Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-995/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, Ərizəçi (maraqlı şəxs keçmiş Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: Ərizəçi (maraqlı şəxs keçmiş Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Kirovabad (indiki Gəncə şəhəri) şəhəri 101 saylı Tikinti İdarəsinin Tikinti Komitəsi tərəfindən mərhum atam X1 Kirovabad (ünvan 1 ünvanda yerləşən 5 otaqlı mülkün verilməsinə dair 13 noyabr 1986-cı il tarixli, 714№ li Orderdə babamın, yəni atamın atasının adının “Məmməd” deyil “Məmmədli” kimi tanınmasına dair Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması haqqında ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində maraqlı şəxs olaraq keçmiş Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsinin poçt ünvanı olaraq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, Kəpəz Rayon Məhkəməsinin yanı göstərilmişdir ki, maraqlı şəxsin hansı ünvanda qeydiyyatda olması barədə hər hansı bir sübut əlavə edilməmişdir. Bununla da maraqlı şəxsin poçt ünvanı dəqiq göstərilmədiyindən bunu müəyyən etmək və həmin orqana məhkəmə sənədinin çatdırılması mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Həmçinin, Ərizəçi iddia tələbində maraqlı şəxs kimi Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsi göstərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən elektron portalda yoxlanılan zaman belə bir orqanın olmadığı müəyyən olunmuşdur. Bundan əlavə ərizəçi ərizəsində maraqlı şəxs kimi Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsini göstərək ləğv olunmasını bildirsə də, həmin orqanın ləğv olunması barədə hər hansı bir sənəd və ya mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: Ərizəçi (maraqlı şəxs keçmiş Kirovabad 101 nömrəli Tikinti İdarəsinin Tikinti Komitəsi) “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-995/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-995/2022
10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver