Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-378/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x15 iclas katibliyi, İddiaçı və vəkili x20, cavabdeh «xxxxxxxxxx» ASC-nin nümayəndəsi x9 iştirakı ilə, İddiaçı cavabdehlər «xxxxxxxxxx» ASC-yə, AR ƏMDKY DƏDRX-NİN 3 saylı Ərazi İdarəsinə və “xxxxx” MMC-yə qarşı “hərracın yekunlarında dair protokolun, müqavilənin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər «xxxxxxxxxx» ASC-yə, AR ƏMDKY DƏDRX-NİN 3 saylı Ərazi İdarəsinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, hərrac Təşkilatının 13.03.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolun bunun əsasında verilmiş 03.10.2014-cü il tarixli ********** çıxarışın etibarsız hesab edilərək mülkiyyət hüququnun bərpa edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(044)- 2929/2019 saylı qərardadı ilə, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə, İddiaçı şikayəti təmin edilmiş, mülki iş baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 A saylı fərdi yaşayış ev 1 saylı notariat kontorunun 12.12.2001-ci il tarixli 4Ə-4-367 saylı alqı-satqı müqaviləsi əsasında ona satılmış və ona 26.12.2001-ci il tarixli 4915 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH № ******* saylı və ********** qeydiyyat nömrəli 12 yanvar 2009-cu il tarixli çıxarış əsasında mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Mülkün sahələri, liter “A”-da 76.9 kvm zirzəmidən, liter “B”-də 24.3 kvm yaşayış otağı, 20.2 kvm dəhlizdən, liter “V”-də 20.0 kvm əl damından, liter “Q”-də 9.8 kvm hamamdan və 400.0 kvm torpaq sahələrindən ibarətdir. Ona məxsus olan həmin ev və evin torpaq sahəsi ilə birlikdə x6 23083,14 ABŞ dolları kredit borcuna görə “xxxxxx” x13 x26rşısında ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2009-cü il tarixli, 2(043)-1142/2009 saylı qətnaməsi ilə “xxxxxx” x13 x25 Yevlax filialının cavabdeh x10 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək “xxxxxx” İKB ASC-nin Yevlax filialının cavabdeh x14 arasında bağlanmış 11 mart 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 23083,14 ABŞ dolları məbləğində pul milli valyuta məzənnəsi ilə və 20 manat rüsum pulu x3 alınıb “xxxxxx” İKB ASC-nin Yevlax filialına ödənilməsi, ödəmə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 a saylı fərdi yaşayış yönəldilməsi qət edilmiş və evin hərracda satılması barədə tələbi rədd edilmişdir. x34 Məhkəməsinin 08 dekabr 2011-ci il hökmü ilə zərərçəkmiş şəxs kimi o, İddiaçı mülki iddiası tam təmin edilərək. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş 23.083.14 ABŞ dolları borc iddiasını Ağır Cinayətlər Məhkəməsi kreditin götürüldüyü ilin kursuna vuraraq 16.492 manat 25 qəpik məbləğində pul müəyyən etmişdir. Kredit götürən şəxsin əmlaklarına-avtomobilləri üzərinə həbs qoyulmuş, həmin əmlaklar hərracda satılaraq əldə olunan pul zərərçəkmişlərə ödənilməsi hökm olunmuşdur. Ancaq qanuni qüvvəyə minmiş məhkəmənin hökmündən doqquz il keçməsinə baxmayaraq bu günə kimi icra edilməmiş qalmışdır. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2009-cü il tarixli 2(043)-1142/2009 saylı qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq Hərrac Təşkilatının 13.03.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən onun fərdi yaşayış evi “xxxxxx” İKB ASC-nin mülkiyyətinə keçmiş və bankın adına 03.10.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hərracın keçirilməsindən ipoteka qoyanların xəbəri olmamış, hərracların vaxtı və yeri barədə onlara rəsmi bildiriş göndərilməmişdir. İpoteka predmeti olan ev tutmaya yönəldikdə bu müqavilə bağlanan anda yetkinlik yaşına çatmış digər ailə üzvüləri, oğlu 1984-cü il təvəllüdlü hərbiçi zabit x12 və qızı 1986-cı il təvəllüdlü x11 razılıqları alınmamışdır. Hərracın keçirilməsindən yalnız 2019-cu ilin iyul ayında icraçı tərəfindən məlumatlandırılmışdır. Hesab edir ki, keçirilmiş hərracların yekun nəticələri hesab edilən hərrac Təşkilatının 13.03.2014cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokol və bunun əsasında verilmiş 03.10.2014-cü il tarixli ********** çıxarışın etibarsız əqdlərdir. Çünki, məhkəmənin qərarı ilə evinin hərracdan satılması barədə tələb rədd edilmişdir, həm də evdə qeydiyyatda olan iki yetkinlik yaşına çatan övladlarının notarial qaydada təsdiq olunmuş razılıq ərizələri alınmamışdır. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, hərrac təşkilatının 13.03.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolun, həmin tarixli müqavilənin etibarsız hesab edilməsini və bunun əsasında verilmiş 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvin edilərək mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə və onun dəqiqləşməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, əmlakın mülkiyyətçisi olaraq ona hərracla bağlı hər hansı bildiriş gəlməmişdir, hərracın keçirilməsindən yalnız 2019-cu ilin iyul ayında məhkəmə icraçısı tərəfindən məlumatlandırılmış, hərrac qanunvericiliklə müəyyən edilmiş müddət keçirilməmişdir. Görünür ki, hərrac təşkilatçısı qəsdən bilərəkdən ona bildiriş göndərməklə onun mülkiyyətçi olaraq hərracda iştirakını gizlətmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxxxx» ASC-nin nümayəndəsi x9 iddianı qəbul etməyərək, iddia müddətinin tətbiqinə dair ərizə verərək, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və “xxxxxx” İKB ASC-yə qarşı “hərracın yekunları barədə protokolun, müqavilənin, onun əsasında verilmiş çıxarışın və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsi ilə tutmanın yönəldiyi Gəncə şəhəri, Nizami rayonu, 10-cu döngə, 12 a nömrəli fərdi yaşayış evi 13 mart 2014-cü il tarixdə “xxxxxx” Banka açıq hərracda satılmışdır. Həmin mənzilin hərrac vasitəsi ilə satılmasından İddiaçı məlumatı olmuşdur və iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İşə məhkəmədə baxılarkən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxx” MMC ilə əvəz edilmişdir. Cavabdeh “xxxxx” x4, AR ƏMDKY DƏDRX-nin 3 saylı Ərazi İdarəsinəməhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər göstərmədən nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH № ******* saylı və ********** qeydiyyat nömrəli 12 yanvar 2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngədə İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.3. kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 12A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində qeydiyyata alınmışdır; 17.06.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri x21, qızı 1986-cı il təvəllüdlü x16, x7, x22, x23 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 A saylı fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli 17.03 2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, Azərbaycan «xxxxxxxxxx» ASC-nin Yevlax filialının xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində qeydiyyata alınmışdır; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2009-cü il tarixli, 2(043)- 1142/2009 saylı qətnaməsinin surətindən görünür ki, “xxxxxx” x13 x25 Yevlax filialının cavabdeh x10 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək “xxxxxx” İKB ASC-nin Yevlax filialının cavabdeh x14 arasında bağlanmış 11 mart 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 23083,14 ABŞ dolları məbləğində pul milli valyuta məzənnəsi ilə və 20 manat rüsum pulu x3 alınıb “xxxxxx” İKB ASCnin Yevlax filialına ödənilməsi, ödəmə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 a saylı fərdi yaşayış yönəldilməsi qət edilmiş və evin hərracda satılması barədə tələbi rədd edilmişdir. x42 İcra İdarəsinin 27.02.2020-ci il tarixli 2059/19 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, x41 Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.10.2009-cu il tarixli icra vərəqəsi icra olunması üçün 16.11.2009-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar x41 Rayon Məhkəməsinə izah verilmiş və həmin Məhkəmənin 8-043-2/10 saylı, 05.02.2010-cu il tarixli qərardadına əsasən həmin icra sənədinin ixtisaslaşdırılmış müəssisələr tərəfindən satılması yolu ilə icra edilməsi qərara alınmışdır. Sonradan həmin yaşayış evi 06.05.2011-ci il tarixdə hərraca göndərilmiş və 13.03.2014-cü il tarixdə ev tələbkar “xxxxxx” İKB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Odur ki, x41 Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.10.2009-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* olan, 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında «xxxxxxxxxx» ASC-yə məxsusdur. Hərracın yekunları barədə 13 mart 2014-cü il tarixli 15/01 nömrəli protokolun və həmin tarixli müqavilənin surətindən görünür ki, x41 rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı «06» oktyabr 2009-cu il tarixli icra vərəqəsinə, Gəncə səhəri üzrə İcra İdarəsinin 2059/09 saylı 06.05.2011-ci il tarixli sifariş məktubunun, «Nikovl» İKB-nin müvafiq məktubunun icrasına əsasən İddiaçı məxsus Gəncə səhəri, Nizami rayonu, Nizami küçəsi 10-cu döngədə yerləşən 24.3 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 12A saylı fərdi yaşayış evi 20.000 (iyirmi min)manat məbləğində ilkin hərrac qiyməti müəyyən olunsa da, lakin müvafiq əmlak 12.750 (on iki min yeddi yüz əlli) manat dəyərində tələbkar, yəni «xxxxxxxxxx» ASC-yə təklif edilmiş və qeyd edilən əmlak göstərilən qiymətə tələbkar-alıcı tərəfindən alınmışdır və həmin tarixdə hərracı keçirən “xxxxx” MMC ilə tələbkar «xxxxxxxxxx» ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin protokoldan görünür ki, İddiaçı həmin hərracda iştirak etməmişdir. Hərrac Mərkəzi “xxxxx” MMC-nin “xxxxxxxxx” ASC-nin rəhbərliyinə ünvanladığı 23.01.20120-ci il tarixli, 01/145 nörməli məktubun surətindən görünür ki, uzun müddət keçdiyindən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə yerləşən 12 A saylı fərdi yaşayış evinin hərracına dair məlumat və qeyd olunan iş üzrə sənədləri təqdim etmək tərəflərindən mümkünsüzdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.07.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər Nizami rayon x19 İcraiyyə Komitəsinin 29.04.1991-ci il tarixli qərarının 4 nömrəli protokoluna əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12A saylı ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş liter “A”-da 76.9 kv.m zirzəmi, liter “B”-də 24.3 kvm yaşayış otağı, 20.2 kvm dəhliz, liter “V”-də 20.0 kvm əl damı, liter “Q”-də 9.8 kvm hamam və 400.0 kvm torpaq sahəsinin qanunlaşması haqqında rəy təsdiq edilmişdir və həmin tikintilər x8 istifadəsində saxlanılmışdır. 1 saylı notariat kontorunun 12.12.2001-ci il tarixli 4Ə-4- 367 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk İddiaçı satmışdır və alıcıya 26.12.2001-ci il tarixli 4915 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı bu qeydiyyat vəsiqəsinin əvəzinə 12.01.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. “xxxxxx" İKB ASCnin Yevlax filialının 11.03.2009-cu il tarixli 489 nömrəli məktubunda və 4 saylı notariat kontorunun 16.03.2009-cu il tarixli 9 saylı məktubunda bu əmlakın 16.03.2009-cu il tarixli 3M-1-129 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edildiyi bildirilmişdir. İddiaçı 17.03.2009-cu il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Hərrac Təşkilatının 13.03.2014-cü il tarixli 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən bu fərdi yaşayış evi “xxxxxx” İKB ASC-nin mülkiyyətinə keçmişdir və bankın adına 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. x34 Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli hökmünün surətindən görünür ki, zərərçəkmiş şəxs kimi İddiaçı mülki iddiası tam təmin edilərək, onun xeyrinə təqsirləndirilən şəxslər x3, x1, x2 müştərək qaydada 16.492 manat 25 qəpik məbləğində pul tutulması hökm edilmişdir. Həmçinin Kredit götürən şəxsin əmlaklarına-avtomobilləri üzərinə həbs qoyulmuş, həmin əmlaklar hərracda satılaraq əldə olunan pul zərərçəkmişlərə ödənilməsi hökm olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2009-cü il tarixli, 2(043)- 1142/2009 saylı qətnaməsi ilə “xxxxxx” x13 x25 Yevlax filialının cavabdeh x10 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək “xxxxxx” İKB ASC-nin Yevlax filialının cavabdeh x14 arasında bağlanmış 11 mart 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 23083,14 ABŞ dolları məbləğində pul milli valyuta məzənnəsi ilə və 20 manat rüsum pulu x3 alınıb “xxxxxx” İKB ASC-nin Yevlax filialına ödənilməsi, ödəmə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş və evin hərracda satılması barədə tələbi rədd edilmişdir. Bundan sonra həmin qətnamənin izah olunması məqsədi ilə icra məmuru məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən qətnaməyə izah verilərək, qətnamənin icrası əmtəə birjaları nəznində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik ixtisaslaşdırılmış müəssisələr tərəfindən satılması yolu ilə icra edilməsi qərara alınmışdır. Qətnamə icra olunması üçün Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmiş və həmin İcra şöbəsinin 06.05.2011-ci il tarixli, Hərracın keçirilməsi haqqında sifarişi ilə ipoteka predmeti olan evin ilkin satış qiyməti 20.000 (iyirmi min)manat məbləğində açıq hərracda satılması üçün “xxxxx” MMC-yə göndərilmişdir. “xxxxx” MMC 17 avqust 2011-ci il tarixli, 01/2151 nömrəli təklifi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 30 gün ərzində ilkin satış qismətindən 25 faiz aşağı qiymətə 12750 manata təklif edilmiş, əsk təqdirdə ipoteka xitam verilməsi göstərilmişdir. Bundan sonra Hərracın yekunları barədə 13 mart 2014-cü il tarixli 15/01 nömrəli protokol tərtib olunmuş və qeyd edilən əmlaka dair 13 mart 2014-cü tarixli “xxxxx” MMC ilə tələbkar “xxxxxx” x13 arasında alqı-satqı müqaviləsi bağlanmış və Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evi tələbkarın mülkiyyətinə keçmişdir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsini və həmin bildirişin çatmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, Hərrac Mərkəzi “xxxxx” MMC-nin “xxxxxxxxx” (“xxxxxx” x13) ASC-nin rəhbərliyinə ünvanladığı 23.01.20120-ci il tarixli, 01/145 nömrəli məktubunda uzun müddət keçdiyindən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə yerləşən 12 A saylı fərdi yaşayış evinin hərracına dair məlumat və qeyd olunan iş üzrə sənədləri təqdim etmək tərəflərindən mümkünsüz olduğu bildirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsi Hərracın keçirilməsi haqqında sifarişi 06.05.2011-ci il tarixdə verilmiş, hərrac təşkilatçısı “xxxxx” MMC 17 avqust 2011-ci il tarixli, 01/2151 nömrəli təklifi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 30 gün ərzində ilkin satış qismətindən 25 faiz aşağı qiymətə 12750 manata təklif edilmiş, əks təqdirdə ipotekaya xitam verilməsi göstərilmiş, bundan üç ilə yaxın müddət keçdikdən sonra Hərracın yekunları barədə 13 mart 2014-cü il tarixli 15/01 nömrəli protokol tərtib olunmuş və qeyd edilən əmlaka dair 13 mart 2014-cü tarixli “xxxxx” MMC ilə tələbkar “xxxxxx” x13 arasında müqavilə bağlanmışdır. Lakin iş üzrə cavabdehlər hərracın keçirilməsi haqqında sifarişi 06.05.2011-ci il tarixdə verilməsinə baxmayaraq hansı səbəbdən üç ilə yaxın müddət keçdikdən sonra 13 mart 2014-cü tarixli “xxxxx” MMC ilə tələbkar “xxxxxx” x13 arasında müqavilə bağlanmasını əsaslandıra və buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan “xxxxx” MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı verməli və bu barədə tərəflərə bildiriş göndərməlidir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, hərracın təşkilatçısı olan “xxxxx” MMC tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, hərracın necə keçirilməsi barədə ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da müəyyən olunur ki, hərrac keçirilərkən ipoteka qoyan iddiaçıya məlumat verilməmiş və kütləvi informasiya vasitələrində elan verilməmiş, ona məxsus əmlak öz dəyərindən xeyli aşağı qiymətlə 12750 manata tələbkar “xxxxxx” x13-na satılmışdır. “xxxxx” MMC tərəfindən hərracın yekunları barədə protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticədə qanunvericiliyin imperativ tələbi və İddiaçı qanunla qorunan və təminat verilmiş mülkiyyət hüquqları (və əlaqəli hüquqlar) pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan hallar hərracın təşkilatçısı olan «“xxxxx” MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən müqavilənin etibarsızlığına səbəb olmalıdır. Bununla da məhkəmə “xxxxx” MMC tərəfindən qeyd olunan daşınmaz əmlakın (mənzilin) real bazar qiymətindən aşağı qiymətə tələbkara satılmasını hərracın yekunlarının etibarsız sayılması üçün tutarlı əsas hesab edir. Bundan əlavə məhkəmə “xxxxxxxxx” (xxxxxxxxxx) ASC-nin nümayəndəsi x17 iddia müddətinin tətbiqinə dair ərizənə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4.-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə dair hərrac təşkilatçısı “xxxxx” MMC-nin 13 mart 2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “xxxxx” MMC ilə tələbkar “xxxxxx” x13 arasında başlanmış 13 mart 2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli və müqavilə əsasında “xxxxxx” x5 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* olan, 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə dair Hərrac təşkilatçısı “xxxxx” MMC-nin 13 mart 2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “xxxxx” MMC ilə “xxxxxx” x13 arasında başlanmış 13 mart 2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 12 a saylı fərdi yaşayış evinə dair “xxxxxx” x5 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* olan, 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı x24 aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x41 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-378/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-378/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver