Məhkəmə qərarları › İş №2(043)-3894/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3894/2021

29.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3894/2021 29.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, vərəsələrin müəyyən edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş ******* saylı 15.08.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, atasından miras qalmış, ünvan 1 ünvanda yerləşən miras əmlaka dair vərəsələrin müəyyən edilməsi və miras payının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. İddia ərizəsində qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi ilə yanaşı digər tələblər göstərilsə də iddia ərizəsində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsələrin dairəsinin müəyyən edilməsi və miras payının bölünməsi tələblərinə hansı əsasla cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisinin cavab verməi olduğunu əsaslandırmamışdır. Digər tərəfdən iddia ərizəsində iddianın qiyməti göstərilməmiş, mübahisənin predmeti başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlak olduğu halda iddiaçı tərəfindən iddianın qiymətinə uyğun yox, qiymətləndirilməyən iddia və ya fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlakla bağlı verilən ərizə üçün 100 manat dövlət rüsumu ödəmişdir. Halbuki hazırkı iddiada miras əmlakda payın müəyyən edilməsi tələbi də irəli sürüldüyündən iddianın qiyməti tələb edilən payın dəyərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, vərəsələrin müəyyən edilməsi və miras payının bölünməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar