Məhkəmə qərarları › İş №2(043)-3522/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3522/2021

23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3522/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 7 saylı Bərdə Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-008A KOD 50906038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 2-ci qrafasında onun ata adının səhv göstərilməsini və adının dəyişdirilməsini nəzərə alaraq, həmin sənədin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, JN - 008A KOD 50906038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 0,30 hektar torpaq sahəsi verilmişdir. Lakin, onların ailəsinə verilən JN - 008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi şəhadətnaməsinin 2- ci qrafasında X6 əvəzinə X2 səhv qeyd edilmişdir. Qeyd edilən səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət etmiş, ona rəsmi şəkildə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin torpaq sahəsini oğlu Maraqlı şəxs4 adına özəlləşdirməsi üçün məhkəmə qətnaməsi lazım olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, o, 03 oktyabr 2006-cı il tarixdə adını dəyişdirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan Az-İ № 003873 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X3 adı “Sevda” adı ilə dəyişdirilmişdir. Bu barədə 03.10.2016-cı İ il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 01 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında ola AZ-T № 166887 nömrəli 03.06.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 atası X10 anası X1r. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-T № 036311 nömrəli 03.06.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X8 10.10.1995-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş, bu barədə 13 nömrə ilə qeydiyyat aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1997-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan, JN-008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayonu, Göynüyən kəndində yerləşən 0,30 hektar torpaq sahəsi Maraqlı şəxs2, X7, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Hazırəhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 145 nömrəli 01.03.2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən JN-008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində 2-ci payçı Ərizəçi adı texniki səhv olaraq X7 yazılmışdır. Ərizəçi və X7 eyni şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən X9 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Ona və ailə üzvlərinə məxsus Goranboy rayonu Göyüyən kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-008A saylı şəhadətnaməsində hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq X2 yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 tərəfindən notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, maraqlı şəxslər ərizəçinin adının “Söylü” adından “Sevda” adına dəyişdirilməsini və onun atasının adının “Malik” deyil, “Lionik” olmasını təsdiq edərək, ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ata adı, ona məxsus bütün sənədlərdə “Lionik” kimi göstərilsə də, JN-008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində ata adı “Malik” kimi göstərilmişdir. Həmçinin həmin sənəddə ərizəçin adı “Söylü” kimi göstərilsə də, onun adı sonradan dəyişdirilərək “Sevda” olmuşdur. Şəhadətnamədə göstərilən “X7” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-008A KOD 50906038 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-008A KOD 50906038 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar