Məhkəmə qərarları › İş №2(043)-3223/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3223/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3223/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi (vəkili) X16 və maraqlı şəxsin nümayəndəsi X25 iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın mərhum babası X35 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, 2-ci dalan, 4-A ünvanda yerləşən ev ¼ paylarla onun 16.11.1971-ci il tarixdə vəfat etmiş ata babası X35, babasının qardaş-bacıları olan X26, X6, atasının əmisi arvadı X36 məxsusdur. X81 16.11.1971-ci il tarixdə, atası Rövşən Bağırov 2011-ci ildə vəfat etmişdir. O, babasından atasına, atasından isə ona qalan mirası sənədləşdirmək üçün onun ölümündən sonra daimi olaraq həmin evdə yaşamaqla (sahiblik etməklə) faktiki qəbul etmişdir. Hazırda miras şərikləri arasında mirasa dair mübahisə olmamasına baxmayaraq mirasa dair qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilmir. Bunun səbəbi babası Ələddinin atasının adının həmin evə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda səhvən «Məmmədəli» yazılmasıdır. Səhv ona görə baş vermişdir ki. babasının adı «Məmmədəli» olsa da onun uşaqlarının bəziləri, o cümlədən onun atası doğum şəhadətnaməsini «Məmməd oğlu» və «Məmməd qızı» kimi almışlar. Babası doğularkən «Məmməd oğlu» kimi qeyd edilmiş, «Məmməd oğlu» kimi evlənmiş və «Məmməd oğlu» kimi vəfat etmişdir. Ümumi mülkiyyətdə olan həmin evə dair 29.08.2003cü ildə 19241 №-li Qeydiyyat Vəsiqəsi verilərkən babasının doğum haqqında şəhadətnaməsini və pasportunu yoxlamadan onu «Məmmədəli oğlu» kimi yazmışlar. Həmin sənəd təzələnərkən, yəni Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən qeyd edilən çıxarış verilərkən babasının atasının adında düzəliş edilməmiş (yəqin ki, bu mümkün olmamış), həmin səhv təkrarlanmışdır. Ona görə də həmin çıxarışın atasına mənsub olması faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Ərizəsinin əsaslı olması məhkəməyə təqdim etdiyi sənədlərlə, sözügedən sənədlərin onların ailəsinə aidiyyəti ilə təsdiq edilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi (vəkili) X37 ərizəçi ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X52 X2 ilə X28 ayrı-ayrı şəxslər olması, eləcə də reyestrdəki qeydlə bağlı hər hansı mübahisənin olması barədə məlumatın olmadığını bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 05 aprel 2021-ci il tarixli, 05/Q-650 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş və 16.11.1971-ci il tarixdə vəfat etmiş X53 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 05.04.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. X50 (vəfat edib)

2. Ana X14(vəfat edib)

3. X17 10.01.1942-ci il (vəfat edib)

4. Uşaq Bağırova(Verdiyeva) Hicran Ələddin qızı-18.05.1966-cı il

5. Uşaq Bağırova(Camal-zadə) Vüsalə Ələddin qızı-21.09.1967-ci il

6. Uşaq Bağırova (Bilgic) Sevinc Ələddin qızı 22.01.1969-cu il

7. X18 04.02.1964-cü il (vəfat edib) İş materiallarına əlavə olunmuş XV-ЖГ seriyalı, 311013 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 26 avqust 1990-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Valideynləri-atası X54, anası X38r. İş materiallarına əlavə olunmuş İ-ДЛ seriyalı, 633591 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X54 06.02.2011-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 21 aprel 2021-ci il tarixli, 05Q-835 nömrəli müraciətə cavab məktubundan görünür ki, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş və 16.11.1971-ci il tarixdə vəfat etmiş vətəndaş X28 doğum haqqında akt qeydi şöbənin arxivində saxlanılmır. Düzəliş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən müddəalara əsasən aparılır. Qaydaya əsasən doğumun bərpası və vətəndaşıq vəziyyəti aktlarının qeydindəki düzəliş əməliyyatı bu qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında və mübahisə olmadıqda qeydə alınır. Qanunvericiliyin tələblərinə uyğun olaraq X28 doğum haqqında akt qeydində düzəliş etmək imkanları xaricində olduğundan məhkəməyə müraciət etmələri izah olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, 2-ci dalan, ev 4A paylı mülkiyyət hüququ əsasında X27, X45, X12 və X36 məxsusdur və onların hər birinin əmlakda ¼ hissədə payı vardır. İş materiallarında olan 26 sentyabr 2003-cü il tarixli doğum bərpa aktı qeydindən çıxarışdan görünür ki, X53 1926-cı ilin İ yarımilində doğulmuşdur. Valideynləri-atası X70, anası X46r. İş materiallarında olan İ-ЖГ seriyalı, 368455 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 16 noyabr 1971-ci il tarixdə vəfat etmişdir. ИЕ seriyalı, 255743 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə X55 arasında 29 aprel 1963-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 05 aprel 2021-ci il tarixli, 05Q-651 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 04.02.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş və 06.02.2011-ci il tarixdə vəfat etmiş X54 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 05.04.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. X22 (vəfat edib)

2. X31 10.01.1942-ci il (vəfat edib)

3. X15 26.09.1963-cü il

4. X23 09.07.1991-ci il

5. Uşaq Ərizəçi xx.xx.1990-cı il

6. X32 06.12.1999-cu il İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 06 aprel 2021-ci il tarixli 05 Q-655 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 12.02.1920-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və 06.08.2005-ci il tarixdə vəfat etmiş X13 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 06.04.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. X33 (vəfat edib)

2. Ana X14 (vəfat edib)

3. X712.03.1932-ci il (vəfat edib)

4. X8 15.09.1931-ci il (vəfat edib)

5. X10 1926-cı il (vəfat edib)

6. X19 1902-ci il İş materiallarında olan 27 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03.01.2014-cü il tarixdə vəfat etmiş X20 vərəsəsi: arvadı - X57, oğlu - X72 miras əmlakdan bərbər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən 03.12.2019-cu il tarixdə X29 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30,6 kvm olan daşınmaz əmlakın və ƏMDK-nin yanında DƏDRXnin 3 saylı Ərazi İdarəsi tərəfindən 03.12.2019-cu il tarixdə X29 verilmiş **********45- 10301reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0135 ha olan torpaq sahəsinin ¼ hissəsindən ibarətdir. İş materiallarında olan torpaq qeydinin və şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinin pasportunun surətindən görünür ki, Kirovabad şəhəri, Musabəyov küçəsi, ev 28/4 Bağırovlar: Ələddin, Valeh, Elman və X65-Əli uşaqlarının istifadəsinə verilmişdir. Bağırov Ələddin Məmməd oğlu tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, X34 ölənədək mülkiyyətçisi olduğu Kirovabad şəhəri, Musabəyov küçəsi ev 28-də yaşamışdır. X1 başqa Bağırov X59, X41 və X11 qalmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X58 1933-cü il tarixində vəfat etmişdir. Kirovabad şəhər Xalq Məhkəməsinin 16 may 1965-ci il tarixli qərarınının surətindən görünür ki, X30 1933-cü ildə ölməsi faktı təsdiq edilmişdir. AA seriyalı, 532159 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X42 15 yanvar 1931-ci ildə doğulmuşdur. Valideynləri-atası X58, anası Bağırova Zümrüd M.Sadıx qızıdır. AA seriyalı, 566238 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 27 dekabr 1932-ci ildə doğulmuşdur. Valideynləri-atası X58, anası Bağırova Zümrüd Sadıx qızıdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 26.06.1965-ci il tarixli yoxlamanın surətindən görünür ki, Kirovabad şəhəri, Musabəyov küçəsi, 28 nömrəli evdə yaşayan X27 atası X63 vəfat etdiyi günə kimi daimi olaraq yuxarıda qeyd edilən ünvanda yaşamış, onun vəfatından sonra X27, X40, X45 və X47 adlı 4 övladı qalmışdır. ИЕ- seriyalı, 904629 nömrəli doğum haqqıneda şəhadətnamənin surətindən görünür ki, X72 30 mart 1960-cı il tarixdə Kirovabad şəhərində doğulmuşdur. Valideynləriatası X67, anası X48r. İş materiallarında olan AZ-İ seriyalı, 994051 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 03 yanvar 2014-cü il tarixdə qəfləti koronar ölüm səbəbindən vəfat etmişdir. İş materiallarında olan X117 tərəfindən verilmiş arayışdan görünür ki, X47 27.12.1932-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Valideynləri-atası X63, anası X49r. İş materiallarında olan AZ seriyalı, 136532 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 24 sentyabr 1980-ci il tarixdə xroniki bronxit xəstəliyindən vəfat etmişdir. АЗП-ИЕ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 16 noyabr 1971-ci il tarixdə ürək xəstəliyi səbəbindən vəfat etmişdir. İş materiallarında olan Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 07 oktyabr 2021-ci il tarixli, 3114 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlaka dair həmin notariat ofisində vərəsəlik işi açılmamış, qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş çıxarışda X28 adı X4 yazılmışdır. Lakin həmin çıxarışın verilməsi zamanı X9 müraciət etməmiş, X3 şəxsiyyətini təsdiq edən sənəd yoxdur. X28 atasının adı müxtəlif sənədlərdə X58, X60, X73, Bağırov Məmməd-Əli İrza oğlu kimi yazılmışdır. X28 şəxsiyyətini təsdiq edən sənədlərdə (o cümlədən doğum akt qeydində) ata adı Məmməd kimi göstərilmişdir. Lakin tədqiq edilmiş sübutların məcmusu X28 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş çıxarışda X64 kimi qeyd edilmiş şəxs olmasına şübhə yaratmır. Qeyd edilən sənədin ərizəçinin babasına məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Həmin sənəd ərizəçiyə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair miras payı üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsini alması ilə əlaqədar lazımdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, ünvan 4 ünvanda yerləşən evə paylı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 09.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X35 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 4 ünvanda yerləşən evə paylı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 09.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X35 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar