Məhkəmə qərarları › İş №2(043)-3895/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3895/2021

03.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3895/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Ərizəçi cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılması və onun həmin şəxsə himayəçi təyin edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Qəyyumluq və Himayəçilik Orqanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.09.1997-ci il tarixdə doğulmuş övladı X1 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması və onun sonuncuna himayəçi təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi məhkəməyə verdiyi iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 18.09.1997-ci il tarixdə doğulmuş övladı X1 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır və həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxslərin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normalarına əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdə iddiaçı və ya cavabdeh olmur, həmin işlərdə proses iştirakçıları qismində ərizəçi və maraqlı şəxslər iştirak edirlər. Ərizəçi tərəfindən ərizə düzgün olmayaraq iddia icraatı qaydasında verilmiş ərizədə Ərizəçi iddiaçı qismində, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçsının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası isə cavabdeh qismində göstərilmiş, lakin hazırkı tələbin nəyə görə iddia icraatı qaydasında baxılmalı olması və bu iddia tələbinə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçsının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nəyə əsasən cavab verməli olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi kimi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra Ərizəçi təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269, 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ərizəçi şəxsin fəaliyyət qailiyyəti olmayan hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar