Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-42/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Qəhramanov Zabil Köçəri oğlunun və Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı atalığın müyyən edilməsi və aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2018-ci ildə anadan olmuş Banunun atası olması faktının müəyyən edilməsi və qızı xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi ilə cavabdeh 2016-ci il tarixdə tanış olmuş və onunla yaxınlıq etməyə başlamışdır. İddiaçı ilə cavabdeh 3 il birlikdə qalmış və mütəmadi intim münasibətlərdə olmuşlar, 2017-ci ilin dekbar ayında iddiaçı cavabdehdən hamilə qalmışdır. Həmin müddətdə də cavabdeh iddiaçının yanına gəlib getmişdir. 2018-ci ilin avqust ayında onların X2 adlı övladları dünyaya gəlmişdir. Uşaq doğulduqdan sonra da cavabdeh uşağın yanına gəlmiş, sonradan isə münasibətləri kəsilmişdir. Hal-hazırda cavabdeh uşağa baxmır və uşağın atası olmasını inkar edir. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdehlə 3 il müddətində birlikdə yaşamış və onların xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir. Lakin bu günləri cavabdeh həmin uşağın ondan olmadığını qeyd etmək ilə onun saxlanmasından imtina edir. Uşaq azyaşlı olduğuna görə ərizəçinin işləməməsi və uşağın qayğısına qalmaq vəzifəsinin onun üzərinə düşməsini nəzərə alıb uşağa kəsiləcək alimentin miqdarının 160 manat olmasını məqsədə uyğun hesab edirlər və həmin məbləğ uşağın fiziki və mənəvi baxımdan normal inkişaf etməsini tam təmin edə bilməsə də, cavabdehin hazırki durumunu nəzərə alıb, qeyd edilən məbləğin ağılabatan məbləğ olması qənaətinə gəlmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Qəhramanov Zabil Köçəri oğlu iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 göstərdi ki, iş üzrə məhkəmə tibbi-genetik ekspertizasının rəyi ilə uşağın atasının cavabdeh olmadığı müəyyən edilmişdir. İddia əsassız olduğu üçün rədd edilməlidir. Ekspertiza xərci olan 2300 manat pulu cavabdeh ödədiyindən həmin xərc iddiaçıdan alınıb cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və ekspertiza rəyini araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2018-ci il təvəllüdlü Göygöl rayonunda doğulmuş X1 anası İddiaçıdır. Mübahisənin düzgün həlli məqsədilə məhkəmənin 2(043)-199/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin xx xxxxxxxx 2020-ci il tarixli 599/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, anası İddiaçı olan X2 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Mübahisənin düzgün həlli məqsədilə məhkəmənin 2(043)-199/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin xx xxxxxx 2020-ci il tarixli 865/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, Cavabdeh ekspertizaya təqdim olunmuş X3 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Eyni zamanda ekspertizanın keçirilməsi üçün lazım olan 2300 manat dəyərində reaktivlərin alınmasını Cavabdeh təmin etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə daha dəqiq və mötəbər sübut hesab edilən tibbi-genetik ekspertizanın rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh X3 adlı uşağın bioloji atası olması inkar olunduğundan İddiaçı Cavabdeh qarşı atalığın müyyən edilməsi və aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri ödənilmiş 10 manat dövlət rüsumundan və ekspertiza xərci olan 2300 manat puldan ibarətdir. Ekspertiza xərci cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən cavabdeh tərəfindən ekspertiza üçün zəruri olan reaktivlərin alınması üçün ödənilmiş 2300 manat pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı qızının Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci qismində ödənilmiş 2300 (iki min üç yüz) manat pul İddiaçı qızından tutulub Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-42/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-42/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver