Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-940/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı X1 Cavabdeh qarşı “vəsiyyət və qanun üzrə vərəsə kimi tanınıb, miras əmlakda payın müəyyən edilməsi, məcburi pay hüququnun tanınması və cavabdehin miras əmlakda məcburi pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu mərhum atası X2 vəsiyyət üzrə vərəsi tanıyıb, mirası qəbul edən şəxslər mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onu və qanun üzrə vərəsə kimi anasının hüququnu tanıyıb, cavabdehin qanunla mirası qəbul etmək üçün müəyyən edilmiş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onun miras əmlaka olan hüququnun itirilmiş hesab edilməsi və miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onun və qanun üzrə anasının miras əmlakda olan məcburi pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbindən və onun əsaslandığı hallardan görünür ki, iddiaçı özü ilə yanaşı, həm də anası Maraqlı şəxs qanun üzrə vərəsə kimi tanınıb, miras əmlakda payının müəyyən edilməsi, məcburi pay hüququn tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, iddia ərizəsində Maraqlı şəxs da iddiaçı kimi qeyd edilməli, ərizə həm də onun tərəfindən imzalanmalı idi. Lakin, iddia ərizəsində Maraqlı şəxs iddiaçı kimi deyil, üçüncü şəxs kimi göstərilmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçı X1 Cavabdeh qarşı “vəsiyyət və qanun üzrə vərəsə kimi tanınıb, miras əmlakda payın müəyyən edilməsi, məcburi pay hüququn tanınması və cavabdehin miras əmlakda məcburi pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, məhkəmə prosessual qənaət prinsipi baxımından X1 nəzərinə çatdırmaq istəyir ki, tələblərindən biri olan “qanun üzrə və ya vəsiyyət üzrə vərəsə kimi tanınma” tələbi, məhkəmə tərəfindən həll edilə bilmədiyindən, məhkəmədə bu cür iddia tələbi kimi irəli sürülə bilməz. Şəxsin qanun üzrə və ya vəsiyyət üzrə vərəsə kimi tanınması bir başa qanunun tələbindən irəli gəlir, bu barədə məhkəmə qərarının qəbul edilməsinə lüzum yoxdur. Bu səbəbdən iddiaçı yuxarıda qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra məhkəməyə təkrarən müraciət edəcəyi zaman həmin halı da aradan qaldırması, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələbləri baxımından zəruridir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “vəsiyyət və qanun üzrə vərəsə kimi tanınıb, miras əmlakda payın müəyyən edilməsi, məcburi pay hüququn tanınması və cavabdehin miras əmlakda məcburi pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-940/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-940/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver