Məhkəmə qərarları › İş №2(043)-3033/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3033/2021

27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3033/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1 Qnyaz qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Qnyaz qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 Qnyaz qızının, İddiaçı2, X10, İddiaçı3 cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 Qnyaz qızı, İddiaçı2, X14, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti bina 109, mənzil 38 ünvanında yerləşən miras əmlakın qanun üzrə vərəsə kimi cavabdehlərlə aralarında 1/4 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 Qnyaz qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti, 109 nömrəli evin 38 nöirəli mənzili mərhum X2na məxsus olmuşdur. Ataları X7 4 övladı o, Etibar, Rövşən və Gülüstan olmuşdur. Ataları X11 13.11.2020-ci ildə vəfat etmişdir. Bacıları Gülüstan atasından əvvəl 2009-cu ildə ölmüşdür. Gülüstanın hazırki iddiaçılar olan Nərmin, Əhəd və Gülnar adlı uşaqları vardır. Ataları öləndən sonra onun adına olan miras əmlaka vərəsəlik açılmışdır. Vərəsəlik açılandan sonra mirası qəbul etmək istəmiş və bu barədə notariat ofisinə müraciət etmişdir. Cavabdehlər miras əmlakın üzərində paylarının müəyyən edilməsinə razı olmadıqları üçün vərəsəlik haqqında şəhadətnamə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edib miras əmlakın qanun üzrə vərəsələr arasında 1/4 hissədə paylarının müəyyən edilməsini xahiş etmək məcburiyyətindədir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 Qnyaz qızının və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddianı müdafə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti, 109 nömrəli evin 38 nömrəli mənzili iddiaçıların atalarından və babalarından miras qalmışdır. Belə ki, X7 Rəna, Etibar, Rövşən və Gülüstan adlı 4 uşaqları olmuşdur.Hazırda Onlar da analarına çatası miras paydan paylarının müəyyən olunmasını tələb edirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, babası mərhum X7 4 uşağı olmuşdur. Babasının vərəsəsi olacaq anası X9 22 mart 2009-cu il tarixdə vəfat getmişdir. Ona görə də babasından miras qalmış və anasına çatası miras paydan onların da paylarının müəyyən edilməsini tələb edirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edərək təmin olunmasına etirazları olmadığını bildirib əlavə olaraq atalarından "xxxx" ASC-dən alınacaq 10821,88 manat məbləğində pul vəsaitinin miras qaldığını və həmin pul vəsaitindən də vərəsələr arasında paylarının müəyyən edilməsini xahiş etdilər. "xxxx" ASC tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli, 06 saylı arayışdan görünür ki, "xxxx" ASC-in X8 peşə xəstəliyi ilə əlaqədar 10821,88 manat məbləğində borcu qalmışdır. AZ-İİ 130632 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 13.11.2020-ci il tarixdə ölmüşdür. AZ-İ 346139 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədova Gülüstan Qnyaz qızı 22.03.2009-cu il tarixdə ölmüşdür. XVİİİ-JQ 317082 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.12.1992-ci il təvəllüdlü X10 ana qrafasında Məmmədova (Hacıyeva) Gülüstan Qnyaz qızı qeyd edilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli, 364 nömrəli imtina məktubundan görünür ki, İddiaçı1 Qnyaz qızına məcburi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 10.02.2021-ci il tarixdə 8İ-435 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı1 13.11.2020-ci il tarixdə vəfat etmiş atası X5 qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 02.04.2021-ci il tarixdə 8İ-978 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 13.11.2020-ci il tarixdə vəfat etmiş X2ndan qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti bina 109, 38 nömrəli mənzil tərəflərin atası və babasından miras qalmışdır. İddiaçılar iddia edir ki, miras qalmış əmlaka dair paylarının müəyyən edilməsində cavabdehlərlə razılığa gələ bilməmişlər, ona görə də məhkəməyə müraciət etmişdirlər. Cavabdehlər isə iddia tələbinə qarşı etirazları olmadığını miras qalmış pula dair aralarında fikir ayrılığı olduğunu göstərərək miras əmlakdan ¼ hissədə paylarının müəyyən edilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Göründüyü kimi tərəflər miras açıldıqdan sonra istər notariat orqanına istərsə də miras əmlakda yaşamaqla mirası faktiki qəbul edərək bərabər pay hüquqlu olmaqla miras əmlakdan paylarının müəyyən edilməsi barədə öz aralarında qarşılıqlı razılığa gələ bilməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, X5 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti bina 109, 38 nömrəli mənzildən və "xxxx" ASC-dən alınacaq 10821,88 manat məbləğində pul vəsatindən vərəsəlik hüququ üzrə İddiaçı1 Qnyaz qızının 1/4, Cavabdeh1 1/4, Cavabdeh2 1/4 hissədə, İddiaçı2 1/12, X10 1/12, İddiaçı3 1/12 hissədə payları müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, X19 prospekti bina 109, 38 nömrəli mənzildən və "xxxx" ASC-dən alınacaq 10821,88 manat məbləğində pul vəsatindən vərəsəlik hüququ üzrə İddiaçı1 Qnyaz qızının 1/4, Cavabdeh1 1/4, Cavabdeh2 1/4 hissədə, İddiaçı2 1/12, X10 1/12, İddiaçı3 1/12 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar