Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-557/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanli Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı,etibarnamə üzrə nümayəndəsi X19, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2, etibarnamə üzrə nümayəndəsi və vəkili X14, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxslər X7, etibarnamə üzrə nümayəndəsi X19, X15 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi idarəsinə qarşı “vərəsəlik hüququnun tanınaraq, miras payının müəyyən edilməsi, xx xxxxx 2018-ci il tarxli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi; Müstəqil təlb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 İslam qızına və İddiaçı qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam olaraq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi; Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X15, X3 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsinə qarşı vərəsəlik hüququnun tanınaraq, miras payın müəyyən edilməsi, xx xxxxx 2018-ci il tarxli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.02018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi verərək, mərhum babası X11 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinə onun qanun üzrə varis olaraq vərəsəlik hüququnun tanınmasına, miras payının müəyyəny edilməsinə, xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər Cavabdeh1 İslam qızına və İddiaçı qarşı məhkəməyə iddia ərizəsi verərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktını müəyyən edib miras əmlaka tam olaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa müstəqil təlb irəli sürən üçüncü şəxs X8 MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 İslam qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşımnaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi (irsi transmissiya üzrə) faktını müəyyən edib miras əmlaka tam olaraq onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən iddiaçının iddianı dəqiqləşdirmək səlahiyyəti olduğundan məhkəmə X2 tələbinə iddia tələbinin dəqiqləşdirilməsi kimi baxmışdır. Eyni iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X30, X12 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi verərək, mərhum babaları X11 miras qalmış hazırki ünvan 4 ünvanda yerləşən yaşayış evinə onların qanun üzrə varis olaraq vərəsəlik hüququnun tanınmasına, mras üzrə paylarının müəyyən edilməsinə, xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, xx.xx.2018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, mərhum babası X16 nənəsi X9 ilə birgə nikahlarından Dəmir, İslam, Abuzər, Şallı və Telli adlı uşaqları anadan olmuşdur. X43 1979-cu ildə, nənəsi X9 isə 1994-cü ildə ölmüşlər. Hazırki mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi babasından miras qalmışdır. Babasının övladlarından Dəmir 2008-ci ildə, Şallı 2001-ci ildə Abuzər 2010-cu ildə atası İslam isə 2010-cu ildə ölmüşlər. Babasından miras qalan əmlakda atası İslam yaşamışdır. Atasının ondan başqa Aftandil, Dürdanə ,Laçın və Təranə adlı övladı olmuşdur. Aftandil 2013-cü ildə ölmüşdür. Atasının ölmündən sonra həmin evdə o, yaşamış və təmir işləri aparmışdır. 2018-ci ildə qanunsuz olaraq onun məlumatı olmadan Cavabdeh1 Şəmgül qızının adına rəsmiləşdirilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərə münasibətdə Dürdanə Cəfərovanın, Laçın Dadaşovanın və Təranə Süleymanovanın paylarının müəyyən olunmasına etiraz etmədiyini, Aybəniz Namazovaya münasibətdə isə Aybənizin ərinin sağlığında hələ miras açılmamışdın əvvəl başqa evə köçüb orada yaşadıqlarnı göstərərək Aybənizə münasibətdə iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X37 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil təlb irəli sürən üçüncü şəxs X8 iddianı müdafiə edib izahatında göstərdi ki, mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X16 adına olmuşdur. X31 1979-cu ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra sözügedən mülkdə qaynatası X32 öz ailəsi ilə birlikdə yaşamışdır. O, 1985-ci ildə ailə qurmuş və həmin evə gəlin gəlmişdir. X33 2010-cu ildə vəfat etdikdən sonra isə sözügedən mülkdə yalnız onun həyat yoldaşı, X21 ailəsi ilə birlikdə yaşamış və həyat yoldaşı xx xxxxxxxx 2013-cü il tarixdə ölmüşdür. Həyat yoldaşı Aftandil öləndən sonra həmin vaxtdan bu günə kimi mülkdə yalnız onun ailəsi yaşayır. Onun oğlu ilə İddiaçı qızı ailə qurmuşlar. Həmin mənzilə dair bütün kommunal ödənişləri o etmişdir. Yəni o, miras əmlakı qəbul etmişdir. Digər vərəsələr isə mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etməmişlər. Bu səbəbdən, vərəsəlik hüququnu müəyyənləşdirilməsi üçün müstəqil təlb irəli sürən üçüncü şəxs qsimində məhkəməyə mürəciət etmişdir. İddiasının təmin olunmasını qarşı tərəflərin iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxs X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X34 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını qarşı tərəflərin iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X12 iddianı müdafiə edib izahatlarında göstərdilər ki, hazırki mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi babalarından miras qalmışdır. Babalarının övladlarından Dəmir 2008-ci ildə, Şallı 2001-ci ildə Abuzər 2010-cu ildə atası İslam isə 2010-cu ildə ölmüşlər. Babalarından miras qalan əmlakda ataları İslam yaşamışdır.Qardaşları Aftandil 2013-cü ildə ölmüşdür. Atasının ölmündən sonra onlar da atalarından miras qalan əmlakı faktiki olaraq qəbul etmişlər. Hesab edirlər ki, həmin əmlakdan onlarında payı müəyyən edilməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi X37 nümayəndəsi olduğu X7 da miras qoyanın vərəsəsi olduğunu göstərərək D.Cəfərovanın da miras açılandan sonra miras əmlakı faktiki qəbul etdiyinı, yəni həmin evə gedib-gələrək miras əmlakı idarə etdiyini göstərərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi idarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 məhkəmə notarial qaydada təsdiq olunmuş ərizə verərək iddia tələbini qəbul etmədiyini göstərmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1ın, Gəncə şəhəri 3 saylı Notariat kontorunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx xxxx 2010-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, atası Şamgül öləndən sonra mübahisəli evdə qardaşı İslam ailəsi ilə birlikdə yaşamışdır. O, həmin evdən 1964-cü ildən çıxmış atası öləndən sonra onun həmin evlə heç bir bağlılığı olmamışdır. Onun adına verilmiş şəhadətnamədən və çıxarışdın xəbəri olmamışdır. Hazırda mübahisəli evdə qardaşı Aftandilin arvadı Aybəniz və İlhamın qızı Aftandilin oğluna ərə getdiyi üçün İlhamın qızı yaşayır. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxs X2 vəsatəti üzrə şahid qismində dindirilən X22 ifadəsində göstərmişdir ki, o, 1982-ci ildən Aybənizlə qonşuluqda yaşamışdır. İslam rəhmətə gedəndən sonra həmin evdə Aftandil yaşamışdır. İlham həmin evdən köçüb getmişdir. İlham miras açılandan sonra həmin evdə yaşamayıb, gedibgəlmişdir. İlham həmin evdə təmir işlərini toy zamanı aparmışdır. İlhamın atası 2010-cu ildə ölmüş, 2014-cü ildə İlhamın qızı həmin evə gəlin köçəndən sonra İlham həmin evdə təmir işi aparmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 3 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci i tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu il tarixdə ölmüş X16 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. Həmin pay ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, AZ-İ 851172 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1979-cu ildə ölmüşdür. xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi l-ci döngədə istifadəsində olan 0.02552 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.4 kvm yaşayış, 11.0 kvm qeyri-yaşayış, 48.1 kvm köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X23 məxsusdur. AZ-İ 851172 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1979-cu ildə ölmüşdür. İİ-JQ 459073 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxx 1994-cü ildə ölmüşdür. Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2743 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında doğulduğu vaxtdan hal-hazıradək yaşayır. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi l-ci döngədə yerləşən 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli, AZ-İ 439947 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2010-cu ildə ölmüşdür. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2002-ci il tarixli, AZ-İ 149053 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2002-ci ildə ölmüşdür. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, AZ-İ 629690 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx xxxxxxxx 2013-cü ildə ölmüşdür. xx xxxxxx 1985-ci il tarixli, İİİ JQ 452855 nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X21 ilə X8 arasında olan nikah xx.xx.1985-ci ildə qeydə alınmışdır. 132 saylı Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 112 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Vəli Xuluflu küçəsi l-ci döngə, ev 39 ünvanında qızı ilə birlikdə yaşamış və hal-hazırda yaşayır. xx xxxx 2020-ci il tarixli Abonentin saldosundan görünür ki, ünvan 5 ünvanda xx xxxxxx 2017-ci ildə quraşdırılan qaz sayğacı İddiaçı adınadır. xx.xx.2006-cı il tarixli, «Rabitə Müəssisəsi» ilə X10 arasında bağlanmış müqavilədən görünür ki, tərəflər arasında rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. «Azəriqaz» İB tərəfindən tərtib olunmuş xx xxxxx 2012-ci il tarixli, 043498 nömrəli aktdan görünür ki, abonent Aftandil Namazoun adına olan Smart tipli saygac İtron Smart tipli sayğac proqramına keçirilmişdir. Qaz saycacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, istehlakçı X2 istifadəsində olan qaz sayğacı yenisi əvəz olunmuşdur. Kommunal xərclərin ödənilməsi barədə qəbzlərdən görünür ki, bələdiyyə vergisi, rabitə xidmətlərinin, su pulunun ödənilməsi, X8 tərəfindən ödənilmişdir. Daxili qaz avadanlıqlarına texniki baxış və proflaktik xidmət işlərinin keçirilməsi haqqında 2011-ci il tarixli, 2246 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi l-ci döngə, ev 39 ünvanında Aftandil Namazovun istifadəsində olan qaz saygacına texniki baxış və profilaktik xidmət işləri aparılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Vəli Xululflu küçəsi, 1-ci döngə, 39 nömrəli fərdi yaşayış evi iddiaçıların babaları X11 miras qalmışdır. X16 X9 ilə birgə nikahlarından Dəmir, İslam, Abuzər, Şallı və Telli adlı uşaqları anadan olmuşdur. Şamgül Cəfərovun ölmündən sonra ondan miras qalan hazırki mübahisəli fərdi yaşayış evində miras qoyanın uşaqlarından iddiaçıların atası İslam yaşamışdır. İddiaçıların atası İslam 2010-cu ildə, övladlarından Aftandil isə 2013-cü ildə ölmüşlər. İddiaçı iddia etmişdir ki, atasının ölmündən sonra miras qalmış mübahisəli fərdi yaşayış evində yaşayaraq mirası qəbul etmiş və təmir işləri aparmışdır. Bundan başqa iddia predmeti barəsində müstəqil tələb irəli sürən üzüncü şəxs X8 iddia etmişdir ki, miras açılmamışdan və miras açılandan sonra həmin evdə əri Aftandil ailə üzvləri ilə yaşamış, əri öləndən sonra isə mülkdə o uşaqları ilə birlikdə yaşamışdır. Digər tərəfdən iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X30 və X12 iddia etmişlər ki, miras açılandan sonra onlarda mirası qəbul etmişlər və onların da vərəsəlik hüquqları tanınmalı və payları müəyyən olunmalıdır. Halbu ki, məhkəmə iclasında sorgu-sual zamanı Laçın Dadaşova göstərmişdir ki, miras acılandan sonra ona bir ədəd üzük miras qalmış, həmin üzüyü anası öləndən sonra atası xəstə olarkən vermişdir və həmin üzüyü sataraq başqasını almışdır. Qardaşı Aftandil həmin evdə yaşayanda və xəstə olanda həmin evə gəlib getmiş, həmin vaxt İlham da həmin evə gəlib-getmişdir. Aftandil öləndən sonra evdə Aybəniz oğlu ilə yaşamışdır. Afbənizin oğlu İlhamın qızı ilə ailə qurmuşlar və mübahisədən 4-5 ay əvvəl boşanmışlar. Bundan başqa məhkəmə iclasında sorğu-sual zamanı X12 göstərmişdir ki, atası İslam 2010-cu ildə öləndən sonra o, həmin evə getməmişdir. Qardaşı Aftandil başqa evdə yaşamışdır. Lakin 2002-ci ildə anası xəstə olduğu üçün anasına qulluq etməsi üçün atasının təkidi ilə yenidən hazırki mübahisəli evə qayıdıb orada yaşamışdır. Atası 2010-cu ildə öləndən sonra X5 Surqut şəhərinə getmiş, lakin ailəsi Aybəniz uşaqları ilə həmin məhlədə yaşamışlar. 2013-cü ildə qardaşı Aftandil xəstələndiyi üçün Surqut şəhərindən qayıdaraq həmin məhlədə ailəsi ilə yaşamışdır. Qardaşı Aftandil xəstə olanda o, da qardaşının yanına həmin evə gedib-gəlmişdir. Qardaşı Aftandil öləndən sonra həmin evdə Aybəniz yaşamışdır. İlham da mübahisəli evə gedib gəlmişdir. Mübahisəli evi İlham iki dəfə təmir etmişdir. Birici dəfə anası xəstə olanda, ikinci dəfə isə qızı həmin evə gəlin köçəndə 2014-cü ildə təmir işləri aparmışdır. Hazırda həmin evdə Aybəniz və qardaşı İlhamın qızı yaşayır, çünki, qardaşı İlhamın qızı o, evə gəlin köçmüşdür. Ona miras kimi qızıl üzük hədiyyə olunmuşdur. Üzüyü anası rəhmətə gedəndən sonra atası hədiyyə etmişdir. Həmin qızılı ehtiyaçı olduğu üçün satmışdır. Bundan başqa İddiaçı 2015-ci il trixədək mübahisəli evdə yaşamasını və 2015-ci ldə həmin evdən köçərək başqa evdə yaşamasını göstərsə də işin müəyyən olunmuş hallarından görünür ki, onun qızı 20014-cü ildə həmin evə gəlin köçmüşdür. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, İddiaçı münasibətdə iddia qismən, iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 münasibətdə qismən, iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X25 və X6 münasibətdə isə iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hər üç iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı atasından miras qalmış əmlakı istər notariat orqanına müraciət etməklə, istərsə də faktiki qaydada qəbul etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəməyə yalnız mavi qazdan istifadəyə dair abonentin saldosunu təqdim etmiş, və həmin saldonun onun adına olmasını da Qarabağ müharibəsi veteranı olmaqla ona güzəşt olduğu üçün adına qeyd olunduğunu göstərmişdir. İddia predmeti barəsində müstəqil tələb irəli sürən üzüncü şəxslər X13, X17 və X6 münasibətdə iddia tələbində gəldikdə isə onlar özləri də sorğu-sual zamanı ataları öləndən sonra miras əmlaka yalnız gedib-gəldiklərini atasının sağlığında atası tərəfindən qızıl üzük hədiyyə olunduğunu göstərmişlər. İddia predmeti barəsində müstəqil tələb irəli sürən üzüncü şəxs X2 iddia tələbinə gəldikdə məhkəmə hesab edir ki, A.Namazovanın mübahisəli əmlakın vərəsəlik qaydasında qəbul etməsi məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və tədim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Ərazi idarəsinə qarşı vərəsəlik hüququnun tanınaraq, miras payının müəyyən edilməsi, xx xxxxx 2018-ci il tarxli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Gəncə şəhəri, Kəpəz Rayonu, V.Xuluflu küçəsi, 1-ci döngə, 39 nömrəli evə dair Cavabdeh1 adına verilmiş xx xxx 2018-ci il tarixli, RX Seriyalı ******* nömləri çıxarış ləğ olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Müsqəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 İslam qızına və İddiaçı qarşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 İslam qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşımnaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi (irsi transmissiya üzrə) faktını müəyyən edib miras əmlaka tam olaraq onun payının müəyyən edilməsinə dair iddiası qismən təmin olunmalı, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin X8 tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktı müəyyən edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X15, X3 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsinə qarşı ünvan 4 ünvanda yerləşən yaşayış evinə onların qanun üzrə varis olaraq vərəsəlik hüquqlarının tanınmasına, miras əmlak üzrə paylarının müəyyən edilməsinə, xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, xx.xx.2018-ci il tarixli hüququn qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilmməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, Gəncə şəhəri, Kəpəz Rayonu, V.Xuluflu küçəsi, 1-ci döngə, 39 nömrəli evə dair Cavabdeh1 adına verilmiş xx xxx 2018-ci il tarixli, RX Seriyalı ******* nömləri çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Müsqəqil tələb irəlisürənüçüncü şəxs X2 iddia tələbi qismən təmin olunsun. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X8tərəfindən vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X15, X3 iddia tələbi əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X53 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-557/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-557/2020
16.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver