Məhkəmə qərarları › İş №2(043)-4029/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4029/2021

24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4029/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri. Kəpəz rayonu, X13 küçəsi, 1 -ci döngə, ev 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Kirovabad (indi Gəncə) X2 Burosu tərəfindən verilmiş 13 iyun 1989-cu il tarixli 1843 saylı Qeydiyyat Vəsiqəsində və Gəncə şəhəri Kəpəz rayonu Maraqlı şəxs tərəfindən 14.03.2002-ci il tarixdə verilmiş 184 saylı ölüm haqqında akt qeydində vəfat edən atasının qeyd edilən soyadının “Babayev”-ə məxsus olması faktını müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Maraqlı şəxs onun müraciəti əsasında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlamm qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən qaydalara əsasən vətəndaşlıq vəziyyəti aklarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında aparılır, itmiş qeydlərin bərpası mümkün olmadıqda, vətəndaş vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Belə ki, o, Ərizəçi tərəfindən təqdim edilən İ-37K 013756 saylı 09.07.1969-cu il tarixli Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetliyi tərəfindən verilən şəhadətnamədən görünür ki, onun atası- X3r. Lakin şöbəyə təqdim etdiyi ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamədə vəfat edən atası - X4 göstərilmişdir. İcraat zamanı Gəncə şəhər Kəpəz rayon Maraqlı şəxsnə sorğu edilmiş, və sonuncunun tərtib etdiyi 14.03.2002-ci il tarixli 184 saylı ölüm haqqında akt qeydində də vəfat edən şəxs kimi X4 göstərilmişdir. Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetinin 02.12.1964-cü il tarixli 49 saylı nikah haqqında şəhadətnamədən də göstərilir ki, atası X5 anası X6 nikaha daxil olmuş və ər soyadı olan “Babayeva” soyadını qəbul etmişdir. Onun atasının X5 barəsində ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qarşılaşdığı problem öz həllini tapmamışdır. Bununla əlaqədar olaraq bildirir ki, atası X5 1927-ci il Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub, 14 mart 2002- ci il tarixdə vəfat edibdir. X1 1933-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub, 09 dekabr 2014-cü ildə vəfat edibdir. Bundan əlavə Gəncə şəhəri, Kəpəz rayonu, X13 küçəsi, 1-ci döngə, ev 4 saylı ünvanda yerləşən fərdi yaşayış evini öz adlarına rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş sənəddə, yəni Gəncə şəhəri. Kəpəz rayonu, X13 küçəsi, 1-ci döngə, ev 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Kirovabad (indi Gəncə) X2 Burosu tərəfindən verilmiş 13 iyun 1989-cu il tarixli 1843 saylı Qeydiyyat Vəsiqəsində onun atasının soyadının “Babayev” əvəzinə “Hacıyev” qeyd edilməməsi səbəbindən mülkü öz adına dövlət reyestrində qeyd etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, məhkəmə hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, o, fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin və ölüm haqqında şəhadətnamənin atasına məxsus olmasını faktının deyil, həmin sənədlərdə olan “Babayev” soyadının onun atasına məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir ki, bu cür müraciətlərə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi kimi məhkəmədə baxılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilikdə soyadın şəxsə məxsus olması faktının deyil, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmədə baxılması nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə MPM-in 307.2.5-ci maddəsinə isnadən qeyd edir ki, qanunverici hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsini təsbit edərkən bəzi sənədləri – həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletini, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələri, o cümlədən hərbi sənədləri – həmin sənədlərin sırasından kənarda qoymuşdur. Yəni, qanunverici göstərilən sənədlərin konkret şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini istisna etmişdir. Həmin sənədlərdə olan bütün səhvlər yalnız belə sənədləri vermiş orqanlar (təşkilatlar) tərəfindən aradan qaldırıla bilər. Lakin, ərizəçi atasına məxsus ölüm haqqında şəhadətnamədə olan “Babayev” soyadının onun atasına məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir ki, qeyd edilən normanın mənasına görə, bu cür müraciətlərə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi kimi məhkəmədə baxılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilən normanın tələbinə müvafiq olaraq məhkəmə ərizəçiyə izah edir ki, o, Gəncə şəhəri Kəpəz rayonu Maraqlı şəxs tərəfindən 14.03.2002-ci il tarixdə verilmiş 184 saylı ölüm haqqında akt qeydində atasının soyadının düzgün qeyd edilmədiyini hesab edirsə, bu barədə əvvəlcə müvafiq inzibati orqana müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdiyi halda isə, onun səlahiyyətli inzibati orqanın qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Kirovabad X2 Burosu tərəfindən verilmiş 13 iyun 1989-cu il tarixli 1843 saylı Qeydiyyat Vəsiqəsində atasının soyadı düzgün yazılmamışdırsa, əvvəldə bu barədə müvafiq düzəlişin aparılması barədə səlahiyyətli orqana müraciət etməli, düzəlişin aparılmasından imtina olunsa və ya düzəlişin aparılması mümkün olmasa, həmin sənədin şəxsə (atasına) məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar