Məhkəmə qərarları › İş №2(043)-3519/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3519/2021

16.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3519/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.05.1989-cu il təvəllüdlü X5nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 dekabr 1979-cu ildə X14 ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan 23.05.1989-cu il təvəllüdlü X11 doğulmuşdur. İlk vaxtlarda oğlunun psixi qüsurlu olmasını bilməmişdir. X5 27.11.2004-cü ildən “Şizofreniya natamam remissiya, sadə forma” diaqnozu ilə Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. O, dəfələrlə X2 stasionar müalicə almışdır. Oğlu özünü sərbəst idarə edə bilmir və ona o baxır. Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 03 mart 2008-ci il tarixli 129 nömrəli Xəstəlik Şəhadətnaməsinə əsasən X11 Azərbaycan Respublikası Müddətlə Nazirinin 2000-ci il 24 mart 95 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 15”A” və 61 maddələrinin İİ qrafasına əsasən, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 04.03.2008-ci il tarixli qərarı Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nin 03.03.2008-ci il tarixli 129 saylı qərarını təsdiq edir. Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi X9 şəhər Kəpəz Rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş 07 sentyabr 2012-ci il tarixli məktubda göstərilmişdir ki, Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanseri bildirir ki, Gəncə şəhəri İ.Orucov küçəsi, ev 8-də yaşayan, 1989-cu il təvəllüdlü X11 27.11.2004-cü ildən “Sarışan hallar nevrozu, suisidal fikirlərlə, emosional pozğunluqlar” diaqnozu ilə qeydiyyatda olub. S.A.Rzayev 31.08.2010-cu ildən 07.04.2011-ci il tarixədək AR SH-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Şezofreniya sadə forma” diaqnozu ilə məcburi müalicə olunub. Sabunçu rayon Məhkəməsinin 17.03.2011-ci il tarixli qərarına əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 07.04.2011-ci il tarixdə evə buraxılmışdır. Məhkəmə iclasında ərizəçi X12 ərizədə göstərilənlərə uyğun ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsini və həmin rəyə uyğun qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, X8 atasıdır. X11 uşaqlıqdan xəstədir və səs-küy salan deyildir. Ancaq, sakit bir yerdə oturur və heç nə yadında qalmır. Seymur Rzayevi hərbi xidmətə aparmışlar. Orada vəziyyəti daha da pisləşmiş və xəstəxanalara düşmüşdür. Cəmi bir ay hərbi xidmətdə olmuşdur. O, özü Rzayev Samiri hərbi xidmətə göndərmişdir ki, idman edər bəlkə vəziyyəti düzələr. Hərbi xidmətdə olan zaman isə X10 çörəyin arasında mismar vermişlər və sonuncu da reaksiya vermədən yemişdir. Ona görə də bədən səthi yarılmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən X11 ilə söhbət aparılması üçün məhkəmə iclasına dəvət edilmiş və söhbət aparılan zaman X11 heç bir adekvat cavab alınması mümkün olmamış, verilmiş suallara cavab və ya heç bir reaksiya verməmiş, aidiyyəti olmayan söhbətlər etməyə başlamış, təəccüblə ətrafa boylanması müşahidə olunmuş və özünü təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23.05.1989-cu ildə Gəncə şəhərində doğulmuş, atası X14, anası Ərizəçidır. Bu barədə 23 may 1989-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində 1204 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 03.03.2008-ci il tarixli, 129 nömrəli xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, X10 şizofreniya, sadə forma, realizə olunmuş suisidal cəhd ilə, mədə-bağırsaq traktının yad cismi, metal tikiş iynəsi ilə onikibarmaq bağırsaq perforasiyasına görə 08.02.08 tarixdə aparılan «Laparotomiya, onikibarmaq bağırsağı deş iynənin çıxarılması, qarın boşluğunun sanasiyası və drenə olunması» əməliyyatından sonra vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinin 07.09.2012-ci il tarixli, 1103/2004 saylı məktubunun surətindən görünür ki, Gəncə şəhəri, İ.Orucov küçəsi, ev 8-də yaşayan, 1989-cu il təvəllüdlü, X11 27.11.2004-cü ildən “sarışın hallar nevrozu, susidal fikirlərlə, emosional pozğunluqları” diaqnozu ilə qeydiyyatda olub. S.A.Rzayev 31.08.2010-cu ildən 07.04.2011-ci il tarixədək AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “şizofreniya sadə forma” diaqnozu ilə məcburi müalicə olub. Sabunçu rayon məhkəməsinin 17.03.2011-ci il tarixli qərarına əsasən ümumi tipli psixiatriya stasionarda məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 07.04.2011-ci il tarixdə evə buraxılmışdır. S.A.Rzayev 11.04.2011-ci ildən hal-hazıra kimi Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserində məcburi ambulator müşahidəsi və psixiatr müalicəsinə götürülməsinə baxmayaraq o, ambulator müşahidəsi və psixiatr müalicəsi üçün dispanserə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Məhkəmə X4 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 04.02.2013-cü il tarixli, 30 saylı rəyin surətindən görünür ki, X11 cinayət hadisəsini törədən zaman onda müşahidə edilən “şizofreniya sadə forma natamam remissiya vəziyyəti” xroniki pisixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlüküləliliyini dərk etmək və onları idarə etmə iqtidarında olmamışdır. Onun hərəkətləri AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, yəni ona ittiham olunan əmələ görə anlaqsız hesab edilməlidir. Hal-hazırda S.A.Rzayev əziyyət çəkdiyi “Şizofrenya sadə forma” xroniki pisixi xəstəlik natamam remissiya vəziyyətində olduğu üçün o, özü və ətrafdakılar üçün təhlükə təşkil etmir. Eyni zamanda yoxlanılan şəxs hal-hazırda məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsindədir. Buna görə də yoxlanılan şəxsin halhazırda stasionar müəssisəsinə yerləşdirilməsinə zərurət yoxdur. Bu səbəbə görə ona qarşı AR CM-nin 95.0.1-ci maddəsinə əsasən yaşadığı ərazi üzrə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin 04.09.2021-ci il tarixli, 1103/2004 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri İ.Orucov küçəsi ev 8-də yaşayan 1989-cu il təvəllüdlü X11 27.11.2004-cü ildən “Şizofreniya natamam remissiya, sadə forma” diaqnozu ilə PND-də qeydiyyatdadır. Sonuncu dəfə 19.08.2015-ci ildə dispanserə müraciət edib və bundan sonra X11 bir daha dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 7(008)- 088/11 saylı, 17.03.2011-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının təqdimatı təmin edilmiş, xəstə X8 barəsində ümumi tipli psixiatriya stasionar məcburi müalicəsi ləğv edilməsi və məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 28.10.2021-ci il tarixli, 650 nömrəli məhkəmə-psixiatriya komissiyasının rəyindən görünür ki, X11 xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, davamsız remissiya vəziyyəti, XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 1103/2004 saylı 27.11.2004-cü il tarixli ambulator karta, AR SNnın Məhkəmə X4ndən verilmiş 17.06.2010-cu il tarixli 135 saylı stasionar məhkəmə psixiatrik ekspertizası rəyi, 04.02.2013-cü il tarixli 30 saylı stasionar məhkəmə psixiatriya ekspertizasının rəyi, 10.05.2014-cü il tarixli 63 saylı stasionar məhkəmə psixiatrik ekspertizası rəyi, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasından verilmiş 2084/10 saylı stasionar xəstənin tibb kartasından çıxarış, 2024/10 saylı xəstəlik tarixinin surəti, 03.03.2008-ci il tarixli 129 saylı xəstəlik şəhadətnaməsi), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması, zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi formal xarakter daşıması, bütün müayinə boyu bir pozada oturaraq bir nöqtəyə baxması, verilən suallara çox vaxt baş hərəkətləri ilə “hə, yox” mənasında başını tərpətməsi, sifətində qəm, kədər ifadəsi aşkar edilməsi, hərəkətlərinin ləng, əhvalının aşağı olması, ətrafda baş verən hadisələrə biganə münasibət bəsləməsi, müayinə zamanı obyektiv olaraq səs aldatmaları keçirməsi, ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, təfəkküründə autistikliyə və paralogiyaya meyillilik müşahidə olunması, emosional reaksiyalarının monoton, sönük olması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması və s.) imkan verir. X11 xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, davamsız remissiya vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək iqtdarmda deyildir. X1 xroniki xəstəliyi ilə əlaqədar olaraq hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X8 2004-cü ildən Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyata götürülməsi, hərbi xidmət dövründə intihara təşəbbüs etməsi ilə əlaqədar olaraq AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında və DSX Hərbi Hospitalında stasionar müalicələrdə olması, Respublikanın baş psixiatrı G.Gəraybəyli tərəfindən məsləhət olunaraq “Şizofreniya, sadə forma, realizə olunmuş suisidal cəhd ilə” diaqnozu qoyulması, HHK-ya təqdim olunaraq “Şizofreniya, sadə forma, realizə olunmuş suisidal cəhd ilə”. Mədə bağırsaq traktının yad cismi, metal tikiş iynəsi ilə on iki barmaq bağırsağının perforasiyasma görə 08.02.2008-ci il tarixdə aparılan “Laparotomoya, on iki barmaq bağırsağı deşən iynənin çıxarılması, qarın boşluğunun sanasiyası və drenə olunması” diaqnozla hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilməsi, sonralar 3 dəfə AR SN-nın Məhkəmə X4ndə stasionar ekspertizalardan keçirilərək bütün hallarda ANLAQSİZ hesab edilməsi və məcburi müalicələrdə olması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 1103/2004 saylı 27.11.2004-cü il tarixli ambulator karta, AR SN-nm Məhkəmə X4ndən verilmiş 17.06.2010-cu il tarixli 135 saylı stasionar məhkəmə psixiatrik ekspertizası rəyi, 04.02.2013-cü il tarixli 30 saylı stasionar məhkəmə psixiatriya ekspertizasının rəyi, 10.05.2014-cü il tarixli 63 saylı stasionar məhkəmə psixiatrik ekspertizası rəyi, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 2084/10 saylı stasionar xəstənin tibb kartasından çıxarış, 2024/10 saylı xəstəlik tarixinin surəti, 03.03.2008-ci il tarixli 129 saylı xəstəlik şəhadətnaməsi), hazırkı ekspertiza zamanı onda təfəkkür, qavrama, tənqid və emosiya pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması, zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi formal xarakter daşıması, bütün müayinə boyu bir pozada oturaraq bir nöqtəyə baxması, verilən suallara çox vaxt baş hərəkətləri ilə “hə, yox” mənasında başını tərpətməsi, sifətində qəm, kədər ifadəsi aşkar edilməsi, hərəkətlərinin ləng, əhvalının aşağı olması, ətrafda baş verən hadisələrə biganə münasibət bəsləməsi, müayinə zamanı obyektiv olaraq səs aldatmaları keçirməsi, ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, təfəkküründə autistikliyə və paralogiyaya meyillilik müşahidə olunması, emosional reaksiyalarının monoton, sönük olması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X11 xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, davamsız remissiya vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 diaqnozu ilə ağır xəstə olduğundan öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, həmçinin psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmadığından, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 may 1989-cu ildə Gəncə şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar