Məhkəmə qərarları › İş №2(043)-3085/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3085/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3085/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 manat kompensasiya verilmə yolu ilə Cavabdeh Gəncə şəhər, 4-cü mikrorayon, bina 23, mənzil 42-yə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh ilə razılığa əsasən, 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh və onun azyaşlı uşağı X9 evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 25.01.2016-cı il tarixdə Cavabdeh ilə olan rəsmi nikahları məhkəmə qaydasında pozulmuşdur. Bu barədə AZ- 341853 nömrəli nikahın pozulması haqqında şəhadətnamə mövcuddur surəti iddia ərizəsinə əlavə edilmişdir. Birgə nikahdan 06.11.2010-cu il təvəllüdlü oğlu X16 anadan olmuşdur. Qeyd etməlidir ki, Gəncə şəhər Kəpəz rayon 4-cü Mikrorayon bina-23,mənzil-42 mərhum atası X10 vərəsəlik yolu ilə anası X15 və onun xüsusi mülkiyyətlərinə keçib. Anası X1ydada 2010-cu ildə vərəsəlik yolu ilə keçən zaman bacısı X17 öz payından anasının xeyrinə imtina etmişdir və anasının yəni ¾ 3 payı yaranmışdır. Onun adıına qanun üzrə 1 pay ¼ rəsmiləşdirilmişdir. Mərhum atası X14 bu iki otaqlı mənzil iş yerindən Aliminium zavodundan verilmişdir və vərəsəlik yolu ilə anasının və onun adına keçmişdir. O, iddiaçı ¼ payın mülkiyyətçisi olaraq məlum edir ki, bu iki otaqlı mənzil mərhum atasından qalıb. O boşandıqdan sonra cavabdeh Cəmilə bu mənzildən yaşayış sahəsindən istifadə hüququ tələb etmişdir. 23.12.2015-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən qismən tələbi təmin etmişdir. Lakin, cavabdeh Cəmilə onunla və anası ilə “prinsip aparır”. Hazırda başqa ünvanda Avtozavod qəsəbəsində yaşayır. Xahiş edir nəzərə alınsın. Məhkəmə yolu ilə Cavabdeh və övladları X16 ilə birlikdə Gəncə şəhəri 4-cü Mikrorayon ev-23, mənzil-42 saylı mənzilin onun mülkiyyətində olan ¼ hissəsinə istifadə hüququ tanınmışdır. Bu iki otaqlı mənzildən 3/4 pay “yəni 1 otaq yarım” onun anasının mülkiyyətinə ona isə İddiaçı 1/4 pay “yarım otaq” müəyyən edilmişdir. Bildirmək istəyir ki, cavabdehin bütün əşyaları 2018-ci ilin sentyabr ayın 3-də tələbi əsasında məhkəmə müəyyən etmiş qətnamə əsasında əşyaları yarım otağa yığılmışdır. Əlavə edir ki, onun mülkiyyətində və istifadəsində olan otaqdan və əşyalarından rahat istifadə edə bilmir. Bu halın nəzərə alınmasını xahiş edir. Anası hal-hazırda 2-ci qrup əlildir xüsusi mülkiyyətlərinə vərəsəlik yolu ilə verilmiş Gəncə şəhər 4-cü Mikrorayon bina 23, mənzil 42də olan mənzilində rahat yaşaya bilmirlər. Cavabdeh hələ gəlin olarkən anası ilə birgə yaşayış qaydalarına heç bir zaman riayət etməmiş, həmişə qaydanı pozmuşdur. Buna görə də rəsmi nikahları Cavabdeh ilə pozulmuşdur. Cavabdeh onun mülkiyyət hüquqlarını mədudlaşdırır. O istədiyi kimi öz mənzilində onun mülkiyyətində olan yarım otaqdan istədiyi kimi istifadə edə bilmir. Çünki, cavabdehin cəmi bir ədəd yataq krovatı var oda otağın yarısını tutur. Cavabdeh özü də başqa ünvanda yaşayır. O, cavabdehə qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Onun 1 pay ola “yarım otağa dair 2.500 manat kompensasiya verilmə yolu ilə cavabdehin Gəncə şəhər 4-cü Mikrorayon bina-23,mənzil- 42-yə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göztərilənlərlə eyni məzmunda izahat vermiş və məhkəməyə ərizə təqdim edərək, cavabdehlə öz aralarında razılıq əldə edildiyini, məhkəmədən iddia tələbinin təmin edilməsini, Cavabdeh və onun azyaşlı uşağı X9 Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, bina 23, mənzil 42-yə olan istifadə hüquqlarına 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və iddianın etirafı haqqında ərizə verərək, İddiaçı evdən istifadə hüququna xitam verilməsi üçün ona 5000 manat kompensasiya təklifi ilə razı olduğunu, onun və azyaşlı uşağı X9 Gəncə şəhər, 4-cü mikrorayon, ev 23, mənzil 42-yə olan istifadə hüquqlarına 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş DİN-nin ******* saylı arayışından görünür ki, ünvan 1 ünvanda 21.08.1950-ci il təvəllüdlü X12, 22.07.1987-ci il təvəllüdlü Cavabdeh və 06.11.2010-cu il təvəllüdlü X16 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 mənzilin ¼ hissəsi İddiaçı və ¾ hissəsi isə X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 5747/2015 saylı, 25.12.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 övladı X16 ilə birlikdə ünvan 2 mənzilin cavabdeh X9 mülkiyyətində olan ¼ (dörddə bir) hissəsinə istifadə hüququ tanınması, iddia tələbi ünvan 2 mənzilin cavabdeh X7 mülkiyyətində olan ¾ (dörddə üç) hissəsinə münasibətdə təmin edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 48/2016 saylı, 25.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X16 ilə X11 arasında bağlanmış 26.12.2008-ci il tarixli nikahın pozulması, yetkinlik yaşına çatmayan 06 noyabr 2010-cu il təvəllüdlü X16 anası X4 yanında qalması, İddiaçı 25.01.2016-cı il tarixdən etibarən azyaşlı Xəlilin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3883/2018 saylı, 03.09.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 məxsus olan ünvan 2 mənzilin qonaq otağındakı cehiz əşyalarının hamısı, yataq otağındakı əşyalardan isə güzgülü termo və paltar dolabı həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.05.2018-ci il tarixli, 129 nömrə ilə qeyd edilmiş, 10.01.2020-ci il tarixli, AZ-İ 341853 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 arasında nikah 22.05.2018-ci ildə pozulmuşdur. İşin məhkəmə baxışı zamanı müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı 25.01.2016-cı il tarixdə Cavabdeh ilə olan rəsmi nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından 06.11.2010-cu il təvəllüdlü oğlu X16 anadan olmuşdur. ünvan 2 ünvanda yerləşən mənzil iddiaçının atası X10 vərəsəlik yolu ilə anası X7 və iddiaçının xüsusi mülkiyyətlərinə keçmişdir. İddiaçının anası X2ydada 2010-cu ildə vərəsəlik yolu ilə keçən zaman iddiaçının bacısı X17 isə öz payından anasının xeyrinə imtina etmişdir və anasının ¾ payı yaranmışdır. İddiaçının adına ¼ rəsmiləşdirilmişdir. İddiaçının atası X14 mənzil Aliminium fabrikindən verilmişdir. Vərəsəlik yolu ilə anasının və iddiaçının adına keçmişdir. Daha sonra iddiaçının cavabdeh ilə aralarında narazlıqları olduğu üçün və yola gedə bilmədikləri üçün iddiaçı nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-48/2016 saylı, 25.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X16 ilə X11 arasında bağlanmış 26.12.2008-ci il tarixli nikahın pozulması, yetkinlik yaşına çatmayan 06 noyabr 2010-cu il təvəllüdlü X16 anası X4 yanında qalması qət edilmişdir. Cavabdeh isə həmin mənzildən istifadə edə bilməsi üçün məhkəməyə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-5747/2015 saylı, 25.12.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 övladı X16 ilə birlikdə ünvan 2 mənzilin cavabdeh X9 mülkiyyətində olan ¼ (dörddə bir) hissəsinə istifadə hüququ tanınması, iddia tələbi ünvan 2 mənzilin cavabdeh X7 mülkiyyətində olan ¾ (dörddə üç) hissəsinə münasibətdə təmin edilməsi qət edilmişdir. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını mədudlaşdırır. İddiaçı istədiyi kimi öz mənzilində onun mülkiyyətində olan yarım otaqdan istədiyi kimi istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh ilə razılaşdıqlarını bildirərək 5000 manat kompensasiya verməklə cavabdeh və onun azyaşlı uşağı X9 mənzilindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, həmçinin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı evdən istifadə hüququna xitam verilməsi üçün ona 5000 manat kompensasiya təklif etdiyini, iddiaçının təklifi ilə razı olduğunu, onun və azyaşlı oğlu X9 Gəncə şəhər, 4-cü mikrorayon, ev 23, mənzil 42-yə olan istifadə hüquqlarına 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı həmin istifadə hüququna 5000 manat pul kompensasiyası verməklə xitam verilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul edərək həmin məbləğdə kompensasiya verilməsi müqabilində onun və azyaşlı övladının istifadə hüququna xitam verilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və azyaşlı övladı X9 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 23, mənzil 42-dən istifadə hüququna 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Kompensasiyanın ödənilməsi ilə cavabdehin evdən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar