Məhkəmə qərarları › İş №2(043)-3886/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3886/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3886/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Samux rayonu Tatlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə verilmiş,16 mart 2003-cü il tarixli JN-255 saylı AR Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yazılmış X1 Ərizəçi olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Samux rayonu Tatlı kəndində yerləşən 799.8 kv.m torpaq sahəsi 16 mart 2003-cü il tarixli JN-255 saylı Şəhadətnamə ilə onun, Ərizəçi mülkiyyətinə verilmişdir. Amma verilən şəhadətnamədə təsadüfən familiyam səhv olaraq Məmmədov əvəzinə Hüseynov kimi göstərilmişdir. Həmin şəhadətnamə mənə təqdim olunduqda həmin səhvin düzəldilməsi üçün Zazalı Kənd İcra Nümayəndəliyinə müraciət etmişdir və İcra Nümayəndəliyi həmin torpaq sahəsinin onun istifadəsində olduğunu, səhvən Ərizəçi əvəzinə Hüseynov Məqsəd yazıldığını etdiyi əlavə düzəlişlə təsdiq etmişdir. Bildirir ki, həmin torpaq sahəsi bu günə kimi də onun istifadəsindədir. O şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılması xahişi ilə AR ƏMDK yanında DƏDRX-in 3 Saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə **********773 saylı 17.02 2021-ci il tarixli cavab məktubunda uyğunsuzluğun aradan qaldırılmasının məhkəmə qaydasında həll edilməli olduğunu tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə olunmuş, Zazalı kənd İƏD-nin 24.10.2008-ci il tarixli, 742 nömrəli arayışdan görünür ki, Ərizəçi soyadı 255 nömrəli şəhadətnamədə səhv olaraq onun soyadı “Hüseynov” yazılmışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, torpağın verilməsinə dair şəhadətnamədə olan ərizəçinin soyadı qrafasında düzgün qeydiyyat aparılmamışdır. ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı 17.02.2021-ci il tarixli, **********73 nömrəli məktubda da şəhadətnamədə uyğunsuzluğun olması qeyd edilmişdir. Göründüyü kimi, ərizədə və ona əlavə edilmiş sənədlərdə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin mövcud olmaması göstərilməmiş, sadəcə həmin qeydlərdə uyğunsuzluq olduğu bildirilmişdir. Göründüyü kimi, ərizəyə əlavə edilmiş sənədlərdə dövlət qeydiyyatını aparan orqanlarda torpaq sahəsinə dair verilmiş şəhadətnamənin və onun qeydiyyatının mövcud olmaması göstərilməmiş, şəhadətnamənin mövcud olmasına baxmayaraq həmin qeydlərdə soyad qrafasında səhv olaraq “Hüseynov” göstərilməsinin düzəldilməsinin onların imkanı xaricində olması bildirilmişdir. Bele ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda həmin plenum qərarının 6.1.-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni zamanda həmin plenum qərarının 6.2.-ci bəndində qeyd olunur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göstərilənlərə əsasən hüquqmüəyyənedici sənəddə göstərilmiş şəxsin həmin şəxs olması faktı xüsusi icraat qaydasında baxılması müəyyən edilməmişdir. Belə olan halda xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilməsi əsassızdır. Bu səbəbdən ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçiyə izah olunur ki, hüquqmüəyyənedici sənəddə göstərilmiş şəxsin həmin şəxs olması faktı xüsusi icraat qaydasında baxılması müəyyən edilməmişdir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında baxılması mümkündür. Hüquqmüəyyənedici sənəddə bütün səhvlər belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Ərizəçi həmin yanlışın aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, əgər həmin orqan yalnışlığın aradan qaldırılmasından imtina edərsə, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməklə məhkəməyə müraicət edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar