Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3167/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə «ASAN xidmət» mərkzində notariat ofisinə qarşı vərəsə kimi tanınması, mirasın qəbul edilməsi müddətinin uzadılması və yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə «ASAN xidmət» mərkzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu və cavabdehlər Cavabdeh1 və X1 vəfat etmiş valideyinləri X2 və X4 birinci növbəli bərabər pay hüquqlu vərəsələr hesab edilməsinə, anası X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzili miras qismində qəbul etmə müddətinin uzadılmasına dair, anası X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzil üzrə onun və cavabdehlərin hər birinə 1/3 hissəsi ilə mülkiyyət hüquqlarının tanınılıb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərk hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh1, Cavabdeh2 cavabdeh qismində göstərilsələr də onlara qarşı tələbin yönəldilməsinin nədə ifadə olunması, ərizədə göstərilməmiş, sanki cavabdehlərin xeyrinə iddia tələbi irəli sürülmüşdür. Bununla yanaşı məhkəmədə baxılmalı olmayan tələb yəni mülkiyyət hüquqlarının DƏDRX-in 3 saylı ərazisində qeydiyyata alınması tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə «ASAN xidmət» mərkzində notariat ofisinə qarşı vərəsə kimi tanınması, mirasın qəbul edilməsi müddətinin uzadılması və yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə «ASAN xidmət» mərkzində notariat ofisinə qarşı vərəsə kimi tanınması, mirasın qəbul edilməsi müddətinin uzadılması və yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3167/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3167/2021
20.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver