Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-899/2021 31.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və vəkili X16, Cavabdeh6 qanuni nümayəndəsi (anası) və eyni zamanda Cavabdeh5 və onun vəkili X8, Gəncə şəhəri 3 saylı Notariat ofisinin notariusu X17, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və X38 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı «miras mülkə vərəsə tanınmaqla vərəsələr arasında bölünməsi və həmin miras qalmış mülkə mülkiyyət qüququnun tanınması» tələbinə dair iddia ərizəsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh1 oğlunun, Cavabdeh2, X13 və Cavabdeh4 qızının Cavabdeh6 qanun üzrə nümayəndəsi və eyni zamanda cavadeh Cavabdeh5 qarşı «miras əmlakın vərəsələr arasında bölünməsi və miras mülkdə paylarının müəyyən edilməklə həmin miras qalmış mülkə mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı «miras mülkə vərəsə tanınmaqla vərəsələr arasında bölünməsi və həmin miras qalmış mülkə mülkiyyət qüququnun tanınması» tələbinə dair başlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər birlərinin vərəsə tanınmaqla X5 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hasıyev küçəsi, bina 52, 4 saylı mənzilin vərəsələr arasında bölünməsi və miras mülkdə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək X11 tərəfindən verilmiş və Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən 2V-1-52 nömrə ilə reyestrdə qeyd edilmiş 13.07.2020-ci il tarixli vəsiyyətnamənin, Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş 07.02.2021-ci il tarixli, 2V-23 reyest nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 07.02.2021-ci il tarixli 2V-24 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik qüququ haqqında şəhadətnamənin və 07.02.2021-ci il tarixli 2V-22 reyestr nömrə ilə qeyd edilmiş ər arvadın ümumi əmlaklara paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə həmin şəhadətnamələr əsasında verilmiş 17.02.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və miras əmlak olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi bina 52/24, 4A nömrəli mənzilin vərəsələr arasında bölünməklə payının müəyyən edilməsi və miras mülkə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verildiyi kimi baxmışdır. Gəncə şəhəri 1 saylı və 3 saylı Notariat ofisi iddiaçının vəsatəti üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. Bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh1 oğlu, Cavabdeh2, X22 və Cavabdeh4 qızı Cavabdeh6 qanuni numayəndəsi və eyni zamanda Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi verərək, miras əmlakın vərəsələr arasında bölünməsi və miras mülkdə paylarının müəyyən edilməklə həmin miras qalmış mülkə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu Zülfü Hacıyev küçəsi, bina 52/24, 4A saylı mənzil mülkiyyət hüququ əsasında X3na məxus olmuşdur. X3 15 iyul 2020-ci il tarixdə ölmüşdür. Atasının birinci növbəli vərəsələri , o, qardaşları Anar, Ramil və Nihat, bacıları Rəqsanə və Dinar atasının ikinci nikahdan olan arvadı Gülzardır. Hal-hazırda həmin mənzildə Gülzar və oğlu Nihat yaşamaqdadırlar. Cavabdeh Gülzar Əmirova miras mülkün vərəsələr arasında qanuna uyğun olaraq paylara bölünməsinə razılıq verməmiş və onları həmin mənzilə buraxmamışdır. Evin hüquqmüəyyənedici sənədləri də cavabdehdə olduğundan vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etməsi də nəticəsiz qalmışdır. Belə ki, miras əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyi üçün Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum X30 əvvəllər nikahda olduğu anası X21 26.02.2004cü ildə ölmüşdür. X36 cavabdeh G. Abdullayeva ilə 07.03.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Cavadeh Cavabdeh5 ünvan müraciət edərək oğlu Cavabdeh6 adına vəsiyyətnamə təqdim edərək atasından miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, bina 52, 4 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və eləcədə ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamələr əsasında Gülüzar Abdullayeva 9/16, Cavabdeh6 isə 5/16 paya dair mülkiyyət hüququ haqqında çıxarış əldə etmişlər. Həmin vəsiyyətnamə və şəhadətnamələri qanunsuz hesab edir. Belə ki, cavabdeh Gülüzar Abdullayeva mərhum X30 xəstə və ölüm yatağında olmasından istifadə edərək və onu aldadaraq ölümündən iki gün öncə ondan vəsiyyətnamə almışlar. Halbuki, X30 digər beş övladı da vardır. Onların isə həmin vəsiyyətnamədən heç bir məlumatları yoxdur. Atası belə bir vəsiyyətnamə verəcəyi barədə ona heç bir məlumat verməmişdir. Onun övladlarını mirasdan məhrum etməsinə heç bir əsas olmamışdır. Həmin vəsiyyətnamə həqiqəti əks etdirə bilməz. O, cümlədən mübahisəli mənzil atası ilə Cavabdeh5 ümumi əmlakına daxil deyildir. Həmin mənzil atasına Cavabdeh5 ilə nikaha daxil olmamışdan əvvəl əvəzsiz qaydada verilmişdir. Hesb edir ki, Gəncə şəhəri 1 saylı Notariat ofisində 07.02.2021-ci il tarixli, 2V-23 reyest nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 07.02.2021-ci il tarixli 2V-24 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik qüququ haqqında şəhadətnamə və 07.02.2021-ci il tarixli 2V-22 reyestr nömrə ilə qeyd edilmiş ər arvadın ümumi əmlaklara paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında Cavabdeh5 adına verilmiş çıxarış ləğv edilməli və vərəsələr arasında paylar müəyyən olunmalıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X26 iddianı müdafiə edərək izahatında göstərdi ki, qeyd olunan vəsiyyətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmamışdır. Belə ki, vəsiyyətnamə verən şəxs mərhum Vaqif Abdullayevin ölümündən iki gün öncə vəsiyyətnamə Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən tərtib olunmuşdur və Vaqif kişi həmin vəsiyyətnaməyə evdə imza atmışdır. Belə ki, birtərəfli əqd olan vəsiyyətnamədə vəsiyyətedənin iradə ifadəsi olmamışdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisəli mənzildə qeydiyyatda olub miras əmlakı faktiki qəbul etmiş sayılsalar belə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunarkən mərhumun digər qanun üzrə vərəsələrinin payları müəyyən edilməmiş bununla yanaşı mərhumun ikinci nikahından olan arvadı Cavabdeh5 həmin mənzilə ümumi birgə mülkiyyət huququ olmadığı halda yəni mərhum Vaqif Abdullayev cavabdehlə nikaha girməmişdən əvvəl həmin mənzili əldə etdiyi halda notarius ümumi birgə mülkiyyət kimi mənzilin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzili X3nun mülkiyyətində olmuşdur. X36 15 iyul 2020-ci il tarixdə ölmüşdür və atasından qalan miras mülkdə onun da payı vardır. X30 ikinci nikahından olan arvadı Cavabdeh5 həmin mənzilə ümumi birgə mülkiyyət huququ olmadığı halda yəni X36 cavabdehlə nikaha girməmişdən əvvəl həmin mənzili əldə etdiyi halda notarius Cavabdeh5 birgə mülkiyyət kimi mənzilin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh5 onlardan xəbərsiz notariusa müraciət etmiş və miras əmlakı qəbul etmişdir. Atası öləndən sonra cavabdeh onu atasından miras qalmış evə buraxmamış, mirasın qəbulu ilə bağlı isə notariusa müracət etməmişdir. Cavabdeh onu və qardaş bacılarını atasından miras qalmış mənzilə buraxmamış onun və qardaş-bacılarının qanun üzrə vərəsə kimi hüquqlarını pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, sözügedən mübahisəli mənzil onun mərhum atasına məxsus olmuşdur. Atası 15 iyul 2020ci il tarixdə ölmüşdür. Atasının birinci növbəli vərəsələri o, qardaşı Ramil və Nihat, bacıları Təranə, Rəqsanə və Dinar atasının ikinci nikahdan olan arvadı Gülzardır. Hal-hazırda həmin mənzildə Gülzar və oğlu Nihat yaşamaqdadırlar. Cavabdeh5 miras mülkün vərəsələr arasında qanuna uyğun olaraq paylara bölünməsinə razılıq verməmiş və onları həmin mənzilə buraxmamışdır. Vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmiş lakin, notrius evin hüquqmüəyyənedici sənədləri cavabdehdə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Qardaşı Cavabdeh2 isə miras açılandan sonra ikinci vətən müharibəsində iştirak etdiyi üçün mirası qəbul etməsi üçün notariusa müraciət edə bilməmişdir. Hazırda nümayəndəsi olduğu qardaşı Cavabdeh2 da vərəsəlik qaydasında payının müəyyən olunması üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq həmin ünvanın qapısı bağlı olduğu üçün bildirişin ona çatdırılması mümkün olmamışdır. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh6 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin 4A nömrəli mənzili mərhum əri X5 miras qalmışdır. X11 ilə 07.03.2005-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 11.08.2009-cu ildə Nihat adlı uşaqları anadan olmuşdur. Mübahisəli mənzili 12 ildir ki, özəlləşdirmişlər. X41 15 iyul 2020-ci il tarixdə ölmüşdür. Ölməmişdən əvvəl əri Gəncə şəhəri Zülfi Hacıyev küçəsi,52/24 nömrəli evin mülkiyyətində olan 4A nömrəli mənzilini oğlu Cavabdeh6 vəsiyyət etmişdir. Əri mərhum Vaqif Abdullayev vəsiyyətnamə qoyduqdan iki gün sonra ölmüşdür. İddiaçı və iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər sağlığında atalarını ziyarət etməmiş, dəfn mərasimində iştirak etməmişlər və miras açılandan sonra mirası qəbul etməmişlər. Əri öləndən sonra notariat orqanına müraciət edərək vərəsəlik və mülkiyyət hüququ haqqında şəhadətnamə alaraq həmin şəhadətnamə əsasında Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin 4A nömrəli mənzilə onun 9/16 hissədə, oğlu Cavabdeh6 5/16 hissədə payları müəyyən edilmişdir. 2/16 hissədə pay isə mərhum X6 adına açıq saxlanmışdır.İddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Mirası qəbul etmə müddətini ötürmüşlər. İstər vəsiyyətnamənin istərsə də qanun üzrə vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsində hər hansı bir qanun pozuntusuna yol verilmədiyini və iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili X14 çıxışında göstərdi ki, miras açıldıqdan sonra iddiaçılardan yalnız İddiaçı və Cavabdeh1 oğlu notarait orqanına müraciət edərək atalarından miras qalmış əmlaka dair mirası qəbul etmişlər və ona görə də sözügedən mənzilə dair iki pay açıq saxlanmışdır. Digər iddiaçılar isə miras əmlakı qəbul etmədikləri üçün onların payı müəyyən edilməmişdir. Eyni zamanda vəsiyyətnamənin və qanun üzrə vərəsəlik və mülkiyyət hüququ üzrə şəhadətnamələrin verilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Vəsiyyətnamə miras qoyanın öz sərbəst iradəsi ifadəsinə uyğun qoyulmuş və qanunamüvafiq qaydada notarius tərəfindən ev şəraitində şahidlərin iştirakı ilə təsdiq olunmuşdur. Hesab edirlər ki, iddia tələbinin hüquqi əsası olmadığı üçün rədd olunmalıdır. Məhkəmə iclasında cavabdeh Gəncə şəhəri 3 saylı Notariat ofisinin notariusu X27 izahatında göstərdi ki, 13.07.2020-ci il tarixdə vəsiyyət edən X6 adından Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin 4A nömrəli mənzilinə dair vəsiyyət edilən Cavabdeh6 notarial qaydada vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyət edən şəxs X11 fiziki cəhətdən xəstə olduğu üçün notariat hərəkətlərini notariat orqanından kənarda apararaq ona evində imza etdirmişlər. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Belə ki, X18 və X10 şahidliyi ilə X11 vəsiyyətnaməni imzalamışdır. Və onun daxili iradəsi ilə iradə ifadəsi üst-üstə düşmüşdür. Vəsiyyətnamə gizli əqd növü olduğundan onun haqqında digər şəxslərə məlumat verməmişdirlər. Cavabdeh ünvan məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində göstərdi ki, tərəflərdən Təranəni tanıyr və ona dərs demişdir.Gülzarı isə Vaqifin arvadı kimi tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün Vaqifin yoldaşı Gülzar ondan xahiş etmişdir ki, onları 3 saylı notariusa aparsın. O, Vaqifin arvadı Gülzarı və Vaqifin bacısı qızı Güneli 3 saylı notariat kontoruna aparmış və evlərinə qaytarmışdır. Həmin vaxt 3 saylı notariat kontorunun notariusu da Vaqifin yaşadığı evə gəlmişdir. Orada Vaqif ona bildirmişdir ki, oğluna vəsiyyətnamə vermək istəyir və onun şahid kimi iştirak etməsini xahiş etmişdir. O, evin dəhlizində Vaqifin vəsiyyətnaməni imzalamasının şahidi olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, İddiaçı dayısı qızı, Cavabdeh5 isə dayısı arvadıdır. X32 xəstə olduğu üçün oğlu Nihada vəsiyətnamə vermək istəmişdir. Bununla əlaqədar taksi sürücüsü Firdovsi adlı şəxsin avtomobili ilə 13 iyul 2020-ci ildə dayısı arvadı Gülzar və oğlu Nihatla Gəncə 3 saylı notariat kontoruna getmişlər və notariat kontorundan X32in yaşadığı evə qayıtmışlar. Həmin gün notarius da öz işçisi ilə dayısı evinə gəlmişdir. Notariusa gedəndə ona məlum olmuşdur ki, dayısı Vaqif oğlu Nihada vəsiyətnamə vermək istəmişdir. Dayısı Vaqif taksi sürücüsü Firdovsinin və onun iştirakı ilə vəsiyyətnaməni zalda imzalamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Doğum haqqında arayışlardan görünür ki, Cavabdeh2, X7, İddiaçı, Cavabdeh3, Cavabdeh1 oğlunun ataları X4 qeyd olunmuşdur. Azərbaycan «X44» Gəncə hissəsinin mənzil məişət komissiyasının sərəncamından görünür ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binanın yaşayış sahəsi 53,62 kvm olan 4A nömrəli 4 otaqlı mənzilin şəxsi hesabı X6 adına keçirilmişdir «xxxx» QSC-in Dəmir yollarının və texniki qurğularının təmir tikinti departamenti Gəncə 1 saylı evlər idarəsi tərəfindən verilmiş 2011-ci il tarixli «forma2» arayşdan görünür ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binanın 4A nömrəli mənzilin icarədarı X6 6 nəfərdən:- Anar, Dinar,Ramil,Gülzar və Nihad adlı şəxslərdən ibarət ailə üzvləri olmaqla daimi qeydiyyatdadırlar. DƏDRX-in Gəncə ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binanın 4A nömrəli mənzili tam mülkiyyət hüququ üzrə 12.05.2011-ci il tarixdə X6 adına rəsmi reyestrdə qeydə alınmışdır. 22.01.2021-ci il tarixli, 05/Q-41/16 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X11 ilə Əmirova(Abdullayeva) Gülzar Fəti qızı arasında olan nikah 07.03.2005-ci il tarixdə qeydə alınmışdır. AZ-İİ 148399 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 15.07.2020-ci ildə ölmüşdür. Gəncə şəhəri 3 saylı Notariat ofisində 2V-1-52 reyesr nömrə ilə qeydə alınmış 13 iyul 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzilini həmin ünvanda yaşayan oğlu Cavabdeh6 vəsiyyət etmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisində 2V-22 reyestr nömrə ilə qeydə alınmış mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 qalmış arvadı Cavabdeh5 nikah müddətində əldə etdikləri Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Gəncə şəhəri 1 saylı Notariat ofisində 2V-23 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzilin 5/16 hissəsinə payı müəyyən edilmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisində 2V-24 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh5 Fəti qızının Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzilin 1/16 hissəsinə payı müəyyən edilmişdir. Həsənova (Abdullayeva) Təranə Vaqif qızının ünvan ünvanladığı ərizədən görünür ki, atası X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 oğlunun ünvan ünvanladığı ərizədən görünür ki, atası X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli imtina qərarından görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh5 adına qeydə alınmış 17.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzildən Cavabdeh5 9/16 hissədə, Cavabdeh6 5/16 hissədə payları müəyyən edilmiş, 2/16 hissədə isə X6 adında saxlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli binada yerləşən 4A nömrəli mənzil iddiaçının və mübahisə predmeti barədə müztəqil tələb irəli sürən üçüncü şəxslərin ataları X11 tərəfindən miras qalmışdır. Abdullayev Vaqif Təvəkkül oğlu cavadeh Cavabdeh5 ilə aralarında olan nikahdan doğlulmuş oğlu Cavabdeh6 miras qalmış mənzilə dair vəsiyyətnamə qoymuşdur. Miras açıldıqdan sonra Cavabdeh5 notariat orqanına müraciət edərək miras əmlaka dair birgə mülkiyyət hüququ üzrə ½ hissədə mülkiyyət hüququ haqında, vərəsəlik hüququ üzrə 1/16 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oğlu Cavabdeh6 vəsiyyətnamə üzrə 5/16 hissədə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin şəhadətnamələr üzrə miras əmlakdan 9/16 hissədə öz payını, 5/16 hissədə isə oğlu X19 payını rəsmi reyestrdə qeydə aldıraraq çıxarış əldə etmişdir. İddiaçı qeyd olunan şəhhadətnamələri mübahisələndirərək miras əmlakın atası tərəfindən cavabdehlə nikaha daxil olmamışdan əvvəl əvəzsiz olaraq əldə edildiyini, həmin mənzilin ümumi birgə mülkiyyətə daxil olmadığını habelə vəsiyyətnamə tərtib olunarkən atası ağır xəstə olmaqla atasının iradə ifadəsinə zidd olaraq tərtib edildiyini mübahisələndirərək qeyd olunan şəhadətnamələrin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr üzrə çıxarışın ləğv olunması və miras əmlakın vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda müahisə pretmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər miras əmlakdan vərəsəlik qaydasında paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Əvvəla məhkəmə qeyd edir ki, mülkiyyət hüququ haqında şəhadətnamə notarius tərəfindən qanunun tələbləri pozulmaqla verilmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən miras əmlakı miras qoyan Abdullayev Vaqif Təvəkkül oğlu cavabdehlə nikaha daxil olmamışdan əvvəl əldə etmişdir. Ona görə də həmin əmlak birgə mülkiyyət hesab edilə bilməzdi. (MM. mad 225.2) Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. MM-in 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi qanunvericilik vəsiyətnamənin etibarsızlığını üç halda şərtləndirmişdir:-Əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər olduqda və qanunla müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə. Əqdlərin etibarsızlığından bəhs edən MM-in 337-ci maddəsində isə göstərilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (MM mad.337.1, 338 və 339). MM-in mülki qanunvericiliyin prinsiplərindən bəhs edən 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Məhkəmə araşdırması nəticəsində vəsiyyətnamənin tərtibi zamanı qeyd olunan qanunvericilikdə göstərilən halların baş verməsi sübut olunmamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə vəsiyyətnamənin vəsiyyət edənin yaşadığı evdə onun özünün sərbəst iradəsinə uyğun tərtib olunduğu sübut olunmuşdur. MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.http://eqanun.az/framework/46944 Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərdən X22 və Cavabdeh4 qızı miras qalmış əmlakı istər notariat orqanına müraciət etməklə, istərsə də faktiki qaydada qəbul etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh6 qanun üzrə numayəndəsi və eyni zamanda Cavabdeh5, Gəncə şəhər 1 saylı Notariat ofisinə və Gəncə şəhər 3 saylı Notariat ofisinə qarşı vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qanun üzrə vərəsəlik qüququ haqqında şəhadətnamənin və ümumi əmlaklara paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş 17.02.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bölünməklə payının müəyyən edilməsi və miras mülkə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilməklə, Gəncə şəhəri 1saylı Notariat ofisində 07 fevral 2021-ci il tarixli 2V-22 qeyestr nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 07 fevral 2021-ci il tarixli 2V-23 qeyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 07 fevral 2021-ci il tarixli 2V-24 qeyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Gəncə şəhəri, Kəpəz Rayonu, Zülfi Hacıyev küçəsi ev 52/24, 4A nömrəli mənzilə dair Cavabdeh5 adına verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömləri çıxarış ləğ olunmalı, Gəncə şəhər, Kəpəz Rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilinə 4/8 hissədə Cavabdeh6, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 oğlunun,1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh5 vərəsəlik qaydada payları müəyyən olunmalıdır. İddia tələbi qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 və Cavabdeh4 qızına münasibətdə əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh6 qanun üzrə numayəndəsi və eyni zamanda Cavabdeh5, Gəncə şəhər 1 saylı Notariat ofisinə və Gəncə şəhər 3 saylı Notariat ofisinə qarşı vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qanun üzrə vərəsəlik qüququ haqqında şəhadətnamənin və ümumi əmlaklara paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş 17.02.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bölünməklə payının müəyyən edilməsi və miras mülkə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilsin. Gəncə şəhəri 1 saylı Notariat ofisində 07 fevral 2021-ci il tarixli 2V-22 qeyestr nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 07 fevral 2021-ci il tarixli 2V-23 qeyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 07 fevral 2021-ci il tarixli 2V-24 qeyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və Gəncə şəhəri, Kəpəz Rayonu, Zülfi Hacıyev küçəsi ev 52/24, 4A nömrəli mənzilə dair Cavabdeh5 adına verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömləri çıxarış ləğ olunsun. Gəncə şəhər, Kəpəz Rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilinə 4/8 hissədə Cavabdeh6, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 oğlunun, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh5 vərəsəlik qaydada payları müəyyən olunsun. İddia tələbi İddiaçı munasibətdə qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 və Cavabdeh4 qızına münasibətdə əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəql tələb irəli sürməyən üsüncü şəxslərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-899/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-899/2021
31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver