Məhkəmə qərarları › İş №2(043)-3599/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3599/2020

09.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3599/2020 09.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə edilmiş təbii qazın dəyərinə görə 1113,80 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə iddiaçının tələbini təsdiq edən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MY-228 nömrəli qazın alqı-satqısı müqaviləsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. İddia ərizəsinə yalnız həmin müqavilənin “Əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Bundan başqa, ərizəyə əlavə edilmiş müqaviləyə və “Abonentin saldosu”na nəzər yetirdikdə müəyyən olunur ki, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, qaz sayğacı həmin tarixdə quraşdırılmış və cəmi bir ay ərzində, yəni 2020-ci ilin aprel ayında 43 manat dəyərində (430 m3) qaz sərf edilmişdir. Lakin, həmin ayın sonuna abonentə 1127.80 manat borc hesablanmışdır ki, bu borcun hansı qaydada yaranması müəyyən deyil. Həmin borcun hansı əsaslarla yaranması ilə bağlı iddia ərizəsində heç bir əsaslandırma aparılmamış, bu barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyindən, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud olduğundan və beləliklə bu vəziyyətdə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Digər tərəfdən, məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi İddiaçı İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi Rübail Həsənov tərəfindən imzalanmışdır. Lakin, iddia ərizəsinə onun səlahiyyətini təsdiq edən sənəd kimi hüquqi şəxsin baş direktoru tərəfindən imzalanmış etibarnamənin əsli deyil, hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd də nümayəndənin səlahiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar