Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3613/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs Zilfiqar oğlunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına” dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Abdulla Sur küçəsi ev 44-də olan daşınmaz əmlakın X7 məxsus olması faktının və X4 adına qeyd edilmiş Daşınmaz Əmlakın 21.04 1989-cu il 1792 nömrəli qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onun qayınatası X4 adınadır. Qayınatası və yoldaşı rəhmətə getdiyi üçün o miras mülki adına keçirmək istəyir. Ancaq, qayınatasının adı Məhərrəmov Zilfiqar əvəzinə Məhərrəmov Zülfüqar yazıldığı üçün mülkü qanun üzrə vərəsə kimi adına keçirdə bilmir. Ona görə də məhkəmə qaydası ilə Gəncə şəhəri, Abdulla Sur küçəsi 44 saylı mülkün qeydiyyat vəsiqəsinin X7 məxsus olması, X5 X14 olması faktı məhkəmə qaydası ilə müəyyən edilməlidir. Ərizəçi 18.11.2021-ci il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına verilmiş 21.04.1989-cu il tarixli, 1792 reyestr nömrəli qeydiyyat vəsiqəsinin X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahatında, Gəncə şəhəri Abdulla Sur küçəsi ev 44-də olan daşınmaz əmlak mərhum qaynatası X8 məxsus olduğunu və adına qeydiyyat vəsiqəsi verildiyini, lakin həmin qeydiyyat vəsiqəsi verilərkən qaynatasının köhnə rus pasportu olduğu üçün adı qeydiyyat vəsiqəsində səhv göstərildiyini bildirib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X21 ifadə verərək, ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs Zilfiqar oğlu ifadəsində Gəncə şəhəri Abdulla Sur küçəsi ev 44-də olan daşınmaz əmlak mərhum atası X8 məxsus olmuş və onun adına qeydiyyat vəsiqəsi verilmişdir, lakin həmin qeydiyyat vəsiqəsi verilərkən atasının köhnə rus pasportu olduğu üçün adı qeydiyyat vəsiqəsində səhv göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinin 23.09.2021-ci il tarixli, 05/Q-2099/15 nömrəli məktubdan görünür ki, 1958-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş 07.01.2018-ci il tarixdə vəfat etmiş vətəndaş X9 ölüm haqqında akt qeydində ata adının Zülfüqar adından Zilfiqar adına düzəliş edilməsi imkanımız xaricindədir. Ölüm akt qeydində düzəliş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir Odur ki, “ölüm haqqında” akt qeydində düzəliş edilməsi məqsədilə ilə məhkəmə orqanına müraciət edilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 917721 nömrəli ölüm haqqında şəhadətnamənin sürətində görünür ki, X28 27.04.2016-cı ildə “ürəyin dayanmasından qəfləti ölümü” diaqnozu ilə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 01 ayının 08 günündə № 70 ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinin 02.08.2021-ci il tarixli, 05/Q-1679 nömrəli məktubdan görünür ki, XX.XX.1958-ci ildə Ermənistanda anadan olmuş X10 l-ZJ 453750 seriyalı doğum haqqında şəhadətnaməsində ata bəndində atanın adı “Zilfiqar” həmçinin l-SL 257222 seriyalı nikah haqqında şəhadətnamədə kişi bəndində ata adı “Zilfiqar” kimi qeyd edilmişdir. 08.01 2018ci il tarixli 70 saylı ölüm haqqında akt qeydində ata adı “Zülfüqar” kimi qeyd edilmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərdə uyğunsuzluq aşkar olunduğundan X14 və X5 eyni şəxs olmasının müəyyən edilməsi faktı qanunvericilik baxımından imkanları xaricindədir. Buna görə məhkəməyə müraciət edilməsi bildirilmişdir İş materiallarına əlavə edilmiş X34 filialının 04 iyun 2021-ci il tarixli, 593 (383)/4 saylı məktubundan görünür ki, X14 Ermənistan SSR-də anadan olmuşdur, başqa dövlətlərin arxiv sənədləri Azərbaycan Respublikasının Milli Arxiv fondunda mühafizə olunmadığı üçün sorğuya müsbət cavabdlandırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin 14.11.2021-ci il tarixli, 325 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X3 Sistemi üzrə yoxlama aparılmış və 1935-ci il təvəllüdlü X15 08.02.1994-cü il tarixdə Məhərrəmova (X19 ilə nikaha daxil olub və qeyd edilən nikah 16.02.2009-cu il tarixdə pozulmuşdur. X16 19.07.2015-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Övladları və digər ailə üzvləri barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 29.06.2021ci il tarixli, **********81 nömrəli məktubun surətindən görünür ki, 3 saylı notariat kontorunun 20.04.1989-cu il tarixli 3-347 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 saylı fərdi yaşayış evi X32 tərəfindən X1. Alıcının adına 21.04.1998-ci il tarixli, 1792 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.03.2021ci il tarixli, **********34 nömrəli məktubun surətindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.03.2021ci il tarixli, **********34 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport, həmin yaşayış evinin yerləşdiyi 570 kv.m torpaq sahəsinə dair 15.10.1955-ci il tarixli “Torpaq qeydi” X20 adına tərtib edilmişdir. Kirovabad şəhəri 2 saylı Dövlət notariat kontorunun 27.10.1979-cu il tarixli, 23-266 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, X35 X20 vərəsəsi tanınmış və vərəsənin adına 17.04.1989-cu il tarixli, 1792 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhəri 3 saylı Dövlət notariat kontorunun 20.04.1989-cu il tarixli, 3-347 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən fərdi yaşayış evi X35 tərəfindən X2. Həmin müqaviləyə əsasən, X6 adına 21.04.1989-cu il tarixli, 1792 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 762237 nömrəli ölüm haqqında şəhadətnamənin sürətində görünür ki, X15 19.07.2015-ci ildə “Ağ ciyər ödemi” diaqnozu ilə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 07 ayının 20 günündə № 935 ilə qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və maraqlı şəxslərin ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinin adı əslində “X15” olsa da, Kirovabad şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 21.04.1989-cu il tarixli, 1792 reyestr nömrəli qeydiyyat vəsiqəsində “X17” (kiril əlifbası ilə) göstərilmiş, lakin həmin qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydlərdə ərizəçinin ata adı rus dilində (kiril əlifbası ilə) “X18” kimi göstərilmişdir. Həmin adın azərbaycan dilinə transliterasiyası isə “X24” kimi aparıldığından hazırda ərizəçi həmin fərdi yaşayış evi ilə bağlı sənədləşdirmə işlərini apara bilmir. Həmin sənədin “X15”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Kirovabad şəhər Texniki İnventarlaşdırma Bürosu artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Kirovabad şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 21.04.1989-cu il tarixli, 1792 reyestr nömrəli qeydiyyat vəsiqəsinin X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3613/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3613/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver