Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-678/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş divarın sökülməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanının giriş darvazasının qarşısında tikdirdikləri divarın sökülməsi, həmin ərazidən cavabdehlərə məxsus inşaat materialları və digər əşyalarının təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısında cavabdehlər tərəfindən inşa edilmiş divarın sökülməsi, həmin ərazidən cavabdehlərə məxsus inşaat materialları və digər əşyalarının təmizlənməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan daşınmaz əmlak Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, mövcud iddia tələbinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz tikintinin, qurğunun, torpaq sahəsinin, bir sözlə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ (məcburi) qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılmalıdır. Hazırki iddia tələbi də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilənin aradan qaldırılması ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş divarın sökülməsi” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş divarın sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-678/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-678/2021
22.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver