Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3541/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-042A KOD 50900028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin 2-ci qrafasında Ərizəçi kimi qeyd olunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, notariat əməliyyatı aparmaq üçün Dövlət Notariat Kontoruna müraciət etdiyi zaman ona bildirmişdir ki, onların ailəsinə verilən JN 042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi şəhadətnaməsinin 2- ci qrafasında Ərizəçi əvəzinə X1 səhv qeyd edilmişdir. O, X10 ilə ailə həyatı qurmuş, xx xxxxxx 1984-cü ildə rəsmi nikah bağlayaraq ərinin soyadını qəbul etmişdir. Qeyd edilən səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmiş, ona rəsmi şəkildə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Notariat əməliyyatı aparmaq üçün məhkəmə qətnaməsi lazım olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, JN –--- 042A KOD 50900028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməsinin 2-ci qrafasında adının səhv göstərilməsini nəzərə alaraq, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 15750346 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş X7 xx xxxxxx 1987-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan Vİ-СЛ seriyalı 274179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə doğulmuş X4 atası X10, anası Ərizəçidır. İş materiallarında olan XVİ-ЖГ seriyalı 441589 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş X5 atası X10, anası Ərizəçidır. İş materiallarında olan, JN-042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən 0,09 hektar torpaq sahəsi X10, X6, X11 və X4 mülkiyyətinə verilmişdir. Şəhadətnamə 9391 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan olan Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd qəsəbə X12 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən JN - 042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində 2-ci payçı Ərizəçi adı texniki səhv olaraq X6 yazılmışdır. Ərizəçi və X6 eyni şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X19 tərəfindən X10 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və X3 qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Ona və ailə üzvlərinə məxsus Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-042A saylı şəhadətnaməsində hansı səbəbdən X8 əvəzinə səhv olaraq X2 yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi 7 saylı X13 səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Familə” kimi göstərilsə də, JN - 042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində isə adı “Kamilə” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X6” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin, evlənmək haqqında şəhadətnamənin, övladlarının doğum haqqında şəhadətnamələrinin surətləri, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın özəlləşdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN - 042A KOD 50900028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-042A KOD 50900028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3541/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3541/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver