Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3533/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X2, İddiaçı2, İddiaçı3 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin notariusuna və üçüncü şəxs Maraqlı şəxs qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə olunması, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin notariusuna və üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürərək vərəsəlik hüququ haqqında ona şəhadətnamənin verilməsinin Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X3, İddiaçı2 və İddiaçı3 qızı iddianı müdafiə edərək izahatlarında göstərdilər ki, Gəncə şəhəri, Atatürk prospekti ev 55 (hal-hazırda həmin evə 91 nömrəsi verilib, lakin sənədlərdə 55 olaraq qalır) nömrələi fərdi yaşayış evi ataları X4 valideynlərinə məxsus olmuş, daha sonra Gəncə Şəhər 4 saylı Notariat Ofisinin xx.xx.1990-cı il tarixli 2-15 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak ataları X4 adına keçmiş, xx.xx.1990-cı il tarixli 3245 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X1 həmin evə gəlin gəlmişdir. Ataları 2.02.1998-ci il tarixində ölmüş, onun ölümündən sonra isə heç kim vərəsəliyi qəbul etmək üçün notaiat ofisinə müraciət etməmişdir. Həmin mülkdə daimi olaraq X6 yaşamış və xx.xx.2020-ci il tarixdə həmin mülkdə də ölmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən mərhum atalarından miras qalmış Gəncə şəhəri, Atatürk prospekti 55 (indiki 91) nömrəli fərdi yaşayış evi mərhum X1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 müraciət etmiş, orda ona evin sənədində atalarının adına yalnız qeydiyyat vəsiqəsinin olduğunu bildirmiş, evin çıxarışını almağını və bundan sonra Notariat ofisinə müraciət etməsini bildirmişlər. Nəriman evin atasının adına olan xx.xx.2020-ci il tarixli çıxarışını aldıqdan sonra digər vərəsələrlə mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə etmişlər. Notariat ofisində bildirmişlər ki, anaları hələ sağlığında notariat ofisinə müraciət edərək vərəsəliyi qəbul etməmişdir. X1 vərəsəliyi qəbul etsə də, evi öz adına rəsmiləşdirməmişdir. Notariat Ofisində qız övladlarından həmin mülkdə yaşamaları ilə bağlı ərizə istəmişlər lakin, onlar ərizəni təqdim edə bilməmişlər. Həmçinin digər qardaşları Maraqlı şəxs vərəsəliyi qəbul etmək üçün notariat ofisinə gəlməmişdir. Bu səbəblərdən də vərəsəliyin qəbul edilməsində mübahisə yaranmışdır. Göründüyü kimi ataları öldükdən sonra ona məxsus olan Gəncə şəhəri, Atatürk prospekti, 55 (indiki 91) nömrəli evə notarial qaydada da tək vərəsə ancaq X1 olmuş, məhkəmə qətnaməsi əsasında da həmin mülkü analarının faktiki olaraq qəbul etməsi müəyyən olunmuşdur. Analarının ölümündən 6 ay keçməmiş onun vərəsələri kimi həmin mülkə qanuni olaraq vərəsəlik hüquqlaının tanınması ilə bağlı notariat ofisinə müraciət etmişlər, ancaq mübahisə olduğundan notarius onlara vərəsəlik hüquqlarının notarial qaydada tanınmasının qeyri-mümkün olduğunu və məhkəməyə müraciət etməklərini bildirmişdir. Belə ki, notarius onlara şifahi qaydada izah edərək bildirmişdir ki, onlar vərəsəliyi atalarından qəbul etməlidirlər. Atalarının ölümündən çox müddət keçdiyi üçün vərəsəliyi ancaq həmin ünvanda qeydiyyatda olan oğullara verə bilər. Qız övladları isə orada yaşamalarını təsdiq edən ərizə təqdim etmədikləri üçün onlara vərəsəlik verə bilməz. Qız övladları da vərəsəlik paylarını istədikləri üçün də mübahisə yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs göstərdi ki, Gəncə şəhəri,Atatürk pr.55 saylı ev mərhum atası X4 adınadır .Mərhum anası X6 həmin evə gəlin gəlmişdir. Atası xx.xx.1998-ci il tarixdə vəfat edərkən heç kim vərəsəliyi qəbul etmək üçün notariat ofisinə müraciət etməmişdir.Həmin mülkdə daimi olaraq anası yaşamaqla mirası faktiki qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə anası vəfat edərkən onunla bacısı İddiaçı3 yaşamışdır. Anası uzun müddət xəstə yatanda ona qulluq etmiş,ölümündən sonra da həmin evdə yaşayıb yas mərasimini yola vermişdir. Anasınıın ölümündən 6 ay keçməmiş onun vərəsələri kimi cavabdehlər yəni qardaşı və bacıları miras mülkə dair vərəsəlik hüququnun tanınması ilə bağlı notariat ofisinə müraciət etmişlər.Mübahisə olduğu üçün notarius vərəsəlik hüququnun notarial qaydada tanınmasının qeyri mümkün olmasını və məhkəməyə müraciət edilməsini bildirmişdir. Hər bir vərəsənin mayının ¼ pay ilə razılaşdığını və vərəsəlik şəhadətnaməsinin verilməsini Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X5 məxsusdur. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyət başçısının 2 nömrəli sahə inzibat ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 983 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 ailə üzvləri arvadı X6, övladları İddiaçı1, İddiaçı2, İddiaçı3 və Maraqlı şəxsdur. İE-İ 191913 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx.xx.1953-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İİ 082476 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1878/2020 nömrəli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin mərhum X6 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İJ-355345 nömrəli doğum haqında şəhadənamənin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə analdan olmuş Ramazanova (Həsənova) Failə Qasım qızının atası X7 anası X6 qeyd olunmuşdur. İİ-İE 158416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş Qafarova (Həsənova) Nailə Qasım qızının atası X7, anası X6 qeyd olunmuşdur. İİ-JQ 495580 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 atası X7, anası X6 qeyd olunmuşdur. İ-İE 474487 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs atası X7, anası X6 qeyd olunmuşdur. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisə olduğu üçün notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, hər iki iddia təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 55 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların analarından miras qalmış və miras açıldığı vaxtdan vərəsələr mirası qəbul etmələri barədə qanunla müəyyən olunmuş müddətdə və qaydada notariat ofisinə müraciət etmişlər. Lakin notariat ofisi tərəfəindən heç bir hüquqi əsas olmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Göründüyü kimi vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 55 (hazırki 91) ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3 və Maraqlı şəxs paylarına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3533/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3533/2020
17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver