Məhkəmə qərarları › İş №2(043)-371/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-371/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-371/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinın Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən istifadə etdiyi təbii qazın dəyəri olan 559.60 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun “İddiaçı” İstehsalat Birliyinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə “İddiaçı” X2 X4 İdarəsi arasında “Qaz paylayıcısı ilə məişət-qaz qurğusu istifadəçisi arasında xx.xx.2020-ci il tarixli, MY-299 nömrəli qazın alqı-satqısı barədə” bağlanılmış müqaviləyə əsasən Cavabdeh fərdi yaşayış evi Gəncə X4 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin “İddiaçı” X2 X5 İdarəsinə 573.00 (beş yüz yetmiş üç manat) manat məbləğində debitor borcu yaranmışdır. Cavabdeh tərəfindən bü günə kimi hec bir ödəniş aparılmamış və xx.xx.2020-ci il tarixə 559.60 (beş yüz əlli doqquz manat 60 qəpik) manat borcu vardır. Məhkəməyə qədər müddət ərzində cavabdehə xəbərdarlıqbildirişlərin təqdim edilməsinə baxmayaraq pretenziya qaydasında borcun ödənilməsi təmin edilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- «İddiaçı» X2 X5 İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MY-299 nömrəli müqavilənin surətindən görünür ki, «İddiaçı» X2 X5 İdarəsi istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. **********00000 nömrəli abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2017,2018 və 2019-cu illər ərzində istifadə edilmiş təbii qaza görə qalıq borcu 559,60 manat təşkil edir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən istifadə etdiyi təbii qazın dəyərini tələb etməklə rəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibətdir. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəlikləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən 559,60 manat məbləğində borcu yaranmışdır. İstifadə edilmiş qazın dəyərinin ödənilməsi barədə sübutlar təqdim etmək öhdəliyi cavabdehin üzərinə düşsə də cavabdeh məhkəməyə borcun ödənilməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 559,60 (beş yüz əlli doqquz manat 60 qəpik) manat pul alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 559,60 (beş yüz əlli doqquz manat 60 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin ABB7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********,M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********,İBAN: AZE50İBAZ******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar