Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3892/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə edilmiş təbii qazın dəyərinə görə 464,60 manat məbləğində pulun və 20,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş müqaviləyə və “Abonentin saldosu”na nəzər yetirdikdə müəyyən olunur ki, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, qaz sayğacı həmin tarixdə quraşdırılmış, 07.2020-ci il tarixə abonentin qaz sərfiyatı 70 m3 – sərfiyatın məbləği 7 manat göstərilmişdir. Lakin, həmin ayın sonuna abonentə 437.60 manat əlavə borc hesablanmışdır ki, bu borcun hansı qaydada yaranması müəyyən deyil. Həmin borcun hansı əsaslarla yaranması ilə bağlı iddia ərizəsində heç bir əsaslandırma aparılmamış, bu barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyindən, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud olduğundan və beləliklə bu vəziyyətdə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(043)-3892/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3892/2020
13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver