Məhkəmə qərarları › İş №2(043)-3095/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3095/2021

11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3095/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı «mülkə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı «mülkə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) X1 məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Rusiya Federasiyasında müalicə və müayinə olunması onun məhkəmə iclasında iştirak etməsini əngəllədiyindən, iddia ərizəsini baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11 və 259.0.6.-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında görünür ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılmasını ərizədə göstərməməsinə baxmayaraq, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bununla da işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizədə göstərilən əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilməz. Odur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəf məhkəməyə gəlməməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı «mülkə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar