Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-605/2022 04.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, ərizəçi İddiaçı (maraqlı şəxs Gəncə “ASAN xidmət” mərkəzində Notariat ofisi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 məxsus miras əmlakın faktiki qəbul etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, ərizə qanunla müəyyən olunmuş məzmuna riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Ərizədə isə ərizəçi tərəfindən onun “adı” və “soyadı” göstərilsə də, “ata adı” göstərilməmişdir ki, bununla da ərizəçi ərizənin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə əməl etməmişdir. Həmçinin, ərizədə ərizəçinin özünün qeydiyyat olduğu və faktiki yaşadığı ünvanlar da göstərilməmişdir. Halbuki, qanunun tələbinə görə ərizədə ərizəçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlar göstərilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizə ərazi aidiyyəti üzrə də düzgün verilməmişdir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin rəsmi qeydiyyatda olduğu ünvan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı qeydiyyat ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan qanunvericilik normalara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın-mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-605/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-605/2022
04.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver