Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3201/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının və İddiaçı2 cavabdeh İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçılar Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının və İddiaçı2 cavabdeh İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh olaraq İddiaçı3, poçt ünvanı olaraq Gəncə şəhəri göstərilmişdir ki, bununla da cavabdehin poçt ünvanını müəyyən etmək və həmin şəxsə məhkəmə sənədinin çatdırılması mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Həmçinin İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia ərizəsinin “xahiş etdi” hissəsində qeyri-müəyyənlik vardır. Belə ki, iddiaçılar ünvan 2 ünvanda yerləşən mənzilin və QAZ-31029 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak olaraq cavabdehlə hər birilərinin vəsiyyət, qanun və məcburi pay üzrə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə, iddiaçılar cavabdehin miras əmlakda payının müəyyən edilməsini göstərmişlər. Məhkəmə iddiaçıların diqqətinə çatdırır ki, iddiaçı özünə münasibətdə tələb irəli sürməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının və İddiaçı2 cavabdeh İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlik geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(043)-3201/2021 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROT OKOL 26.08.2021-ci il Gəncə şəhəri Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan iddiaçılar Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının və İddiaçı2 cavabdeh İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi” tələbinə dair iddia ərizənin məhkəmə icrааtının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:10-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-3201/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3201/2021
26.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver