Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3587/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasına qarşı məhkəməyə ərizə verərək, anası 20.12.1955-ci il təvəllüdlü Maraqlı şəxs1 onun himayəsində olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 10.03.2016-cı ildə vəfat etmişdir. X2 ikinci Qarabağ müharibəsində şəhid olmuşdur. Anası 20.12.1955-ci il təvəlləüdlə X4 halhazırda onun himayəsindədir. Anasının səhətində problemlər olduğu üçün anasına o qulluq edir. Ona görə də məhkəmə qaydasında anası X1 onun himayəsində olması faktının təsdiq olunmasını istəyir. Ərizəçinin ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi anasının səhhətində problem olması və anasının onun himayəsində olması faktının məhkəmə qaydasında müəyyən edilməsini istəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndində göstərilmişdir məhkəmə hər hansı faktı deyil yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Qeyd olunan qərarın 3.1-ci bəndində göstərilmişdir ki, şəxsin öhdədə olma faktının müəvvən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başgısınm ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub- olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 153, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı anası 20.12.1955-ci il təvəllüdlü Maraqlı şəxs1 onun himayəsində olması faktının müəyyən olunmasına dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3587/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3587/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver