Məhkəmə qərarları › İş №2(043)-3811/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3811/2021

24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3811/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən ona verilmiş 11.02.2008-ci il tarixli A 030055 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nün (sənədin) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsində onun 400 kv.m torpaq sahəsi var. Həmin sahə ona Gəncə şəhər İcra Hakimiyyəti başçısının 14.04.1993-cü il tarixli 46 saylı sərəncamına və «Farvorist» BYB-in 14.09.1993-cü il tarixli 06 saylı protokoluna əsasən verilmişdir. Həmin sahəyə hüququ Azərbaycan Respublikasınını keçmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin 11.02.2008-ci il tarixli A 030055 №-li «Torpaq sahəsinin planı və ölçüsü» ilə təsdiq olunur. Onun atasının adı Məhəmməd olmasına baxmayaraq həmin sənəddə onun atasının adı səhvən «Məmməd» kimi qeyd olunmuşdur. Bu səhvə görə torpaq sahəsinə hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldıra bilməmişdir. Həmin xidmətin 3 saylı Ərazi İdarəsi məsələni həll etmək üçün ona faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Həmin faktın müəyyən olunması onun üçün vacib olduğunu göstərərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mülki işə əlavə edilmiş:- AZ-T 146258 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi atası X1 qeyd olmuşdur. AZE 00****** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin atasının adı Məhəmməd kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən verilmiş 11.02.2008-ci il tarixli, A 030055 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhər İH başçısının 14.04.1993-cü il tarixli 46 saylı sərəncamına və «Farvorist» BYB-in 14.09.1993-cü il tarixli 06 saylı protokoluna əsasən Ərizəçi «Məmməd» oğluna Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsində 400 kv.m torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 07.10.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin adına olan sənəddə uyğunsuzluğun aradan qaldırılması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin ata adı ona məxsus sənəddə düzgün qeyd olunmadığından ərizəçi həmin sənədin ona məxsus olması faktını başqa qaydada əldə edə bilmədiyi üçün mülkiyyət hüququ ilə bağlı məsələləri həll edə bilməmişdir. Məhkəmə hesab edir ki, həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün məhkəmə qaydasında təsdiq olunmalı, Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən verilmiş 11.02.2008-ci il tarixli, A 030055 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən verilmiş 11.02.2008-ci il tarixli, A 030055 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar