Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3846/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 may 2017-ci il tarixdə anadan olmuş X4 Cavabdeh atasının olması faktının müəyyən edilməsinə, uşağın saxlanması üçün hər ay uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən 300 manat alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2016-cı il tarixdə el adəti ilə evlənmişlər və birgə yaşadıqları müddətdə 04 may 2017-ci il təvəllüdlü 1 uşaqları X8 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Cavabdehin atalığı könüllü surətdə etiraf etməməsi səbəbindən məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Ayrıldıqları müddətdə cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Ümumiyyətlə, nə uşaqla, nə də onunla maraqlanmamışdır. Cavabdehin atalığın müəyyən olunması üçün Qeydiyyat Şöbəsinə getməkdən imtina etməsi səbəbindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o uşağı saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti ağırdır. Ona görə də atalığın müəyyən edilməsi və cavabdehin öz valideynlik vəzifələrini icra etməsini istəyir. Cavabdeh yaxşı pul qazanır. Fərdi əməklə məşğuldur. Məhkəmə baxışı zamanı İddiaçı 02.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “iddia tələbinin azaldılması” barədə ərizə təqdim edərək, Cavabdeh ilə razılıq əsasında atalıq qeydiyyat orqanında müəyyən edildiyini və yeni doğum haqda şəhadətnamə verildiyini bildirib, birgə nikahlarından doğulmuş 04 may 2017-ci il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatanadək cavabdehdən 120 manat məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, Cavabdeh ilə razılıq əsasında atalıq qeydiyyat orqanında müəyyən edildiyini və uşağa yeni doğum haqda şəhadətnamə verildiyini bildirib, cavabdehlə birgə ailə münaasibətlərindən doğulmuş 04 may 2017-ci il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatanadək cavabdehdən 120 manat məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, iş məhkəmənin icraatında olarkən onun razılığı əsasında qeydiyyat orqanında İddiaçı doğulmuş 04 may 2017-ci il təvəllüdlü Mələk adlı uşağa atalığın müəyyən edilməsi barədə şəhadətnamə və yeni doğum haqda şəhatənamə verilmişdir. O, ikinci dəfə evlənmiş, həmin nikahdan 23.06.2018-ci il təvəllüdlü X12 və 08.10.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Əmək haqqına dair sənədi yoxdur. Rəsmi olaraq 300 manat məbləğində aylıq əmək haqqı alır. Aliment tələbini qismən qəbul edir və İddiaçı birgə ailə münasibətlərindən doğulmuş 04 may 2017-ci il təvəllüdlü X10 hər ay sabit pul məbləğində 60-70 manat məbləğində aliment verə bilər. Odur ki, qanun tələblərinə uyğun olaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 425590 nömrəli “atalığın müəyyən edilməsi” haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətidən görünür ki, İddiaçı doğulmuş 04 may 2017-ci il ildə doğulmuş X8 adlı uşağın atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 676028 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 04 may 2017-ci il təvəllüdlü X13 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 211478 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 01.12.2017-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 116 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada – “Əsədova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 174544 nömrəli və AZ-İV seriyalı, 660643 nömrəli doğum haqqına şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, 23.06.2018-ci il təvəllüdlü X12 və 08.10.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədələrdə uşaqların atası Cavabdeh, anaları isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 05.10.2021-ci il tarixli, MŞİH-02934 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh 05 oktyabr 2021-ci il tarixdə, 10:00-dan 11:00-dək keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyi təsdiq etmək üçün verilir. İddiaçı 04 may 2016-ci il təvəllüdlü Mələk adlı “uşağın atalığının müəyyən edilməsi və alimentin ödənilməsini” tələb etmişdir lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, iddiaçı Cavabdeh qızı ilə Cavabdeh faktiki ailə münasibətlərindən 04 may 2017-ci il təvəllüdlü Əsədova (Qurbanova) Mələk Eldar qızının adlı uşağı doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzində birgə ailə münasibətlərindən olan uşaq anasının yanındadır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən İddiaçı “uşağın atalığının müəyyən edilməsi və aliment” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilmədiyi üçün, “uşağın atalığının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh ilə razılıq əsasında atalıq qeydiyyat orqanında müəyyən edildiyini və yeni doğum haqda şəhadətnamə verildiyini bildirib, birgə nikahlarından doğulmuş 04 may 2017-ci il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatanadək cavabdehdən 120 manat məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə ikinci dəfə rəsmi nikaha daxil olduğunu, həmin nikahdan 23.06.2018-ci il təvəllüdlü X12 və 08.10.2021-ci il təvəllüdlü X5 doğulduğunu və aylıq 300 manat məbləğində əmək haqqı aldığını bildirərək, İddiaçı birgə ailə münasibətlərindən anadan olmuş 04 may 2017-ci il təvəllüdlü Əsədova (Qurbanova) Mələk Eldar qızına hər ay 60-70 manat sabit pul məbləğində aliment verə biləcəyini qeyd etmiş və qanun tələblərinə uyğun olaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi, cavabdehin ikinci ailə münasibətindən də yetkinlik yaşına çatmayan iki azyaşlı uşağının olmasını və tələb edilən aliment məbləğini nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, 04 may 2017-ci il təvəllüdlü Əsədova (Qurbanova) Mələk Eldar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 25.10.2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 110 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1320 manat təşkil etdiyindən, 33,20 (otuz üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərindən doğulmuş 04 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub anası İddiaçı verilsin. Alimentin tutulması 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin dilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 33,20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3846/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3846/2021
16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver