Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3438/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə münasibətdə məcburi payın müəyyən edilməsi və cavabdehlərin paylarının kompensasiya ilə əvəzlənməsi, cavabdehlərin evə köçürülməsinin ləğv edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Xələfov küçəsi ev 1, mənzil 49 ünvanında yerləşən 5 otaqlı mənzilin cavabdehlərə münasibətdə məcburi payın müəyyən edilməsi və cavabdehlərin paylarının kompensasiya ilə əvəzlənməsi, cavabdehlərin evə köçürülməsinin ləğv edilməsi və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki,İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə münasibətdə məcburi payın müəyyən edilməsi və cavabdehlərin paylarının kompensasiya ilə əvəzlənməsi, cavabdehlərin evə köçürülməsinin ləğv edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə münasibətdə məcburi payın müəyyən edilməsi və cavabdehlərin paylarının kompensasiya ilə əvəzlənməsi, cavabdehlərin evə köçürülməsinin ləğv edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3438/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3438/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver