Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4189/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş natamam orta təhsil haqında 27 iyun 1987-ci il tarixli 001890 №-li Şəhadətnamənin, ali təhsil haqqında 01.07.1990-cı il tarixli, 4961 qeydivyat nömrəli B № 466037 olan Diplomun Gəncə şəhərində doğulmuş xx xxxx 1972-ei il təvəllüdlü Ərizəçi məxsus olması faktı və 29 sentyabr 1988-ci il tarixli XXİİ-ЖГ № 650390 olan 1974-cü il nümunəli Sovet pasportunda, Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin 22 yanvar 1993-cü il tarixli 178 nömrəli şəxsi heyətinin siyahısına daxil olunması haqda əmrində, Mərkəzi Hərbi Hospitalının Mərkəzi Hərbi-Həkim Komissiyasının 27 may 1993-cü il tarixli 733 nömrəli xəstəlik haqda şəhadətnaməsində; Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin Hərbi Həkim Komissiyasının qərarına əsasən (34 "b", bənd-1) xəstəliyinə və sağlamlığına görə şəxsi heyət üzvlüyündən azad olunması haqda 18.06.1993-cü il tarixli 218 №-li əmrində göstərilən X1 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli 10877 №-li hərbi bilet əvəzi Arayışda və AA ******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən fərdi identifikasiya nömrəsi xxxxxxx, doğulduğu tarix xx.xx.1972 olan Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, o, müxtəlif sənədlərdə adları fərqli göstərilmiş şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6.2-ci bəndində də qeyd olunur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 1.3-cü bəndində isə qeyd olunur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi hazırkı ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 153, 263, 264, 268- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-4189/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4189/2021
17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver