Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3387/2020 11.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 ona məxsus olan, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına 6000 manat kompensasiya verməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlərin mənzildən istifadə hüquqlarına hər bir cavabdehə 5000 manat olmaqla ümumilikdə 10 000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Məmmədova (Cəfərova) Güləndam Alı qızı onun gəlini, Cavabdeh2 isə nəvəsidir. X4 onun oğlu Cəfərov Elxan ilə xx.xx.1981-ci ildə ailə qurmuşdur. Nikahlarından xx.xx.1982-ci ildə X7, xx.xx.1981-ci ildə X5 və xx.xx.1987-ci ildə Cavabdeh2 doğulmuşdur. Oğlu Elxan 2016-cı ildə vəfat etmişdir. Cavabdeh1 ailə qurduğu gündən ona məxsus mənzildə yaşayaraq istifadə hüququ əldə etmişdir. X5 2002-ci ildə ailə quraraq mənzili tərk etmişdir. X7 isə 2018-ci ildə vəfat etmişdir. Cavabdehlər hazırda da mübahisəli mənzildə yaşayırlar. Oğlu vəfat etdikdən sonra gəlini ilə münasibətləri pisləşdiyi üçün birlikdə yaşamaları mümkün deyildir. Cavabdehlərlə razılıq əldə edə bilmədiyi üçün onların istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsini istəyir. Hazırda Gəncə şəhəri, Abbas Səhhət küçəsində eyni şəraitli mənzilin aylıq kirayə haqqı 100-150 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təklif olunan kompensasiyanın cavabdehlərin eyni şəraitli mənzildə uzun müddətdə yaşamaları üçün kifayət etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X4 1981-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olub mübahisəli mənzilə köçdüyünü, üç uşağının da həmin mənzildə doğulduğunu, oğlu Elşənin 2018-ci ildə vəfat etdiyini, qızı Rənanın isə 2002-ci ildə ailə quraraq köçüb getdiyini, hazırda qızı Elnarə ilə birlikdə mübahisəli mənzildə yaşadığını, başqa daimi yaşayış yerlərinin olmadığını, təklif edilən 10 000 manat kompensasiya məbləğinin onları qane etdiyini bildirmişdir. Digər Cavabdeh2 G.Cəfərova ilə oxşar məzmunlu izahat verərək doğulduğu vaxtdan bəri fasiləsiz olaraq mübahisəli mənzildə yaşadığını və təklif edilən kompensasiya məbləği ilə razı olduğunu bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X4 və X1 şəhəri, Abbas Səhhət küçəsi, ev 56/7, mənzil 8 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarına əlavə edilmiş, “Əmlak münasibətləri və hüquqi yardım” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 02/04 saylı arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin aylıq kirayə haqqı təxminən 70-80 manat təşkil edir. Tərəflərin izahatlarından görünür ki, mənzildən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibətləri cavabdeh G.Cəfərovaya münasibətdə 1981-ci ildən, Cavabdeh2 münasibətdə isə 1987-ci ildən yaranmışdır. Cavabdehlərin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Cavabdehlərin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hüquq münasibətlərinin tənzimlənməli olduğu Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna kompensasiya vermək yolu ilə xitam verilməsi nəzərdə tutulmasa da hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində bu üsulla istifadə hüququna xitam verilməsi nəzərdə tutulur. Məhkəmə hazırkı iş üzrə qanunun analogiyasının tətbiqini zəruri hesab edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən eyni şəraitli mənzilin aylıq kirayə haqqının 100-150 manat olması göstərilmiş, cavabdehlər tərəfindən buna dair əks arqument irəli sürülməmiş və mənzilin kirayə haqqının daha yüksək olması ilə bağlı sübut təqdim edilməmişdir. İddiaçının təklif etdiyi 10 000 manat kompensasiya aylıq kirayə haqqı 150 manatdan hesablandıqda eyni şəraitli mənzildə cavabdehlərin 5 ildən artıq müddətə yaşaması üçün kifayət edir. Qeyd edilənlər təklif olunan kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və oxşar şəraitli mənzildə kifayət qədər uzun müddət ərzində yaşamaq imkanı yaratdığından, məhkəmə həmin məbləği cavabdehlərin istifadə hüququnun xitamı üçün ədalətli əvəz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 ünvan 3 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10 000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və cavabdehlərə məxsus əşyalar həmin mənzildən çıxarılsın. Qətnamə kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3387/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3387/2020
11.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver