Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3227/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı etibarnamənin və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və əvvəlki çıxarışın bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş etibarnamənin, 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, əvvəlki çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək baş etibarnamələrin, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə, və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməklə, əvvəlki çıxarışın bərpası tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin xahiş etdi hissəsində hansı əmlak üzrə bağışlanma müqaviləsinin həmin bağışlanma müqaviləsnin tarixi və reyest nömrəsi göstərilməmiş, iddiaçının mübahisələndirdiyi əmlakın nədən ibarət olması həmin əmlakın onun mülkiyyətində olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş bununla yanaşı təqdim etdiyi sənədlər kserosurət olmaqla əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyi üçün 25 oktyabr və 17 noyabr 2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iddiaçıya göstərilən nöqsanların aradan qaldırılması təklif olunmuş və məhkmə iclasları təxirə salınaraq 24.11.2021-ci il tarixə saat 17:45-ə təyin olunmuşdur. Lakin iddiaçı müəyyən olunmuş müddətdə işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə isclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı baş etibarnamələrin, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməklə, əvvəlki çıxarışın bərpası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçıya iddia ərizəsinin baxılmamış saxlanmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı baş etibarnamələrin, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməklə, əvvəlki çıxarışın bərpası tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3227/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3227/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver