Məhkəmə qərarları › İş №2(043)-945/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-945/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-945/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2016-cı il tarixli AL-2135 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməsi, cavabdehdən xx xxxx 2016cı il tarixli AL-2135 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü xx xxxxxx 2017-ci tarixə 11409,82 manat əsas, 445,04 manat mükafat və həmin günə hesablanmış 178,56 manat dəbbə pulu olmaqla, cəmi 12033,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə verərək, cavabdehdən xx xxxx 2016-cı il tarixli AL-2135 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü xx xxxxxx 2017-ci tarixə 11409,82 manat əsas, 445,04 manat mükafat və həmin günə hesablanmış 178,56 manat dəbbə pulu olmaqla, cəmi 12033,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixdə AL-2135 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və Cavabdeh istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo-Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA596843 ban, 0264 mühərrik, ağ rəngli avtomobil 12172 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 47 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 356,49 manat, ümumilikdə isə 16754,81 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-yə məxsus, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Daewoo-Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixidə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti olan avomobil tam yararsız vəziyyətdədir. “Daxili Lizinq” müqaviləsinin 11.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxx 2017-ci il tarixə 12033,42 manat olmuşdur. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxx 2016-cı il tarixdə 357 manat məbləğində olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AL-2135 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC dəyəri 12172 manat olan “Daewoo Gentra” markalı, buraxılış ili 2014 olan avtomobili Cavabdeh 47 ay müddətinə illik 17% ödəmək şərti ilə lizinqə verilmişdir. Müqavilənin 11.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Həmin müqaviləyə və 3 saylı əlavəyə əsasən müqavilənin bağlandığı zaman xx.xx.2016-cı il tarixli, AL-2135 nömrəli lizinqi müqaviləsi üzrə Cavabdeh qalıq borcu 12172 manat təşkil etməklə, lizinq müddəti 47 ay, illik mükafat 17% olmaqla, aylıq ödəniş 356,49 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş fərdi sahibkar X1 məxsus avtomobil servis mərkəzi tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-PC-*** nömrəli avtomobilə servis mərkəzində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixinə İddiaçı ASC-yə lizinq müqaviləsi üzrə ödəməli olduğu pul məbləği 11409,82 manat əsas hissə, 445,04 manat faiz, 178,56 manat cərimə məbləği olmaqla, cəmi 12033,42 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış daxili lizinqi müqaviləsinə əsasən, İddiaçı ASC dəyəri 12172 manat olan “Daewoo Gentra” markalı, avtomobili Cavabdeh 47 ay müddətinə illik 17% ödəmək şərti ilə lizinqə vermişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Lizinq müqaviləsində də lizinq obyektinin yararsız hala düşməsi zamanı lizinq alanın lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəmək və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək öhdəliklərindən birini icra etməsi nəzərdə tutulmuşdur. Cavabdeh analoji əmlakı əldə etmədiyindən iddiaçı lizinq ödənişlərinin qalığını tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, lizinq obyektinin məhv olma anına lizinq ödənişlərinin qalığı və ona hesablanmış lizinq mükafatı cavabdehdən tutulmalıdır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, iddiaçının tələb etdiyi 178,56 manat dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, AL-2135 nömrəli daxili lizinq müqaviləsi üzrə 11409,82 manat lizinq ödənişi, 445,04 manat lizinq mükafatı, 20 manat dəbbə pulu olmaqla, cəmi 11874,86 (on bir min səkkiz yüz yetmiş dörd tam, yüzdə səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar