərəflərindən məhkəməyə təqdim edilmişdir. 24 noyabr 2021-ci il tarixdə əldə edilmiş Gəncə şəhəri 2 saylı DNK-da bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 4Ə-216 saylı və 03 oktyabr 2017-ci il tarixli, 4Ə-197 saylı bağışlama müqavilələri üzrə notariat işlərindən müəyyən olunur ki, hər iki müqavilə üzrə X13 adından X15 (ş/v AZE ********, ünvan - ünvan 4 5728 reyestr nömrəli etibarnaməyə əsasən çıxış edərək, əmlakları X7 bacısı Cavabdeh1 bağışlamışdır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə etdikləri X20 tərəfindən verilmiş 23 avqust 2017-ci il tarixli epikrizdən müəyyən olunur ki, X23 15 avqust 2017-ci il tarixdən 22 avqust 2017-ci il tarixədək yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətləri əlaqədar stasionar müalicədə olmuşdur. Bundan sonra da mütəmadi müalicələr almış və səhhəti ilə əlaqədar xəstə olmuşdur. X23 15 avqust 2017-ci il tarixdən 22 avqust 2017-ci il tarixədək yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətləri əlaqədar stasionar müalicədə olduğu zaman X14 öz adından X11 (ş/v AZE ********, ünvan - ünvan 56 reyestr nömrəli etibarnamə vermişdir. X11 13 sentyabr 2021-ci il tarixli, 7E-5728 reyestr nömrəli etibarnamə verilməsini təşkil edərək daşınmaz əmlakları C.Müqəddiminin köməkliyi ilə doğma bacısı Cavabdeh1 adına bağışlama yolu ilə keçirmiş, yeni çıxarış aldıqdan dərhal sonra isə özünün doğma bacısı qızı Cavabdeh2 adına keçirmişdir. İşdən məlum olur ki, X1 Müqəddimi ilə öz xeyrinə razılaşmaqla qeyd edilən əqdlərin bağlanmasına nail olmuşdur. Əgər R.Qocayev həmin əmlakların Cavabdeh2 adına bağışlanmasına razı idisə, onda bu əqdlər birbaşa da bağlana bilərdi. Həmin əqdlər R.Qocayevin iradə ifadəsinə uyğun olmamışdır. İddiaçı tərəfindən verilmiş iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilmiş İddiaçı və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılması barədə xahişini nəzərə alıb, iddiaçının və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, Cavabdeh2 iddia tələbini qəbul etməyək və iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq mübahisəyə son qoyulmasını bildirərək ifadəsində göstərdi ki, iddiaçı onun vəfat etmiş həyat yoldaşı X24 qardaşıdır. İddiaçı qaynatasının oğlu olmasına baxmayaraq onunla maraqlanmamış, onun qulluğunda durmamış, hətta qaynatası X23 19 may 2021-ci ildə vəfat etdikdə onun yas mərasimində qonaq kimi iştirak etmiş, dəfnlə bağlı xərclərin heç biri onun tərəfindən çəkilməmiş, iddia tələbində göstərilən əmlaklarla bağlı hər hansı hüquq və bağlılığı olmamış, daim Bakı şəhərində yaşamışdır. X23 19 may 2021-ci il tarixdə “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” diaqnozu ilə vəfat etmişdir. Həyat yoldaşı X34 isə 28 iyun 2001-ci ildə vəfat etmişdir. X3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.1 kv/m, yaşayış sahəsi 117.2 kv.m, yardımçı sahəsi 74.9 kv.m olan 3 otaqlı fərdi yaşayış evini tam mülkiyyət üzrə X8 bağışlamışdır. Daha sonra qaynatası X2 mülkiyyətində olan etibarnamə üzrə nümayəndəsi X15 vasitəsi ilə Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında yerləşən ümumi sahəsi 310.9 kv.m olan, LİTER A qeyri-yaşayış binası tikinti altı sahə 243 kv.m, ümumi sahəsi 167 kv.m, LİTER B qeyri yaşayış binası “Tövlə” tikinti altı sahə 180 kv.m, ümumi sahə 132 kv.m, LİTER C qeyri-yaşayış binası “hamam” tikinti altı sahə 20 kv.m, ümumi sahəsi 12 kv.m ibarət olan əmlak kompleksini və Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən ümumi sahəsi 204.1 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh1 bağışlamışdır. X3 hələ əvvəldən həmin əmlakları ona bağışlamaq niyyətində olduğunu bildirmişdir. Qayınatası Cavabdeh3 bu barədə məlumat vermiş və onunla bu mərhələləri necə həyata keçirəcəyi ilə bağlı məsləhətləşmişdir. Həmin zaman maddi imkanları yaxşı olmadığı üçün, həmçinin əmlaklarla bağlı dövlət rüsumunun çox olmaması üçün, az ödəniş edilməsi məqsədi ilə X3 həmin əmlakları həyat yoldaşı X8 bağışlamış, sonuncu da bacısı yəni onun anası Cavabdeh1 bağışlamışdır. Belə ki, qaynanası X14 onun doğma xalasıdır. Bundan sonra X14 və Cavabdeh1 həmin əmlakları ona bağışlamışlar. Əlavə olaraq bildirir ki, qaynatası X23 15 avqust 2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Avtomobil qəzasına düşən zaman diz qapaqları zədələnmişdir. Onun avtoqəza nəticəsində baş-beyin və digər bədən orqanlarına hansı bir ciddi xəsarət alması faktı müəyyən edilməmişdir. Bu hadisədən sonrada o, Rahib Qocayevin qulluğunda daima durmuş və ona yardım və köməklik etmişdir. Həmin tarixdən sonra onlar dəfələrlə X13 doğum günlərində iştirak etmişlər və onu qeyd etmişlər. Həmin doğum günlərində İddiaçı iştirak etməmiş və atası ilə maraqlanmamışdır. Rahib Qocayev avtoqəza keçirməsinə baxmayaraq özünü tam sərbəst formada ifadə və idarə edə bilmişdir. Buna dair videogörüntülər və fotoşəkillər onlar tərəfindən təqdim edilmişdir. X23 bağışlanma etdiyi dövrlər ərzində tam olaraq anlaqlı vəziyyətdə olmuş və onun ruhipsixoloji vəziyyəti yerində olmuşdur. Odur ki, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının tələbi ilə iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 ifadəsində bildirdi ki, mərhum X23 onun atası ilə yaxın dost olmuş və 1970-ci ildən onların ailəvi bir-birlərinə gediş gəlişləri olmuş, bəzən Rahib Qocayevin tapşırığı əsasında onun işlərini görmüşdür. X13 avtomobil idarə edə bilən vaxtları, təxminən 2016- 2017-ci il tarixlərdə avtomobil qəzası keçirməmişdən 5-6 ay əvvəllər onlara qonaq gəlmişdir. Bu zaman Rahib Qocayev ona demişdir ki, “bütün əmlaklarımı gəlinim Lalə və uşaqlarının adına keçirmək istəyirəm” və bunun üçün nə etməli olduğunu ondan soruşmuşdur. O da maraqlanıb deyəcəyini ona bildirmişdir. Lakin onun başı başqa işlərə qarışdığından bu məsələ ilə bağlı Rahib kişiyə heç nə deməmişdir. Sonradan xəbər tutmuşdur ki, Rahib Qocayev avtomobil qəzasına düşmüşdür. Bundan sonra Rahib Qocayev ona zəng edərək dediyi məsələ ilə bağlı nə öyrənə bildiyini soruşmuş, o da notariat kontoruna getmiş həmin əmlakların Lalənin adına keçirmə yolunu öyrənmiş, sonra o, Rahib Qocayevə cavab olaraq maraqlandığını və bunun üçün notariat kontoruna getməli olduğunu demişdir. Lakin həmin zaman Rahib avtomobil qəzasına düşən zaman diz qapaqları zədələndiyindən gedə bilmədiyini bildirmişdir. Bundan sonra X33 müəllimin yanına getmiş, Rahib Qocayev ayaqlarında olan zədəyə görə 2 saylı notarial konturuna gələ bilmədiyi üçün Rahib Qocayevin yaşadığı evə gəlməsini xahiş etmişdir. 2 saylı notarial konturunun notariusu X21 evə gəlmişdir. X38 sual vermişdir ki, “nəyə qol çəkdiyini bilirsiz ?”. Sonuncu bundan sonra “nəyə qol çəkdiyini bildiyini” notariusa bildirmiş və bundan sonra isə notarius imza çəkməyə icazə vermiş, bununla da onun adına etibarnamə verilmişdir ki, Rahibin adından qeyd edilən sənədləşmə işlərini görsün. Rahib Qocayevin yaddaşı öldüyü günədək yerində olmuş və o, daim Rahib kişi ilə maraqlanmışdır. Rahib Qocayev avtomobil qəzasında diz qapağı zədələnmiş, buna görə də son vaxtlar avtomobil idarə etməmişdir. Rahib Qocayevin son iradəsi öz adına olan əmlakları gəlini Lalə və onun uşaqlarının adına keçirmək olmuşdur. Həmçinin həmin əmlakların bağışlanma yolu ilə Lalənin adına keçirməkdə məqsədləri digər əməliyyatlara nisbətən dövlət rüsumlarının az olması olmuşdur. Belə ki, bir başa yaxın qohumluq olmadığndan Rahib Qocayev adına olan əmlakları arvadı Mehriban İsmayılovaya, Mehriban öz növbəsində bacısı Cavabdeh1, Elmira da qızı Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X26 ifadə verərək bildirdi ki, X16 1997-ci ilin sentyabr ayından tanımışdır. Uzun müddət riyaziyyat müəllimi işləmişdir. O, əvvəl fəaliyyət göstərən “Səadət” şadlıq sarayının əvvəlki yerində təndir sexi müdiri olmuşdur. Lalə xanımın ailəsini həmin vaxtdan tanımışdır. İddiaçı Gəncə şəhərində işləmişdir. Sonradan isə işləmək üçün Bakı şəhərinə getmişdir. X13 bütün işlərinə digər mərhum oğlu Natiq dəstək olmuşdur. Həmin mübahisəli torpağa dair bütün xərcləri Natiq çəkmişdir. Onun mübahisəli evin bağışlanmasından xəbəri olmuşdur. X23 demişdir ki, “evi Lalənin qızlarının arasında böləcəm”. X13 öldüyü vaxtadək huşu və şüuru yerində olmuşdur. Avtomobil qəzasına düşdükdən sonra sərbəst yeriyə bilmədiyi üçün əl ağacı ilə gəzmişdir. Hər həftənin dördüncü günü oğlu Natiqin qəbri üstünə tək getmiş, o gedib hər dəfə Rahib Qocayevi qəbiristanlıqdan götürüb Gülüstan qəsəbəsinə evlərinə aparmışdır. İddiaçı atası ilə maraqlanmamış və onun qayğısına qalmamış, daim Bakı şəhərində yaşamışdır. İş materiallarına əlavə edilmiş X10 23.08.2017-ci il tarixli, 21825 nömrəli epikriz formasından görünür ki, X17 “diafragramın sürüşən yırtığı, qaraciyərin sol payının İİ seqmentində 6 mm, 5 mm və 3 mm ölçüdə bəsit kistalar. Hər iki böyrəkdə böyüyü sağ böyrəyin aşağı qütbündə yerləşən 20 mm ölçüsündə bir neçə ədəd bəsit kartikal kista. Sol femurun proksimal 1/3-nın yerini dəyişmiş köndələn sınığı. Sağ os pubis superior və infeior ramuslarının, sol ol pubis inferior ramusunun minimal qeyri düzgün repozisiya vəziyyətində olan sınıqları. Sağ körpücük sümüyü, sağda v, vı və solda ıı, ııı, ıv, v, vı, vıı və vııı, ıx, x qabırğaların sınığı, sağ tərəfli plevral maye. Supratentoryal sahədə mikroangiopatik ensyalopatiya, minimal beyin atribiyası, sol alın nahiyyəsində dərialtında ən qalın yerin 6 mm olan hematoma və hava qabarcıqları” diaqnozu qoyulmuşdur. Fiziki müayinə: Tənənəffüz hərəkətlərin sayı 19; həzm sistemi sərbəst; ürək damar sistemi normal; nevroloji sistem normal; hərəkət sistemi məhdudiyyətli. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin 17.09.2021-ci il tarixli, AZ-İİ seriyalı, 177237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 19 may 2021-ci il tarixdə “ürək dayanmasında qəfləti ölüm kimi təsvir olunmuş hadisə” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 10.06.2021-ci il tarixində 495 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 11.10.2021ci il tarixli, **********07 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhər 2 saylı notariat kontorunun 20.10.2017-ci il tarixli 4Ə-216 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-6, sahə 2-də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”-da 184.9 kvm yaşayış otaqları, 19.2 kvm köməkçi sahəsindən ibarət fərdi yaşayış evini Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka 24.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 27.10.2017-ci il tarixli 4Ə-220 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 20.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 03.10.2017-ci il tarixli 4Ə-197 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında istifadədə olan 0.04326 ha torpaq sahəsində yerləşən tikili “A”-da 117.8 kvm əsas sahə, 49.1 kvm köməkçi sahəsi olan yaşayış binası və tövlə, tikili “B”-də 131.6 kvm əsas sahəsi olan tövlə, tikili “C”-də 12.4 kvm əsas sahəsi olan hamam tikililərindən ibarət olan əmlak kompleksi kimi müəssisəni Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka 12.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 27.10.2017-ci il tarixli 4Ə-219 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 06.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat kontorunun 20.07.2017-ci il tarixli 4Ə-101 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-5, sahə 12də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”-da 16.0 kvm bir yaşayış otağından ibarət fərdi yaşayış evini X8 bağışlanmışdır. Gəncə şəhər 1 saylı notariat kontorunun 20.07.2017-ci il tarixli 4Ə-100 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-6, sahə 13-də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”da 192.1 kvm üç yaşayış otaqları, 74.9 kvm köməkçi sahəsindən ibarət fərdi yaşayış evini X8 bağışlanmışdır. X8 Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-5-6, sahə 12-13-də 0.1 ha torpaq sahəsində yerləşən bu əmlaka (tikili “A”-da 115.0 kvm üç yaşayış otaqları, 113.4 kvm köməkçi sahə, 87.9 kvm zirzəmi, 205.5 kvm açıq eyvan, tikili ”B”-də 16.0 kvm bir yaşayış otağı) 02.08.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 19.08.2017-ci il tarixli 4Ə-165 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 12.09.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və 1 ədəd DVD diskdən görünür ki, X23 ad günlərini (82, 83 və 85-ci doğum günlərini) ailəsi ilə birlikdə qeyd etmiş, öz hərəkətlərini idarə edə bilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 17.09.2021-ci il tarixli, AZ-İİ seriyalı, 216805 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 31 yanvar 2020-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 03.02.2020-ci il tarixində 237 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 19.07.2017ci il tarixli, 411 nömrəli arayışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.1 kv/m, yaşayış sahəsi 117.2 kv/m, yardımçı sahəsi 74.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evi 12463 qeydiyyat nömrəsi ilə 29.04.1998-ci il tarixdən X13 tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 20.07.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.1 kv/m, yaşayış sahəsi 117.2 kv/m, yardımçı sahəsi 74.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə X8 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 02.08.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında yerləşən ümumi sahəsi 244.4 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********49-10301 nömrəli Texniki Pasportunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında yerləşən fərdi yaşayış sahəsi X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 19.08.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında yerləşən ümumi sahəsi 244.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş X14 tərəfindən 16.08.2021-ci il tarixdə 2 saylı notarial konturuna təqdim edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsi tərəfindən 02.08.2017-ci il tarixdə verilmiş **********49-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında yerləşən fərdi yaşayış evini bağışlanmasını istəyir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxtı rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BA seriyalı, 781394 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-5-6, sahə 12-13 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" Sığorta şirkəti ASC tərəfindən 20000 manat məbləğində 17.08.2018-ci il tarixə qədər sığortalanmışdır. İş materiallarına əlavə olunmuş 20.08.1953-cü il tarixli doğum haqqında arayışının surətindən görünür ki, X22 xx.xx.1942-ci ildə anadan olmuşdur. Valideynləri- ataları X27, anaları X18r. Bu haqda 20.08.1953-cü il tarixdə bu barədə doğum kitabında 524 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş, 15.08.2017-ci il tarixli, 2238/12 nömrəli nikah haqqında arayışının surətindən görünür ki, X35 ilə X22 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 20.04.1962-ci il tarixdə 254 nömrə qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi VVADQ şöbəsinin 27.05.2003-cü il tarixli, 349035 nömrəli ölüm haqqında arayışın surətindən görünür ki, X35 25 iyul 1975-ci il tarixdə “mionard infarktı” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 26.07.1975-ci il tarixində 387 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 14.01.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında yerləşən ümumi sahəsi 310.9 kv/m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 03.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında yerləşən ümumi sahəsi 310.9 kv/m olan, LİTER A qeyri-yaşayış binası tikinti altı sahə 243 kv.m, ümumi sahəsi 167 kv.m, LİTER B qeyri yaşayış binası “Tövlə” tikinti altı sahə 180 kv.m, ümumi sahə 132 kv.m, LİTER C qeyri-yaşayış binası “hamam” tikinti altı sahə 20 kv.m, ümumi sahəsi 12 kv.m ibarət olan əmlak kompleksi tam mülkiyyət üzrə Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən 02.10.2017-ci il tarixdə 2 saylı notarial konturuna təqdim edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsi tərəfindən 14.01.2012-ci il tarixdə verilmiş **********94-12301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi X13 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatında yerləşən əmlak kompleksini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxtı rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BA seriyalı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatında yerləşən əmlak kompleksini "xxxx" Sığorta şirkəti ASC tərəfindən 190.000 manat məbləğində 03.10.2018-ci il tarixə qədər sığortalanmışdır. İş materiallarına əlavə edilmiş X14 tərəfindən 03.10.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X14 - əri X17 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanda yerləşən əmlak kompleksini Cavabdeh1 bağışlanmasına razılıq verir. İş materiallarına əlavə edilmiş 13.09.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X23 öz hüquqlarını Cavabdeh3 13.09.2027-ci il tarixədək etibar etmişdir. İş materiallarına əlavə edilmiş 20.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən ümumi sahəsi 204.1 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 11.10.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən ümumi sahəsi 204.1 kv.m olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********41-10301 nömrəli Texniki Pasportun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış sahəsi X13 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən 19.10.2017-ci il tarixdə 2 saylı notarial konturuna təqdim edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsi tərəfindən 11.10.2017-ci il tarixdə verilmiş **********41-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi X13 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış evini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxtı rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BA seriyalı, 796117 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" Sığorta şirkəti ASC tərəfindən 20.000 manat məbləğində 19.10.2018-ci il tarixə qədər sığortalanmışdır. İş materiallarına əlavə edilmiş X14 tərəfindən 21.10.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Cavabdeh3 X7 nümayəndəsi məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına razılıq verir. İş materiallarına əlavə edilmiş 27.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında yerləşən ümumi sahəsi 310.9 kv/m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 12.10.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatında yerləşən ümumi sahəsi 310.9 kv.m olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 26.10.2017-ci il tarixdə 2 saylı notarial konturuna təqdim edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsi tərəfindən 12.10.2017-ci il tarixdə verilmiş **********94-12301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxtı rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BA seriyalı, 784516 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" Sığorta şirkəti ASC tərəfindən 190.000 manat məbləğində 02.10.2018-ci il tarixə qədər sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 27.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən ümumi sahəsi 204.1 kv/m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 24.10.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən ümumi sahəsi 204.1 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 26.10.2017-ci il tarixdə 2 saylı notarial konturuna təqdim edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə ərazi idarəsi tərəfindən 24.10.2017-ci il tarixdə verilmiş **********41-10301 reyestr ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış evini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxtı rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş BA seriyalı, 796117 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə V-6, sahə 2 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" Sığorta şirkəti ASC tərəfindən 20.000 manat məbləğində 19.10.2018-ci il tarixə qədər sığortalanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhər 2 saylı notariat kontorunun 20.10.2017-ci il tarixli 4Ə-216 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-6, sahə 2-də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”da 184.9 kvm yaşayış otaqları, 19.2 kvm köməkçi sahəsindən ibarət fərdi yaşayış evini Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka 24.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 27.10.2017-ci il tarixli 4Ə- 220 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 20.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 03.10.2017-ci il tarixli 4Ə-197 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu, Gil torpaq istehsalat birliyinin yardımçı təsərrüfatı ünvanında istifadədə olan 0.04326 ha torpaq sahəsində yerləşən tikili “A”-da 117.8 kvm əsas sahə, 49.1 kvm köməkçi sahəsi olan yaşayış binası və tövlə, tikili “B”-də 131.6 kvm əsas sahəsi olan tövlə, tikili “C”-də 12.4 kvm əsas sahəsi olan hamam tikililərindən ibarət olan əmlak kompleksi kimi müəssisəni Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 bu əmlaka 12.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 27.10.2017-ci il tarixli 4Ə-219 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 06.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat kontorunun 20.07.2017-ci il tarixli 4Ə-101 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-5, sahə 12-də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”-da 16.0 kvm bir yaşayış otağından ibarət fərdi yaşayış evini X8 bağışlamışdır. Gəncə şəhər 1 saylı notariat kontorunun 20.07.2017-ci il tarixli 4Ə-100 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-6, sahə 13də 0.05 ha torpaq sahəsində yerləşən tikili “A”-da 192.1 kvm üç yaşayış otaqları, 74.9 kvm köməkçi sahəsindən ibarət fərdi yaşayış evini X8 bağışlanmışdır. X8 Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ərazisi, məhəllə V-5-6, sahə 12-13-də 0.1 ha torpaq sahəsində yerləşən bu əmlaka (tikili “A”-da 115.0 kvm üç yaşayış otaqları, 113.4 kvm köməkçi sahə, 87.9 kvm zirzəmi, 205.5 kvm açıq eyvan, tikili ”B”-də 16.0 kvm bir yaşayış otağı) 02.08.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 19.08.2017-ci il tarixli 4Ə-165 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 bu mülkü Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 12.09.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə işin hallarına hüququ qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı iddiasının haqlı olduğunu sübut edən halları göstərə və ya məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qərarları ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə İddiaçı atası Rahib Qocayevin yaşlı və xəstə olması və öz hərəkətlərinin mənasını bilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş doğum günlərində çəkilmiş fotoşəkillərdən və 1 ədəd video diskdə olan görüntülərdən, məhkəmə iclasında dindirilmiş cavabdehlərin və şahid ifadələrindən məlum olur ki, mərhum Rahib Qocayev öz adına olan əmlakları bağışlayarkən və bundan sonra da daim öz hərəkətlərinin mənasını dərk etmiş, ad günlərini (82, 83 və 85-ci doğum günlərini) ailəsi ilə birlikdə qeyd etmiş və öz iradəsinə uyğun əqd bağlamışdır. Bağışlama müqavilələri mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş, həmin müqavilələrdə hər hansı şərtlər müəyyən edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Həmçinin məhkəmə mübahisələndirilən əqdlər bağlanılarkən aparılmalı olan əməliyyatların qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində aparılması qənaətindədir və bunun təkzib edilməsinə dair hər hansı bir dəlil iddiaçı tərəfindən irəli sürülməmiş, daşınmaz əmlaklara hər hansı hüququnun olduğunu, onun qeyd edilən əmlaklara sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı müqavilə tərəfinin öz hərəkətlərinin mənasını bilməməsi müqavilənin etibarsızlığı üçün əsas olsa da, hazırki mülki iş üzrə bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar da müəyyən edilməmişdir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa həmin bağışlama müqavilələri əsasında fərdi yaşayış evlərinin və əmlak kompleksinin mülkiyyətçisi Cavabdeh2 hesab edildiyindən onun adına hüquqların X25 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi üçün də hər hansı bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar