Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3981/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1, Məmmədova (Quliyeva) Aytən Elçin qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı vərəsəliyin müəyyən olunmasına və evə mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1, Məmmədova (Quliyeva) Aytən Elçin qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, S.Rəhimov küçəsi, 5 nömrəli ünvanda yerləşən yaşayış evini X4 ilə onun ümumi mülkiyyətinin tanınmasına, onu X2 qanun üzrə vərəsəsi tanıyıb, həmin evin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh X3 Gədəbəy rayonu, Dəyirmandağ ərazisi, Qurudərə kəndində qeydiyyatdadır. Hesab edirəm ki, cavabdeh X1 rayonunda qeydiyyata olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır. Cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Həsənəliyeva (Məmmədova) X5 rayonu, Dəyirmandağ inzibati ərazi dairəsi üzrə Qurudərə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur (MPMin 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1, Məmmədova (Quliyeva) Aytən Elçin qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı vərəsəliyin müəyyən olunmasına və evə mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1, Məmmədova (Quliyeva) Aytən Elçin qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı vərəsəliyin müəyyən olunmasına və evə mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3981/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3981/2021
16.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver